MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   2   3   4   5   6   7   8   9   ...   15

 



Mirzə  Ağadadaş  Müniri 

“əlində”  rədifli  qəzəllər  verilmişdir.  Hacı  Soltanın  “Gizli 

xəzinələrdən incilər” toplusunda isə şairin “Ənar qəsidəsi” 

verilmişdir.  

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsti-

tutunda  B-1791  şifrəli  qovluqda  22,5x14,5,  21x8,  21x13, 

35x11 sm ölçülü vərəqlərdə  Ağadadaş Münirinin şeirləri 

vardır  ki,  bunlar  göy,  yaşıl,  qara,  bənövşəyi  mürəkkəblə, 

bəziləri karandaşla yazılmışdır. Arxası şəkilli vərəqlərdəki 

yazılar Ə.Müznibindir. Digər yazıların Münirinin avtoqra-

fı olması ehtimalı var. Müznibin xətti ilə olan şeirlərin al-

tında  şairin  adı,  təxəllüsü  qeyd  olunmuş,  bəzilərinin  al-

tında  tarix  qoyulmuşdur.  Cəfər  Rəmzinin  toplularındakı 

şeirlər də burada vardır. 51 vərəq həcmində olan bu əlyaz-

ma badımcanı rəngli cildə tutulmuşdur. Burada şairin qə-

zəlləri, şair dostları Əbdülhəmid Minaya məktubu, Mirzə 

Əbdülxalıq  Yusifə  1343  tarixli  mərsiyəsi,  Seyid  Zərgərə, 

Mikayıl  Seydiyə,  Mirzə  Səməndər  Dərbəndiyə  yazılmış 

şeirləri  vardır.  Əlyazmadan  görünür  ki,  XX  əsrin 

əvvəllərində  şairin  şeirləri  “Dirilik”  jurnalında,  “Ədəbi 

parçalar”  və  “Türkcə  qəzəllər”  adlı  toplularda  çap 

olunmuşdur.  

Əlyazmalar İnstitutunda əlyazması saxlanılan Nəcəfqu-

lu  bəy  Şeydanın  “Gülşəni-maarif”  təzkirəsində  24  şairin 

ədəbi irsindən nümunələr və onlar haqqında qısa məlumat 

yer alır ki, onlardan biri də Müniridir. (Təzkirəni filologi-

ya  elmləri  doktoru  Paşa  Kərimov  nəşrə  hazırlamışdır). 

Təzkirə  müəllifi  yazır:  Müniri”.  İsmi  isə  Mirzə  Ağada-

daşdır. Atasının adı Cəfərdir. Məzkur əslən Bakının şərqi-

cənub tərəfində vaqe Hövsan qəryəsindən olubdur. Gəmi-

də muzdurluq edib, ildə otuz manat məvacib aldığına bax-

mayaraq, oğlu Ağadadaşı elmə həvəsi olduğundan məktə-

bə dərs oxumağa qoyur. Orada bir neçə il oxuduqda özü-




 



Bahar ağlayışı 

nün istedadlı olduğundan Kəlamullahı qiraət etməkdən sa-

vayı  fars  dilini  dəxi  kamil  öyrənir.  Bu  vaxtlarda  özündə 

şeirguluq təb’i olduğunu bilib şeir deməyə başlar. Get-ge-

də  şeirguluqda  tərəqqi  edərək  Bakıdakı  müasir  şüəaranın 

cümləsindən  hesab  oluna  bilər.  Onun  əfkar  və  xəyalatın-

dan ləm’əpaş olan nəzmlər Zeyldə dərc olunur”. Təzkirədə 

şairin  28  əsəri  verilmişdir  ki,  burada  qəzəllər,  rübailər, 

Xəyyamdan iki rübainin tərcüməsi, bir qitə və qəzəl adı al-

tında bir məsnəvi vardır.   

Kitabı tərtib edərkən ilkin sırada şairin qəzəllərini yer-

ləşdirdik. Müxtəlif şeirlər bölümündə şairin nəzmə çəkdiyi 

tərcümeyi-halını,  “Ənar  qəsidəsi”ni  və  s.  şeirləri,  sonra 

“Qəmli  sətirlər”i  və  “Mənzum  məktublar”ı  verdik.  Ümu-

miyyətlə,  işlədiyimiz  əlyazma  kitabındakı  şeirlərdən  baş-

qa, Münirinin əldə etdiyimiz bütün əsərlərini də kitaba da-

xil etdik. Şairin fars dilində yazdığı klassik şeir nümunələ-

ri  də  vardır,  lakin  müəyyən  səbəbdən  onları  kitaba  daxil 

edə bilmədik.  

Ağadadaş  Münirinin  yaradıcılığında  qəzəllər,  xüsusən 

də klassik şeir ənənəsini yaşadan lirik-aşiqanə, ürfani qə-

zəllər üstünlük təşkil edir. “Gəh salıb rüxsarə zülfün, gəh 

açıb  ruyin  təmam”  misrasıyla  başlayan  ilk  qəzəldə  lirik 

qəhrəman öz mə’şuqunu vəsf edir, xalını görən ürək quşu-

nun  pərvaza  gəldiyini,  zülfü  açılıb  tökülərkən  hamının 

heyrətdə qaldığını bildirir. 

Şairin “kimi” rədifli qəzəlində lirik qəhrəmanın öz kön-

lünə  müraciəti,  bir  növ  nəsihəti  var.  Əslində  bu  bütün 

aşiqlərə olan nəsihətdir. Burada şair hər nəsihət üçün uy-

ğun təşbehlər seçmiş, bənzədilən obyektə uyğun mənzərə 

yaratmışdır.   

Münirinin  digər  qəzəllərində  də  poetik  obrazlara  bə-

lənmiş  dəyərli  fikirləri  vardır:  “Lalə  tək  bağrına  bir  dağ 




 



Mirzə  Ağadadaş  Müniri 

qoyub xalü xətin”, “Dəhanın varü yox bəhsində varü yox-

dan  əl  çəkdim”,  “Əgər  şəkkər  təmənnasındasan,  Xos-

rovluq  izhar  et  Və  gər  şirin  görərsən  tişə  zəxmin,  onda 

Fərhad ol”, “Səni Həq tək yaradıb, ey büti-ziba, özü tək”, 

“Zülf ilə xalü xətin zikrin bilirmi zahid”, “Bir ahu gözlüyə 

seydəm ki, hər səyyadə ram olmaz”, “Rəqs ilə mövləvilər 

zikri-ləbin  tutarlar,  Canan  gələndə  bəzmə  məstanə,  tar 

əlində” və s. 

Ağadadaş Münirinin irfani qəzəlləri mövzu və məzmun 

etibarilə daha çox diqqəti cəlb edir. Bu qəzəllərdə hakimi-

mütləqin vəsfi obrazlı ifadələrlə oxucuya çatdırılır. “Kim-

də  xəlq  olmuş  o  idrak,  o  fəhmü  əqlü  huş”,  “Adəmi  xəlq 

eylədin  ayineyi-vəhdətnüma”,  “Sənsən  ol  gövhər  ki,  bir 

sərraf  görmübdür  səni”  və  s.  misralarda  Allah-təalanın 

bənzərsiz sifətləri obrazlaşdırılmışdır. 

Şairin mənəvi dəyərləri, insani sifətləri əks etdirən qə-

zəlləri də maraqlıdır. “Yerdə” rədifli qəzəlində təbiəti, in-

sanı,  məktəbi,  maarifi,  ədaləti,  əmanəti,  məhəbbəti,  mehr 

və  ülfəti  obrazlı  şəkildə  misralayan  şairin  mənəviyyata 

verdiyi yüksək dəyərin şahidi oluruq. 

Münirinin ən maraqlı şeirlərindən biri də “türk” rədifli 

qəzəldir.  Qəzəl  türkün  cahana  gəlişini,  keçdiyi  sınaqları, 

onun xarakterik cəhətlərini əks etdirir. Daha sonra türkün 

səhrada hər karvana yol göstərdiyini, tiri-şəhabı qılınclara 

nazir  etdiyini,  vuruşlarda  heç  bir  səhvə  yol  vermədiyini, 

dərya kimi həmişə təlatümdə olduğunu qeyd edir və sonda 

ondan daha böyük işlər gözlədiyini bildirir. 

Şairin  “Bahar  ağlayışı”  adlı  müxəmməsi  mart  soyqırı-

mına  həsr  edilmişdir.  Burada  fərvərdin  ayının  gəldiyini, 

yəni  baharın  girdiyini,  səhraların  laləzar  olduğunu,  dağ 

ətəklərinin lalələrlə dolduğunu, çiçəklərin əldən ixtiyar al-

dığını, bülbüllərin biqərar olduğunu bildirən poetik obraz-




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə