MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   2   3   4   5   6   7   8   9   ...   15

 

22 


Bahar ağlayışı 

 

Nəsimi-sübh yetirdi məşamə gül ətrin



Vəleyk ətri-gülüstan bilinmədi, qaldı. 

 

Meyin nə olduğunu etdi piri-meykədə faş, 



Vəli o nəş`eyi-pünhan bilinmədi, qaldı. 

 

Neyü nəva bizə verdikdə nayinin xəbərin, 



Əsasi- nayü neyistan bilinmədi, qaldı. 

 

Təbiət etdi müxalif qüvvələr ilə zühur, 



Təbiəti qılan ünvan bilinmədi, qaldı. 

 

Bilindi səltənəti-mur, dövləti-zənbur, 



Büsati-mülki-Süleyman bilinmədi, qaldı. 

 

Oxundu Xosrovü Şirin hekayəti kəmü biş, 



Vəleyk məxəzi-ünvan bilinmədi, qaldı. 

 

Güm etdi Yusifi Misrin əzizi axırda, 



Nə oldu mövcibi-zindan bilinmədi, qaldı. 

 

Müniri bildiyini əhli-halə qıldı bəyan, 



Vəli bu hali-pərişan bilinmədi, qaldı. 

                    

*  *  * 

 

Aləmi-islamı tutmuşdur cəhalət yanğısı, 



Dəstü pa vurduqca artar bu zəlalət yanğısı. 

 

Yanmağa tən vermişik həyyi-məqami-cəhldə



Bir könüldə görmədik əsla nədamət yanğısı. 


 

23 


Mirzə  Ağadadaş  Müniri 

 

Bülhəvəs dəryüzələr kimi dolandıq ruzü şəb, 



Yandırıb dil mülkünü yeksər kəsalət yanğısı. 

 

Yanarıq od içrə, əsla bilmərik biz od nədir, 



Bəs ki yandırmış üruqi bu fəlakət yanğısı. 

 

Bilmədik himmət nədir, qeyrət nədir, cünbiş nədir, 



Çün düşüb biz millət içrə bu nəcabət yanğısı. 

 

Xoşladıq biz ittihad əmrin, rüsumin bilmədik, 



Payimal etmiş bizi yeksər əsarət yanğısı. 

 

Felimizlə qövlümüz bir  ləhzə pabərca deyil



Zərrəcə bizlərdə yoxdur istiqamət yanğısı. 

 

“Dirilik”, 16 aprel, 1915 

        


                               

*  *  * 


 

Əzmi-bağ etsə gər, ey munisi-can, can sənsiz, 

Azəristan olur ol səhni-gülsitan sənsiz. 

 

            Gülə sənsiz əl uzatsam  əgər, ey qönçədəhan, 



Qönçə bağrı kimi olsun cigərim qan, sənsiz. 

 

Dağdən sinəsini görməyəcək xali, əgər 



Eyləyə dağləri lalə çırağan sənsiz. 

 

Payibəst oldu, görüb şiveyi-rəftarını sərv,  



İstədi ta ola ahəstə xuraman, sənsiz. 

 



 

24 


Bahar ağlayışı 

Qönçənin bağrını qan eylədi bağrım kimi əşk, 

Ta dedim rəmzi-dəhanın ona pünhan, sənsiz. 

 

Gördü lə’li-ləbini, rəng verib rəng aldı, 



Oldu aludə gilə ləli-Bədəxşan, sənsiz. 

 

Nə səfası çəmənin, nə fərəhi gülzarın, 



Gər Müniri görə yüz bağü gülüstan, sənsiz. 

 

*  *  * 



 

Bir ahu gözlüyə seydəm ki, hər səyyadə ram olmaz, 

Kəməndi-zülfünün pabəndiyəm, ömrüm təmam olmaz. 

 

Gözün qurbanı, cəm’ et, ol pərişan zülfi rüxsarə 



Ki, sərxoş padşəh mülkündə nəzm olmaz, nizam olmaz. 

 

Xədəngi-nazının qurbanıyam, ey can alan dilbər



Bir ox lütf etməyinlə zəxmi-hicran iltiyam olmaz. 

 

Dəhanın var-yox bəhsində varü yoxdan əl çəkdim, 



Sütudə zikrlər zikr etməsən, xətmi-kəlam olmaz. 

 

Könül guya səadət ilə meydan içrə külbaşın 



Ki, çövkanbaz olub yarım, belə ali məqam olmaz. 

 

Olur bihudə məbhəs bəhsi, ey zahid, həram olsun, 



Məhəbbət məclisində sərf olan bir mey həram olmaz. 

 

Müniri tək bu gün bədnamlıq şəhrində məşhurəm, 



Bəli, rüsvayi-eşq aləmdə hərgiz niknam olmaz.  

 



 

25 


Mirzə  Ağadadaş  Müniri 

*  *  * 


 

Baharım gəlməsə, ey dil, açılmaz gül, bahar olmaz. 

Sürudi-əndəlib olmaz, gülüstan ətrbar olmaz. 

 

Əcəb olmaz qürubun görcək düşəm gər sayə tək xakə



Günəş düşməzsə xakə, sərbüləndi-ruzigar olmaz. 

 

Bu ümmid ilə səndən çəkmərəm əl, leylivəş dilbər, 



Xəmi-zülfün kənarından dili-Məcnun kənar olmaz. 

 

Xoşam hicr atəşində, yar, vəslinlə yanam daim 



Ki, qalə girməyən zər, doğrudur, kamiləyar olmaz. 

 

Olub gər, ey məhi-nəxşəb, nigarıstani-Çin şəhrə, 



Vəli, əksik görən gözlər, bu surətdə nigar olmaz. 

 

Mənə bir iltifat ilə nigah etdin, dedim ey məh, 



Belə bir xoşnigah ahu şikar canşikar olmaz. 

 

Müniri, lə’li-nabın şəhdini dadmıbsa aləmdə, 



Nə qədri aləmitəb olsa, kəlami abdar olmaz. 

                                      

*  *  * 

Göstər o xalü lə’lini, cana, bəhanəsiz. 

Ta ki könül quşi dolana abü danəsiz. 

 

Cəm’ eylə zülfün, hifz ola ta gənci-hüsni kim, 



Nə əmirsiz sipah olu, nə şəh xəzanəsiz. 

 

Şəm’i-rüxün görüb dil açar atəşin, könül, 



Pərvanə bizəbansa, od olmaz zəbanəsiz. 


 

26 


Bahar ağlayışı 

Suzi-dərcuni pərdeyi-sinəmdən, incimə, 

Bir tari-ahü nalədir, olmaz təranəsiz. 

 

Al nəqd canı vəslə əvəz, dil tuta qərar, 



Sövda mühəqqəq olmayır, olsa bəhanəsiz. 

 

Qoy bir qoyum üzüm üzünə, bəlkə zülfünü, 



Məşşatə tək müjəmlə qılım şanə, şanəsiz. 

 

Sinən dəf ilə tar, vücudun çəğanə kim



Gəlməz, Müniri, şurə müğənni çəğanəsiz. 

      


*  *  * 

 

Gəldi livayi-səltənətilə cahanə türk. 



Verdi nişan hilalı qaşın asimanə türk. 

 

Etdi rəvaqi-noh fələki səltənətnişin, 



Əsgərligə nücumi çəkib mahiranə türk. 

 

Etdi Ütaridə qələmin bəs sərii-tiz, 



Minşiligində çəksin onu imtəhanə türk. 

 

Mirrixi qanlı dəstəsinə eylədi əmir, 



Bir şəqəl görsə naləsin gəh ola vəhşiyanə türk. 

 

Yol göstərən qoyub bu rəhin adını şikar, 



Səhradə yol nişan verə hər karivanə türk. 

 

Tiri-şəhabi oxçulara nazir eylədi, 



Də’vadə səhvə getmiyə heç bir nişanə türk. 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə