MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   2   3   4   5   6   7   8   9   ...   15

 



Bahar ağlayışı 

larla çəkilmiş bir təbiət mənzərəsi yaradan şair bəndin so-

nunda “Gəlməyəydi kaş fərvərdin...” deyə təəssüf edir. Bu 

təəssüfün səbəbini oxucu sonrakı bəndlərdən anlayır: gül-

lər bir-birinə bir qara xəbəri çatdırırlar, butalar atəşin dillə 

nalə  edir,  qönçələr  açılmır,  qüssədən  libaslarını  didirlər. 

Bu qara xəbər mart soyqırımıdır. Şair yazır ki, çaylar, də-

nizlər  bulanıq  axdı,  cahana  Nuh  əsri  tək  tufan  düşdü,  şə-

hərlər  qarət  olundu.  Əsrlərdi  insanlar  belə  dəhşətli,  qanlı 

mənzərə  görməmişdilər.  Qafqaziya  bağında  salamat  bir 

ağac qalmadı. Evlər viran oldu, ürəklər qüssələndi, uşaqlar 

ağlar  oldu,  müsəlmanlara  atəş  açdılar,  bacardıqları vəhşi-

likləri etdilər.  

Ümumiyyətlə,  XIX-XX  əsr  Bakı-Abşeron  ədəbi  mühi-

tində  yaşayıb-yaradan  şairlərin,  o  cümlədən  Münirinin 

ədəbi irsinin araşdırılıb üzə çıxarılması, nəşr edilib bütöv-

lükdə xalqa çatdırılması və tədqiq olunması vacib məsələ-

lərdəndir. 

 

2013 

 

 

SONA XƏYAL 

 

AMEA-nın Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutunun böyük elmi işçisi

Azərbaycan Yazıçılar Birliyinin 

“İRS” komissiyasının sədri 

                           

                 

 

 



                

 



 



Mirzə  Ağadadaş  Müniri 

 

 

QƏZƏLLƏR 



 

*  *  * 


 

Ey əyanü bəs nihanü vey nihanü bərməla, 

Künhi-zatında müəttərdir cəmii-masiva. 

 

Kimdə xəlq olmuş o idrakü o fəhmü əqlü huş, 



Kim xəyali-zatının tənzihi etsin iddia. 

 

Sən o Xaliqsən ki, əvvəl xilqətində ənfüsin, 



Adəmi xəlq eylədin ayineyi-vəhdətnüma. 

 

Sənsən ol gövhər ki, bir sərraf görmübdür Səni, 



Ta ki, şə’nü rütbəvü qədrincə qoysunlar bəha. 

 

Bir müəssirsən sən, asarın təmamən kainat, 



Hər əsərdə qoymusan bir ibtida, bir intəha. 

 

“Külli-nəfsin halikun”



1

 vəchindi baqi, ey qədim

Yoxdur əsla zatın üçün intəhavü ibtida. 

 

Mehrin, ey məhbubi-aləm, oldu aləmgir mehr, 



“Zatikə nurun mühitun kəş-şümusu bid-düca”.

2

 



 

 

 



                                                       

1

 Qisəs surəsi, ayə 88. Onun özündən başqa hər şey məhv olandır. 



2

 Zatın qaranlıqları yaran günəşlər kimi hər bir şeyi əhatə edən bir nurdur. 




 

10 


Bahar ağlayışı 

Biz “Yəfirrul-məcrü yovmini min əxihi”n

3

  məqsədi, 



Sənsən ol mədluli-“Ərrəhman ələl-ərş istəva”.

4

 



 

Qandan istinbat edər naqis kəmal ol məxzəni, 

“Cövhərun məknun dürriyu min əknazül-xəfa”.

5

 



 

Sənsən ol kənzi-xəfi, dəryayi-vəhdət gövhəri

Nurinin asarı Quran, məzhərindir ənbiya. 

 

Gərçi “əhbəbtu” buyurmuş Həq, “ənü’rəf” 



6

kəlməsin, 

Ey Müniri, kim yetər ol kənzə ki, olmuş xəfa. 

 

*  *  * 



 

Cəmalın əksidir gülgun qılan cami şərabasa, 

Və ya yaquti meydir, cilvə eylər afitabasa. 

 

Cigər qanı sirişkimlə gələr rüxsarə peydərpey



O gündən kim yanar eşq atəşində dil kəbabasa. 

 

Gözümdə saxlayardım əksi-ruyin hər şəb, ey məh, gər 



Tutaydı üns bir şəb mərdümi-çeşmimlə xabasa. 

 

Tutub piri-muğanın damənin mey nuş qıl, ey dil! 



Oturma parsalıq sayəsində şeyxü şabasa. 

                                                       

3

 Əbəs surəsi, ayə 34. Yövmə yəfikkül-mər’ü min əxihi: O gün (qiyamət) 



insan öz qardaşından qaçacaq. 

4

 Taha surəsi, ayə 5. Mərhəmətli Allah (qüdrət və hakimiyyəti ilə) ərşə 



hakim oldu. 

5

 onun məxfi olan cövhəri gizli xəzinədən olan bir dürrdür. 



6

 Hədisi-Qüdsi: Mən gizli bir xəzinə idim. Mən tanınmaq üçün xilqət 

aləmini yaratdım. 



 

11 


Mirzə  Ağadadaş  Müniri 

Vücudum kəştisin tufani-hicrin öylə qərq etdi,  

Gəzər can lüccələrlə bəhri-heyrətdə hübabasa. 

 

Dəgəndə naxuni-həsrət tənim tarına çün mizrab, 



Açar razi-dərunim pərdə-pərdə dil rübabasa. 

 

Ərəq tək feyzi-ruyin kəsb qıl, əğyarə faş etmə



Buraxma hər cühəlxasiyyətə ətrin gülabasa. 

 

Şəbi-hicrində min surax açıb cismimdə gərdun tək, 



Nigara, fikri-hər noki-müjən tiri-şəhabasa. 

 

Müniri, bəhrü kan ol, gövhərü yaqut çək nəzmə, 



Təravətbəxşi-gülzari-məani ol səhabasa. 

  1917 

 

*  *  * 



 

Tut mülki-hüsni ləşkəri-zülfi-siyahilə. 

Ey xosrovum ki, səltənət artar sipahilə. 

 

Görcək qədin, xəmidə qaşın, könlümə dedim: 



Vəh, qiblə gör nə rast düşüb qibləgahilə. 

 

Yandırdı xərməni-fələki atəşin, könül, 



Dövri-sipehri çulğaladı dudi-ahilə. 

 

Dövri-rüxün tutub xəti-novxiz, guiya, 



Güldür ki, dəstə bağlanıb ehya giyahilə. 

 

Xurşidü məhdə yox o lətafət ki, səndə var, 



Vardır yeri ki, bəhs edəsən mehrü mah ilə. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə