MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   2   3   4   5   6   7   8   9   ...   15

 

17 


Mirzə  Ağadadaş  Müniri 

Sən özün bir ahuyi-xoşxəttü xal idin, bu gün, 

Ey gözün qurbanı, bənd olmuş iki ahu sənə. 

 

Nisfi-şəb seyr eyləmək vəsfin deyil, ey mahru, 



Gözlə nöqsan verməsin gördükdə hər bədgu sənə. 

 

Şərh edilməz nöqtə - ağzından, miyanından - kəmər, 



Şəklsiz, mövhumsuz gəl mən deyim mu-mu sənə. 

 

Şəm’ tək yandırdılar, verdin Müniri nurini, 



İmdi atəşparələr od yandırır hər su sənə. 

 

*  *  * 



 

Mən ilə bu dilü can aşinadır hər ikisi, 

Nə sud, bir sənəmə mübtəladır hər ikisi. 

 

Demə üzündə iki zülfdür ənbərəfşan, 



Gəzərlə Rumdə, əhli-Xətadır hər ikisi. 

 

Qaşın mühitinə dara olan o mərdümi-çeşm



Səfinə içrə gəzən naxudadır hər ikisi. 

 

Gözün gözünlə cüdalıq salıb, qaşınla qaşın, 



Cəhanə fitnə salan bir bəladur hər ikisi. 

 

Çü sübhi-kazibü sadiq nəfəs vurub gəzmə, 



Günəş çıxar, bilinir bibəqadır hər ikisi. 

 

Müniri, mal ilə övladə şad olub durma, 



Çox imtəhan olunub, bivəfadır hər ikisi. 

                                        


 

18 


Bahar ağlayışı 

*  *  * 


 

Bir dəlirik biz, bədbəxt, hünərdən xali, 

Bir nihalıq ki, əbədliklə səmərdən xali. 

 

Bir sipehrik ki, onun əncümənü kövkəbi yox



Bir səmayıq ki, o xurşidü qəmərdən xali. 

 

Ruhsuz bir bədənik, nitqi-Məsiha lazım, 



Meyi-şirin-şəkərik, leyk şəkərdən xali. 

 

Tutiyi-natiqəmiz ayineyi-fikri-təmiz, 



Kim deyil nəqsdən, ənduhü kədərdən xali. 

 

Danışan dil varımızdır, vəli bihudə yerə, 



Həm görən göz varımız nuri-bəsərdən xali. 

 

Tapmadıq hüsni-ədəb, tərbiyəti-aləmdə, 



Eləməz yeksərə tarixü xəbərdən xali. 

 

Nasehin eylədiyi pəndü nəsihət bica, 



Vaizin vəzini gör, kəsbi-əsərdən xali. 

 

Bihəvəs işləməyin etdi, Müniri, səni heç



Qaldı ceybi-həzinin sikkəvü zərdən xali. 

 

“Dirilik”, 16 yanvar, 1916 

 

*  *  * 


 

Tut könül, üftadəlik sərriştəsin geysu kimi, 

Şəm tək uyma həvayə, çəkmə gərdən qu kimi. 



 

19 


Mirzə  Ağadadaş  Müniri 

Çün zəbani-yar pünhan saxla sirrin qeyrdən, 

Mərdümə faş eyləmə hər gördüyün güzgu kimi. 

 

Xirə gözlü olma çün nərgis çü sərvazadə ol, 



Axma hər bir sərvqamət gördüyün dəm su kimi. 

 

Şahbaz ol, seyd qıl çün çeşmi-yar, ey canü dil



Açma acizlik qanadın hər yana tihu kimi. 

 

Etmə aşiq könlünü aşüftə, çün geysuyi-yar, 



Gördüyün bildirmə göz tək, başın əy əbru kimi. 

 

Şişə tək sərmöhr qıl ağzın çü susən, açma dil, 



Vermə hər şəb ətrü bu şirin güli-şəbbu kimi. 

 

Gər mərizi-eşqsən, əğyarə dərdin qılma faş, 



Təlx göftarın nigarın nuş qıl daru kimi. 

 

Şanə rəşkin bəski qıldım zülfi-canan muyinə, 



Rəşki-padaşilə tən incəldi tari-mu kimi. 

 

Eylə təkrar, ey Müniri, ruzü şəb Həq kəlməsin, 



Gər çəkilsən darə Mənsuri-ənəlhəqgu kimi. 

 

*  *  * 



 

Nə kəman zehsiz olur ol  xəmi-əbru kimisi

Nə kəmandar olur ol nərgisi-cadu kimisi. 

 

Demək olmaz görükən muyi-miyanındır, leyk, 



Gəlir ancaq kəmər içrə nəzərə mu kimisi. 

 



 

20 


Bahar ağlayışı 

Sərvü şümşad olamaz rast xüram etməyə laf, 

Məgər ol qaməti-rəna kimi, dilcu kimisi. 

 

“İn yəkad”



8

 ayəsini eylə həmayil, sənəma,  

Ki, məbada nəzəri-bəd ura bədgu kimisi. 

 

Kəc nigah ilə kəc et fərqdə tərfi-küləhin, 



Ki, durub baxmaya vapəs neçə ahu kimisi. 

 

Zahidin sübhəsini dam deyirlərdi, dedim, 



Ola bilməz ola ol xal ilə geysu kimisi. 

 

Can alır derlə, Müniri, o pərilər şahı, 



Dedim, ey sadə, inanma ki, ola bu  kimisi. 

   


 

*  *  * 


Məst edib fitnə gözün ol ləbü xal ilə məni

Qıldı divaneyi-zülfün məhü sal ilə məni. 

 

Fikri-vəslinlə gəhi şad, gəhi məhzunəm, 



Öldürür firqətin, ey məh,  bu xəyal ilə məni. 

 

Tənim ol qədr zəif oldu qaşın fikrində, 



Fərq verməz görə eşq əhli məlal ilə məni. 

 

Nəməkin xalın ilə çox gecə sübh eyləmüşəm, 



Ölürəm indi fəraqində, həlal eylə məni. 

 

Leylivəş yar ilə həmsağərəm, ey canü könül, 



Qeys görsə olu Məcnun bu cəlal ilə məni. 

                                                       

8

 “Qələm” surəsi, ayə 51-52 - Və in yəkadül-ləzinə (nəzər duası). 




 

21 


Mirzə  Ağadadaş  Müniri 

Malü canım çü, Müniri, elədim yarə fəda, 

İmtəhan eyləyir amma o mənal ilə məni.                  

 

*  *  * 



Elm etdi rövşən, ey dil, təriqi-Avropani, 

Təriq edib cəhalət rövşəndil Asiyani. 

 

Nur olsa idi gözdə, elmin yolun tapardıq, 



Əql olsa idi kamil, əxz eyləyərdik ani. 

 

Mövhumə allanıb dil, cəhl oldu əqlə qalib, 



Əfkarımız pozuldu, məqsədlər oldu fani. 

 

Varü yoxu itirdik təhsili-kimiyadə. 



Elm ilə hasil etdi Avropa kimiyani. 

 

Təhqiqsiz söz oldu əfkarımız cahanda, 



Bir boş fəsanə bildik keyfiyyəti-cəhani. 

 

Hər nə dedi inandıq dərvişü sufi, zahid, 



Sərbəstə qaldı yekca əsrari-asimani. 

 

Tariklikdə itdi əfkarımız, Müniri, 



Əxlaqımız dəgişdi, bəlli olub ziyani.    

                              

*  *  * 

 

Dıriğ, cövhəri-insan bilinmədi, qaldı, 



Bu cismə cilvə verən can bilinmədi, qaldı. 

 

Bahari-mərifətin gülləri açıldı  təmam, 



Həzarə eyləyən əfğan bilinmədi, qaldı. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə