MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   7   8   9   10   11   12   13   14   15

 

42 


Bahar ağlayışı 

 

 

ABBAS AĞA QÜDSİYƏ NƏZİRƏ 

 

Yüzdə zülfün bir şəbi- deycur şəklin göstərir



O şəbi-deycurdə məh nur şəklin göstərir. 

 

Şəmi-ruyin yad edib gəh dil yaxar pərvanə tək 



Gəh sızıldar ta səhər, zənbur şəklin göstərir. 

 

Sünbüli-zülfün səba yel oynadıqca, gül üzün 



Gəh pəri hökmin qılar, gəh hur şəklin göstərir. 

 

Arizində hüsni-xəttin bit büsat açmış bu gün, 



Gəh Süleyman dövlətin, gəh mur şəklin göstərir. 

 

Zülfiqarasa qaşın Qənbərsifət xali-ləbin



Hər biri bir hüsnilə məmur şəklin göstərir. 

 

Eylə məknundur dəhanın vəqti-öltarında, gər 



Diqqət olsa qönçeyi-məstur şəklin göstərir. 

 

Gəl təmaşayə təcəllasın gör o rüxsarının, 



Atəşi-eşqin sinəmdə Tur şəklin göstərir. 

 

Cami-meydən əksi-ruyin ruyivə salmış şəfəq, 



Ərğəvani rəngdə nəyyur şəklin göstərir. 

 

Gər Müniri həq tərəfdarıdır, Həqdən zikr edər, 



Bu “ənəlhəq” kəlməsi Mənsur şəklin göstərir. 

 



 

43 


Mirzə  Ağadadaş  Müniri 

*  *  * 


 

Sirri dildən qeyrə ünvan eyləmək düşvardır, 

Gövhəri xatəmdə pünhan eyləmək düşvardır. 

 

Hər gülüstanı neyistan eyləmək müşkil deyil, 



Hər neyistanı gülüstan eyləmək düşvardır. 

 

Gər təraş etsən daşı ayinə tək seyqəl tapar, 



Natəraş insanı insan eyləmək düşvardır. 

 

Dərdü qəmdir yeksərə asayişi-mülki-cəhan



Dərdü qəmsiz hərgiz imkan eyləmək düşvardır. 

 

Hər Əzizin təxtini tabut qılmaq xeyli səhl, 



Hər qul oğlun Misrə sultan eyləmək düşvardır. 

 

Bilməməyin bilsə kəs bilməkdir, amma bilməsə, 



Başa salmaq, şərhi-e’lan eyləmək düşvardır. 

 

Daşı dürr eylər təbiət hər təriq ilən ola, 



Hər daşı çün dürri-qəltan eyləmək düşvardır. 

 

Şahı şahlıqdan, Müniri, xəl’ qılmaq səhldir, 



Alimi elmindən üryan eyləmək düşvardır. 

 

Tərki-tiryak qələndər eləyib sübhü məsa



Sureyi-tövbəni, xəmr ayəsini etdi şüar. 

 

Məscidə gəldi o həngamədə ol qaşı kəman, 



Gördü mehrab qaşın, qaşın edib qiblə qərar. 

 



 

44 


Bahar ağlayışı 

Zə’fi-ruzə bədənin öylə zəif etmiş idi, 

Əhməri arizi olmuşdu zəri-dəstifişar. 

 

Görcək ol yarı bu hal ilə günüm tar oldu, 



Necə ki, ay tutulan haldə aləm olu tar. 

 

Mümkün olsaydı tutardım əvəzi-yar ilə sovm, 



Olar idim onilə ruz ilə şəb ruzi-şümar. 

 

Ya qəbul olsa idi fitr əvəzi, can nəqdi, 



Ey Müniri, eləyirdim qədəmi-yarə nisar. 

 

*  *  * 



 

Bəs şəbi-hicrində yaxmış atəşin ahim çırağ, 

Rişteyi-canımda əsla qalmayıb bir zərrə yağ. 

 

Nərgisi-məstin təmaşasından ötrü  bağdə 



Güllər açmış bəzmi-mey, hər lalə olmuş bir əyağ. 

 

Qisseyi-zülfün sorub divanə sandı el məni, 



Açdı əmma mubəmu aşüftə könlümdə tərağ. 

 

Bağə gəlmək müjdəsin vermiş səba yarın, odur 



Fərş salmış səbzə yaymış şaxi, hər gül bir otaq. 

 

Bir gülüzlüdən nişandır, xəstə aşiqdən əsər, 



Hər gül açılmış çəməndə, göstərir hər lalə dağ. 

 

Nafeyi-mişki sorub, ol ahu gözlü yardən, 



Guşeyi-çeşmilə verdi çini-zülfündən sorağ. 

 



 

45 


Mirzə  Ağadadaş  Müniri 

Sərv qəddin payibəndi qeyddən azadədir, 

Cənnəti-kuyin görən rənci-qiyamətdən fərağ. 

 

Göz yaşım görcək rəvan sordu səbəb canan, dedim: 



Sərvqamətlər duran yerdən gərək axsın bulağ. 

 

Gər Müniri, kuçeyi-meyxanədən qılsan güzar, 



Bir əyağ üstə əyağ al, keç o yerdən tərdimağ. 

 

*  *  * 



 

Mürği-baği-heyrətəm, bu natəvan cismim qəfəs. 

Sənsiz, ey İsanəfəs, bu can gərəkməz bir nəfəs. 

 

Bəsdi vəhşilərlə tutdun üns, ruzi-səxt oldu yar. 



Məhmili-Leyli gəlir, Məcnun, sədalənmiş cərəs. 

 

Heyrəti-ruyin olan dil Turi kuyində müdam 



Musiyi-Sinanı Həq tək iqtibas eylər qəbəs. 

 

Əzmi-gülzar etmiş ol xurşidru çün, sübh açıl, 



Dəstü pa vur çün səba gülzar üçün, ey dil, tələs. 

 

Şəm’ tək hər əncüməndə rövşən etmə razını, 



Eşq odunda yanmağa pərvanə tək qılsan həvəs. 

 

Səbr qıl dərya təhində çün sədəf, dürpərvər ol, 



Bəhr olub doldurma şurişlə kənarın xarü xəs. 

 

Elm rəsmi mazivü müstəqbəl oldu qeylü qal, 



Zahida, hal istəsən, al eşqdən bir qədr dərs. 

 



 

46 


Bahar ağlayışı 

Dad edib hər kuhdə açma o şirinləb sözün, 

Bisütundan görməyib Fərhad cüz səs dadrəs. 

 

Ey Müniri, ləli-canbəxşində yarın xalımı, 



Ya əsəl üzrə qonubmu şəhd kəsb eylər məgəs? 

 

*  *  * 



Rəşk öldürür imdi məni, naz özgəyə az et, 

Mən çəkməliyəm nazını, ancaq mənə naz et. 

 

Sən bəzmi-vəfa xosrovisən, söhbəti şirin, 



Şəkkər ləbin aç, min dili-Məhmudi Əyaz et. 

 

Bir guşədə qəmzən kimi eylə məni pünhan



Mərdüm kimi çeşmində məni məhrəmi-raz et. 

 

Mehri-tərəfeyn bir-birə mizan ilə xoşdur, 



Adilsən əgər mehrini aşiqlə təraz et. 

 

Gini-dürd ilə, peymanəyə övsafda saf ol, 



Gəz bəzmi-məhəbbətdə, könül, tərki-məcaz et. 

 

Mehrabdır əbrulərinin taqi-hilalı, 



Öp xaki-dərin, dərdini de, razü niyaz et. 

 

Bir bəndeyi-sərgəşteyi-zülfündü Müniri, 



Ey padşəhim, xatirini bəndənəvaz et. 

 

*  *  * 



 

Meydə görcək əksi-ruyin heyrət anə oldu dəst. 

Söylədi ol büt görən xurşid olub atəşpərəst? 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə