MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   7   8   9   10   11   12   13   14   15

 

66 


Bahar ağlayışı 

 

*  *  * 



 

Hər sudə ki, laləzari-səhra yanıdır, 

Hər laləsi bir laləüzarın qanıdır. 

Hər bərgi-bənövşeyi ki, yerdən göyərir

Bir xali-siyəhdir, al yanağı tanıdır. 

 

Xəyyamdan tərcümələr 

 

Çün keçmişdir ömr, nə şirin, nə təlx, 



Peymanə dolan zaman, nə Bağdad, nə Bəlx. 

Mey iç, mənü səndən sora çox ay gələcək, 

Çox səlx dönüb ğürrə olar, ğürrə də səlx. 

 

*  *  * 



Kəc eyləsə gərdiş əhli-aləmlə fələk, 

İsbati-lüzum eyləməz aləmdə məhək. 

Göstərməsə tə`m əgər təbiətdə özün, 

Hardan olur isbati-cəhan, qədri-nəmək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




 

67 


Mirzə  Ağadadaş  Müniri 

QƏMLİ SƏTİRLƏR 

                           



BAHAR AĞLAYIŞI 

 

Yetdi fərvərdin, könül, səhralər oldu laləzar, 



Lalələrlə damənin doldurdu kuhü kuhsar. 

Açılıb hər yan çiçəklər aldı əldən ixtiyar, 

Qönçə bağrı qan olub, bülbüllər oldu biqərar. 

Gəlməyəydi kaş fərvərdin nə bu il, nə bahar. 

 

Gəldi nilgün libasilə bənövşə gülşənə, 



Verdi qəməfza xəbərlər bağə, sərvə, susənə. 

Qüssədən çak etməyə gül atdı əl pirahənə, 

Açmadı göz nərgiz əsla, bağə, dağə bu sənə. 

Naləyə gəldi butalar, atəşindil əşkbar. 

 

Saf ikən küllən bulanlıq axdı çayü nəhrlər, 



Nuh əsri tək cəhanə saldı tufan bəhrlər. 

Genə çü qarətlər ilə qarət oldu şəhrlər

Görməmişdi bir belə xunriz mərdüm qəhrlər, 

Etmiş olsunlar bu növ’i xanimanlar tarmar. 

 

Oldu bir qovğayi-üzma, qondu bir tufani-səxt, 



Qalmadı Qafqasya bağında səlamət bir dirəxt. 

Oldu viran xanələr, bədbəxt olub çox nikbəxt, 

Qüssələndi şad ürəklər, qanə döndü ləxt-ləxt. 

Ağladı ətfali-məhzun, nalə qıldı zar-zar. 

 

Bir yəhuda bais oldu min Məsiha qanına, 



Oldu qəltan nagəhan minlərcə Yəhya qanına. 

Tifllər qanı qarışdı pirü bürna qanına, 

Oldu müfsidlər səbəb kim, əhli-dünya qanına, 

Çəkdi min növrəs cəvan ağuşə xaki-rəhgüzar. 




 

68 


Bahar ağlayışı 

 

Yetməmiş axırzəman, dəccallər etdi zühur, 



Dustü düşmən zahir oldu, düşmən oldu narü nur. 

Əql heyran qaldı bu həngaməyə, cəhl etdi zur, 

Oldular bir cami-cəhlü cəbrdən məsti-qürur, 

Oldu kinü büğzlər beynəlmiləldə aşikar. 

 

Milləti-islamə atəş açdı qarətgər miləl, 



Etdilər bildiklərin müslimlərə çatdıqca əl. 

Qıldılar bəs fe’li-naşayəstəyə onlar əməl, 

Etməyə tiyhu şikarın şahbaz oldu əcəl. 

Etdilər amaci-tir ətfalı bihəd, bişümar. 

 

Xırdaca mə’sum uşaqlar tö’meyi-şəmşir olub, 



Düxtərü duşizələr həm müstəhəqqi-şir olub. 

Möhtərəm, nazlı hərəmlər layiqi-təhqir olub, 

Zülmi-əda, bir deyil Baküdə, aləmgir olub, 

Bəski etmiş kəc rəviş aləmdə çərxi-kəcmədar. 

 

Çox şərəfli rütbələr əhrarımız oldu şəhid, 



Etdilər bir zülm, Əli övladına etmib Yəzid, 

Xeymeyi-namusa od vurdu, əl atdı hər pəlid, 

Bir tərəfdən qalmadı imdad üçün cayi-ümid, 

Ta ki, əlsizlər-ayaqsızlar ola ümmidvar. 

 

Bir tərəfdən üç gecə-gündüz açıb ağzın tüfəng, 



Tuplər düşmən tərəfdən səslənib gərm oldu cəng. 

Etdi seyr ayropalanlar şəhr üstə bidirəng

Qanə qərq oldu igidlər, itdi yeksər namü nəng, 

Qalmadı islam üçün bir cayi-izzü iftixar. 

 

 



 

69 


Mirzə  Ağadadaş  Müniri 

Oldu Qafqasya sərasər dəhr ara dəryayi-qan, 

Oldu ol dəryayi-qanə qərq minlərcə cəvan. 

Külli-müslim qarə geydi, kuhü səhra ərğəvan, 

Ey Müniri, bombəvü topü tüfəng, ayropalan 

Odlu bir tarixdir, yaz ani, qalsın yadigar. 

 

“Mart qırğını” kitabı, 1919. 



 

MƏRSİYEYİ-YUSİF 

 

Tərki-Misri-tən qılıb, Yusif kimin bir cani-pak, 



Ey günəş, çıx baş açıq, ey sübh sinən eylə çak. 

 

Bərqi-ahimdən od al, yax afitabın, ey fələk, 



Tök yerə əncümləri, qıl əşkim ilə iştirak. 

 

Lalə tək bas bağrına daği-fəraqın içmisən, 



Yasəmən tək yasə batdın, dildən ahi-dərdnak. 

 

Bilmədikdə qədrini əshab, ya əhbabü qeyr, 



Açdı ağuşun ləhəd, bağrına basdı tirə xak. 

 

Buyi-tabutun alıb səndəl yanar hər bəzmdə, 



Bərd kəfənin  görcək oldu şərhə-şərhə, çak-çak. 

 

Zəmzəmasa əşk töksün, Kə’bə tək geysin qəra, 



Şəm’ tək giryan olub, pərvanə tək yansın, nə bak. 

 

Misali-Müniri tazədən Yəqubə bir beytül-həzən, 



Söylə, ya Yəqub, “əbkət, hazihi yövmül-əzak”

21

.  



 

Nəxli-tarixi-vəfatın verdi bari-səmmi-qəm,  

“Külli nisbi-halik illa vəch fi səmmil-həlak”

22



                                                       

21

 “Ağlayımmı bu matəm günündə”. 



22

 ”Hər bir canlı məhv olacaq, Ondan başqa”. 




 

70 


Bahar ağlayışı 

 

 

MƏRHUM MİKAYIL SEYDİ 

HAQQINDA FƏRYAD 

 

Ey sipehri-kəcröv, ey gürgi-əcəl, ey əhrimən, 



Hansı işrətxanəni kim, etmədin beytülhəzən? 

Hansı bir sərvi-səhidir, etmədin pamal onu? 

Hansı bir şümşaddır kim, yıxmadın toprağə sən? 

Hansı bir nazlı bədəndir, etmədin təslimi-xak? 

Hansı pirahəndir, ani etmədin axır kəfən? 

Hansı kəştidir, ədəm dəryasına qərq etmədin? 

Hansı bir kəsdir, o kəştidə gedənlərdən gələn? 

Hansı bir nəxcirdir, seyd etmədin səyyad tək? 

Hansı bir səyyaddır, seydilə vermib bad tək? 

Ah, ey çərxi-sitəmgər, dad əlindən, ah, ah, 

Ah, ah, ey süfləpərvər, dad əlindən, ah, ah! 

 

Mehrü mahın kaş olaydı sərnigun, ey çərxi-dun, 



Mən kimi sən də geyəydin bir libasi-nilgun. 

Kaş qəlbim tək yanaydı ruzü şəb əncümlərin, 

Kaş olaydı noh rəvaqın cami-eyşim tək nigun. 

Kaş olaydın parə-parə, ey könül ayinəsi, 

Surəti-halı mənə göstərməyəydin vajgun. 

Tök sirişkim tək yerə əncümlərin, ey noh fələk, 

Ta bu qəm dəryası üzrə mövclənsin əşki-xun. 

Bir təzəlzüllə xərab, ey kaş, olaydı taqi-çərx, 

Kaş olaydı bir xərabə noh sipehri-bisütun. 

Ah, ey çərxi-sitəmgər, dad əlindən, ah, ah, 

Ah, ah, ey süfləpərvər, dad əlindən, ah, ah! 



 

71 


Mirzə  Ağadadaş  Müniri 

 

 



Sübh ta bu vaqeyi-cangahi gördi hövlnak, 

Qönçə tək təng oldu bağrı, dərdə gəldi sinəçak. 

Baş açıq, xurşid üfüqdən çıxdı düşdü toprağa, 

Yandırıb gərduni ta çəkdi bir ahi-suznak. 

Gözlərindən tökdü nərgis əşki-gülgun arizə

Geydi nili camə nilufər, geyim mən həm nə bak. 

Qoydu xaki-tirəyə baş bir şəhiri-ruzigar, 

Ağla, ey ağlar gözüm, bir gün olursan sən də xak. 

Ey rəfiqi-basəadət, qıldın əzmi-kuyi-yar, 

Pişvaz eylər səni lütfilə ol məhbubi-pak. 

Ah, ey çərxi-sitəmgər, dad əlindən, ah, ah, 

Ah, ah, ey süfləpərvər, dad əlindən, ah, ah! 

 

Soldu gül, gül fəsli guya kim, yetib vəqti-xəzan, 



Qoydu lalə bağrını məhzun olub daği-nişan. 

Oldu işrət vəqti səhni-gülsitan matəmkədə, 

Gül giribançak olub, bülbül olub həm növhəxan. 

Dərdə gəldi qönçə bağrı tökdü gülgun əşk üzə, 

Yasə batdı yasəmən, həm susən açdı min zəban. 

Sərvboylar tərki-bağ etdilər, oldu bağda, 

Gül xəzan, sünbül pərişan, qanə döndü ərğəvan. 

Ey Müniri, fəsli-möhnətdir, zəmani-dərdü qəm, 

Gün tutuldu, oldu ay məhzun, mükəddər asiman. 

Ah, ey çərxi-sitəmgər, dad əlindən, ah, ah, 

Ah, ah, ey süfləpərvər, dad əlindən, ah, ah! 

 

Oktyabr, 1916 

 

 

 



 

72 


Bahar ağlayışı 

MİRZƏ SƏMƏNDƏR DƏRBƏNDLİ 

HAQQINDA NÖVHƏ 

 

Ah, səd ah, ey Səməndər, ey ədibi-möhtərəm, 



Külli-əhbabın qədin bari-fəraqın etdi xəm. 

 

Bu cahan bir camdır, saqi fələk, səhba əcəl, 



Bu əcəl səhbasın içmiş hər gədavü möhtərəm. 

 

Bir ədibi-xoşbəyan xəlq etmiş idi Həq səni, 



Bilməzəm təhriri-övsafın necə qılsın qələm. 

 

Şairi-bozorq idin, tarixbin, sahibtəmiz, 



Rişteyi-tənzimdə dürri-kəlamın müntəzəm. 

 

Var idin aləmdə, vardı dildə bir aləm sürur, 



İxtiyari-rehlət etdin, oldu sur əyyamı qəm. 

 

Pir idin, pürfikr, ərbabi-qələmlər munisi, 



Oldu hər sahibqələmdən ötrü hicranın ələm. 

 

Səndin əbrarın məsayib məclisinin zakiri, 



Səndin əşrarın qılan, zülmün yazan bifərtü kəm. 

 

Gərçi sən tək Cürmiyü Salik, Müsəvvir, Xürrəmi, 



Vaqifü Seydi, Sürəyya, salikani-zülhiməm. 

 

Etməmiş isbati-asar ol girami zatlər, 



Qoydular dari-bəqayə mülki-fanidən qədəm. 

 

Getməmişkən onların dağı dili- əhbabdən, 



Qoydu hicranın bu gün dağ üstə daği-tazə həm. 


 

73 


Mirzə  Ağadadaş  Müniri 

 

Büləlalər, Bülfərəc, Vaqidilər həm var idi, 



Qalmadı onlardan aləmdə əsər illa rəqəm. 

 

Gər qürub etmiş vücudun dəhni-qürbi-xakdə, 



Leyk edər mahiyyətin xurşidi-əfkarın ələm. 

 

Gəldi tarixi-vəfatın çünki ba qılmanü hur, (1335)



23

Həq, görüm, hurikəniz etsin səni qılman qədəm. 



 

Yox, Müniri, ariyət dərdinə çarə kim, bu dəhr 

Aləmi-surətdə gər tiryakdir, mənada səmm. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                       

23

 1916-1917 




 

74 


Bahar ağlayışı 

 

MƏNZUM MƏKTUBLAR 

 

ƏBDÜLHƏMİD MİNAYA MƏKTUB 

 

Getmiş idim neçə günlərdi ki sənsiz çəmənə, 



Çəmən olmuşdu cəhənnəm mənə, gül xar mənə. 

 

Gül görəndə, düşər indi rüxi-əlvan yadə, 



Baxa bilmirdi gözüm sərvə, gülə, yasəmənə. 

 

Dur idim gərçi vüsalından, əya, xosrovi-naz, 



Bağlamazdım yenə dil bir büti-şirinsüxənə. 

 

Gah üzün Yusifi min cilvə qılardı dildə, 



Gahi Yə’qub kimi çulğaşar idim mihənə. 

 

Əlimə heç nə yetişməzdi, olurdum mə’yus, 



Dəhənin sirrini faş eylə, edim hər gələnə. 

 

Yetdi bir namə mənə həmçü qəmisi-Yusif, 



Ta ki, basdım qədəmim səhneyi-beytülhəzənə. 

 

Naməni ta ki ziyarət elədim, çün Yə’qub 



Günbəgün, rövşən olub dideyi-nadidə sənə. 

 

Neçə əbyat ki, təhrir eləmişdin, yeksər, 



Oxuyanda onu şəkkər gəlir indi dəhənə. 

 

Yazmışam beytinə bir beyt oxuyub söyləginən: 



Əhsən olsun mənə, təhsin ola v angah

24

 sənə. 



                                                       

24

 



v angah

 



 

75 


Mirzə  Ağadadaş  Müniri 

Ey Müniri, demə hər şe’rini əğyarə, vəli, 

Ərz qıl hali-dilin mən kimi hicran çəkənə. 

 

*  *  * 



Verir e’cazi-şe’rin mürdə cismə tazə can, Yusif, 

Olub məzmuni-əbyatın Məsihayi-zəman, Yusif. 

 

Açıb gənci-xəyalatın, çəkib dürrü gühər nəzmə, 



Kəmali-müfti-gəncinəsin qıldın əyan, Yusif. 

 

Nəqudat ilə sahibsikkə idin bəhri-təbinlə, 



Görüb kamiləyar, irsal qıldın ərməğan, Yusif. 

 

Peyapey xaliqi-təb’in edər tənzili-vəhyi-şe’r, 



“Ləcidu riyhəYusif”

25

 ayəsin eylər bəyan, Yusif. 



 

Vəli, “külli-cədidun ləzzə”

26

 mə’nasın cədid eylər, 



Gətir təhrirə zövq ilə, ola qüvvət rəvan, Yusif. 

 

Burax qəvvasi-təb’in futə vursun bəhri-əş’arə, 



Gətirsin tazə-tazə dürrlər, versin nişan, Yusif. 

 

Vüsali-söhbəti-zövqi-kəlam olduqda naməqdur, 



Bəyani-tazə lütf et, ta olaq bir həmzəban, Yusif. 

 

Mənəm dürri-qəzəl bazarının xibrə xiridarı, 



Cəvahir - sözlərindir, təb’i-şe’rin bəhrü kan, Yusif. 

 

Cəvabi-ərni “Lən”dir gərçi əmma vardır ümmidim, 



Eşitsin bu Müniri “ləntərani” bir zəman, Yusif. 

                                                       

25

 Yusif” surəsi, ayə 94.”...Yusifin ətrini alıram”. 



26

 

Bütün yeniliklər ləzzətli olur.



 


 

76 


Bahar ağlayışı 

YUSİFİN MÜNİRİYƏ YAZDIĞI KAĞIZI 

 

Ey könül behcəti, hicründə könül qan oldu



Yandı qəmdən bu sitəm xanəsi viran oldu. 

 

Şad olan könlümü, ey şux, qəmalud etdin, 



Gördü düşmən məni bu hal ilə giryan oldu. 

 

Çəkdiyim ahü fəğan etmədi tə’sir sənə, 



Hər görən hali-dili-zarımı heyran oldu. 

 

Bilirəm öldürəcəkdir məni bu möhnəti-hicr, 



Olmadı çarə, dəxi dərd firavan oldu. 

 

Olu bir gün ki, gəlirsən, “Hanı miskin Yusif”, 



Yusifin canı deyərlər sənə qurban oldu. 

 

Getdi biçarə cahandan, gözə xaki-dərini 



Tutiya eyləməmiş xak ilə yeksan oldu.  

 

MÜNİRİNİN VERDİYİ CAVAB 

 

Ta könül Misrinə şəh Yusifi-Kənan oldu, 



Piri-Kən’an eşidib xürrəmü xəndan oldu. 

 

Yetdi namıə necə Yə’qubə qəmisi-Yusif, 



Fövri beytülhəzənim xaneyi-şadan oldu. 

 

Aşiqanə o kəlami ki, yazıbdın mənə sən, 



Oxuyub bu dili-atəşzədə nalan oldu. 

                     




 

77 


Mirzə  Ağadadaş  Müniri 

NURİYƏ KAĞIZ 

 

Ey şikənci-qəmə daruyi-məsərrət, Nuri. 



Məzhəri-gövhəri-məknuni-sədaqət, Nuri. 

 

Qəməri-bürci-məlahət səməri-nəxli-vəfa, 



Bəhri-vicdan, düri-gəncineyi-ülfət, Nuri. 

 

Qürəba qəlbinə əş’ari-fəsihi munis, 



Ürəfa qövminə əczayi-həlavət, Nuri. 

 

Çəkdi qürbət məni zənciri-fəraqə sənsiz, 



Saldı cinsi qəmə aşubü şiddət, Nuri. 

 

Bilmədim qədrini vəslin, çəkərəm hicranı, 



Qalmayıb məndə qəmü möhnətə taqət, Nuri. 

 

Dolanırmı fələkin çərxəsi, aya bir də 



Edərikmi yenə min şövqlə söhbət, Nuri. 

 

Gözlərəm qürbət ara, lütf eləsin əş’arın, 



Zövqi-şe’rin verə bu könlümə behcət, Nuri. 

 

Sahibi-lütfü kərəm gözləməyir şanü şərəf, 



Edər üftadələri bəlkə riayət, Nuri. 

 

Qələmi-şövqüli al, ta oxuyub bu rəqəmi 



Qoyma etsin dəxi tə’sir bu qürbət, Nuri. 

 

Ülfətin, Nuri, Müniridən, amandır, kəsmə, 



Şahsən bəndəyə, bu bəndə - rəiyyət, Nuri. 

 



 

78 


Bahar ağlayışı 

SEYYİD ZƏRGƏRƏ BİR KAĞIZ 

 

Ey sipehri-fərəhə nuri-müəzzəm Seyyid, 



Feyzbəxşi-həmeyi-ənqəşi-aləm Seyyid. 

 

Şüəra məclisinin zinəti sürət qələmi, 



Ürəfa məclisinə niri-mükərrəm, Seyyid. 

 

Ta vüsalından ələm eylədi gərduni-kühən, 



Olmayıb hiç fərəh dildə fərahəm, Seyyid. 

 

Görmədim cənnəti mən kuyi-vüsalundan uzaq, 



İstəməm cənnəti hicründə çü Adəm, Seyyid. 

 

Səbzi-meydan eləməz könlüməüzü xürrəmü səbz, 



Bəzmi-Cəmşid açıla, saqi ola Cəm, Seyyid. 

 

Güli çox, bülbüli çox, leyk bir əhli-dili yox, 



Ta edə söhbəti bu könlümü xürrəm, Seyyid. 

 

O keçən günlərin əfsus ki, şükranəsini 



Etmədik, imdi əcəb bağlı qalıb qəm, Seyyid. 

 

Yoxdu bir şux ki, sorsun nədir aşiq halın, 



Ya ki, dəf’i-qəm üçün eyləyə çəm-xəm, Seyyid. 

 

Bir dua et məni-hicrankeşə, istə Həqdən, 



Bəlkə bir də görüşək zövqlə bahəm, Seyyid. 

 

Qiyməti-vəslini bildirdi mənə hicranın, 



Can imiş qiyməti, nə məxzənü dirhəm, Seyyid. 

 

Mərdümi-didə Münirilə kəlamın gözlər, 



Ta ki, rövşən ola bu dideyi-pürnəm, Seyyid. 


 

79 


Mirzə  Ağadadaş  Müniri 

 

Mündəricat 

 

“BAHAR AĞLAYIŞI” .................................................. 3

 

 

QƏZƏLLƏR .................................................................. 9

 

 

MÜXTƏLİF ŞEİRLƏR .............................................. 52

 

Tərcümeyi-hali-ağadadaş müniri ............................... 52

 

Ənar qəsidəsi ................................................................ 53

 

Məsnəvi ......................................................................... 57

 

Mirzə Əbdülxalıq Yusifin divan

 

bağlaması     

münasibətilə təbriknamə ............................................ 58

 

 

RÜBAİLƏR ................................................................. 64

 

Xəyyamdan tərcümələr ............................................... 66

 

 

QƏMLİ SƏTİRLƏR ................................................... 67

 

Bahar ağlayışı .............................................................. 67

 

Mərsiyeyi-Yusif ............................................................ 69

 

Mərhum Mikayıl Seydi

 

haqqında fəryad .................. 70

 

Mirzə Səməndər Dərbəndli

 

haqqında növhə ............ 72

 

 

MƏNZUM MƏKTUBLAR ........................................ 74

 

Əbdülhəmid Minaya məktub ..................................... 74

 

Yusifin Müniriyə yazdığı kağızı ................................. 76

 

Münirinin verdiyi cavab ............................................. 76

 

Nuriyə kağız ................................................................. 77

 

Seyyid Zərgərə bir kağız ............................................. 78

 

 


 

80 


Bahar ağlayışı 

 

 

 

 

 

 

MİRZƏ AĞADADAŞ MÜNİRİ 

 

 

 

 

BAHAR AĞLAYIŞI 

 

 



 

 

 



 

 

 



Naşir: Ceyhun Əliyev 

Dizayner: Flora Əliyeva 

Texniki redaktorlar: Ülvi Arif, Asim Səfərov 

Korrektor: Ülviyyə Bahir 

 

_________________________________________ 



 

 

Yığılmağa verilmişdir: 01.04.2016 



Çapa imzalanmışdır: 05.04.2016 

Tiraj: 200, ş.ç.v. 5 

Sifariş № 24 

“Ecoprint” nəşriyyatının mətbəəsində  

çap olunmuşdur 

Bakı, Mətbuat pr., 529 



Tel.: (99455) 216 09 91

 

 

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə