MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   2   3   4   5   6   7   8   9   ...   15

 

12 


Bahar ağlayışı 

Zahid meyi həram deyir, fe’lini günah, 

Ey kaş, hey keçəydi günüm bu günahilə. 

 

Tacü külah isə qərəzin gər, Müniriya, 



Qıl tərki-sər ki, baş ucalanmaz külahilə. 

 

*  *  * 



Zülfin tutub dolannam, çün şanə yar əlində, 

Söylər görən, nə tutmuş divanə mar əlində? 

 

Məstanə gözlərindən qıl nəşə hasil, ey dil! 



Ta hər nə qədr yarın peymanə var əlində. 

 

Gül ruyivün xəyalı şeyda qılubdu könlüm, 



Hərdəm gəlir çü bülbül əfğanə xar əlində. 

 

Zülf ilə xalü xəttün zikrin bilirmi zahid? 



Təsbih edib, edər zikr, əfsanə var əlində. 

 

Rəqs ilə mövləvilər zikri-ləbin tutarlar, 



Canan gələndə bəzmə məstanə tar əlində. 

 

Əzzəldə nari-eşqə pərvanə şəm’i yaxdı, 



İmdi çü şəm’ qalmış pərvanə nar əlində. 

 

Çün zülfi-yarə bəndəm, çəksə, Müniri, gəlləm 



Zənciri-zülfi ilə hər yanə, yar əlində. 

 

*  *  * 



Adəm övladında sən tək görməmişdim ruhi-pak, 

Gəndümi-xalın görüb çün gəndüm oldum sinəçak. 

 



 

13 


Mirzə  Ağadadaş  Müniri 

Aldı əqlü huşumu, məstanə qıldı könlümü, 

Çadıri-səbz içrə ta göstərdi ruyin rəsmi-tak. 

 

Bu gülüstan kim, görürsən əksi-ruyindir sənin



Bağiban gözlər təravətbəxş olur xurşidü xak. 

 

Göz yumub açıncə verməz fürsət ərzi-hal edim, 



Mərdümi-çeşmin verir fətva, qılır qəmzən həlak. 

 

Rövşən et giryan qəmin cananə, gülsə şəm’ tək, 



Sən dolan başına çün pərvanə, hərgiz qılma bak. 

 

Nərgisi-məstin xəyalilə, gülüzlüm, sübhə tək 



Bülbüli-şuridə tək bidar mən, sən xabnak. 

 

Ey Müniri, qıl Minayi-eşqdə təslimi-can, 



Ta görənlər söyləsinlər mərhəba, “haza”, fədak

7



 

 

*  *  * 



 

Təbiət ruhlənməz növi-insan olmayan yerdə, 

Gülüstan ətrlənməz ətri-reyhan olmayan yerdə. 

 

Məarif rüşd tapmaz olmasa təşviqi-ürfani, 



Məkatib qədrlənməz elmü ürfan olmayan yerdə. 

 

Məhəbbət töxmin əkməz mehrü ülfət bilməyən dehqan, 



Əmanətpərvər olmaz nəfs, vicdan olmayan yerdə. 

 

                                                       



7

 O fəda oldu sənə. 




 

14 


Bahar ağlayışı 

Əmanət tərk olunmaz açmasa üz şahidi-məqsəd, 

Mürüvvət cilvələnməz ədlü mizan olmayan yerdə. 

 

Məarif şəklə düşməz etməsə gər ciddü cəhd arif, 



Nəmüvv asarı olmaz mehri-taban olmayan yerdə. 

 

Dili-fulad üçün həddadi-xoşkirdar lazımdır 



Ki, ahən seyqəl almaz fikri-suhan olmayan yerdə. 

 

Müniri, murlər seyr eyləyür əflaki, qafilsən, 



Süleymani büsat içrə, Süleyman olmayan yerdə. 

 

“Ədəbi parçalar”, 1926 

 

*  *  * 



Sən o gülsən, rəng vermiş ləblərin gülbərginə

Səndədir feyzi-təmaşası gülün hər rənginə. 

 

Yarın ecazi-dəhanın istəməz hər göz görə, 



Zahidin bax zövqünə, büxlinə, çeşmi-tənginə. 

 

Gedməz aləmdə büsati bircə gün bərhəm tapar, 



Gər Süleyman baxsa təhqir ilə muri-lənginə. 

 

Baxəyal ol, yadə sal Cəmşidi, cami-mey götür, 



Çox da pabənd olma dəhrin əfsərü övrənginə. 

 

Niknamilə gəz, istərsən həyati-cavidan, 



Bağlama bel bu cahanın rənginə, neyrənginə. 

 

Ey könül, mizani-ədl ol, varsa vicdanın əgər, 



Dəysə gər hər anda başın min məlamət sənginə. 


 

15 


Mirzə  Ağadadaş  Müniri 

Şuxi-şəng əyyamə keçdi, imdi himmət vəqtidir, 

Olma sərgərm aləmin ya şuxuna, ya şənkinə. 

 

Əhli-dil məhbubidir növin hüququn gözləyən, 



Salmasın əğyari-bədbinin zəlalət çənginə. 

 

Ey Müniri, söhbəti-ürfanı əxz et, vermə guş 



Naşının hənginə, çənginin sədayi-çənginə. 

 

*  *  * 



 

Ləbin dəhanı ki, isbat edər kəlamə gələndə, 

Qədin qiyaməti nəf’ eyləyir xüramə gələndə. 

 

Əgər nəsimi-səba töksə çini-zülfün üzarə



Şəmimi ruhi-Məsihi verir məşamə gələndə. 

 

Gər oxşadıbsa qaşın taqinə hilali məhi-növ, 



Görür təfavütü yerdən göyə təmamə gələndə. 

 

Bir oxdu hər bir müjganın, ey ürək sevən afət, 



Olurmu can qutara səf çəkib nizamə gələndə. 

 

Siyah zülfü çəkib səf aradə padşəhi-hüsn, 



Hilali-eyd qaşın gör sipəh səlamə gələndə. 

 

Tutubdu mülki-Süleymanı muri-xəttü cəmalın, 



Oxur sifatini Asəf əlində namə gələndə. 

 

Müniri nəyyiri-ə’zəm məqamını sənə vermiş, 



Ülüvvi-fikr ilə ver feyz hər məqamə gələndə. 

 



 

16 


Bahar ağlayışı 

*  *  * 


 

Bax nigarım, odlu dildən ərşə çıxmış ahimə, 

Gör nə odlardır salıb hicrin dili-agahimə. 

 

Səbr qurtarmış, əcəl yetməz verəm kuyində can, 



Kim bu halilə yetirsin ərzi-halim şahimə. 

 

Yandırır doqquz sipehrin kövkəbin ahim odu, 



Gər sala mehrin fələk xurşid üzlü mahimə. 

 

Gər qiyam etsən bu qəddü qamət ilə həşrdə



Üzr göstərrəm səni ancaq o gün Allahimə. 

 

Etcək ümmidi-vüsalın qıldı istiqbali-hicr, 



Urdu naümmidlik od xeyməvü xərgahimə. 

 

Badə tək düşdüm əyağə, ta ləbindən kam alım, 



Qönçə tək qan oldu bağrım, yetmədim dilxahimə. 

 

Cənnət istərsən, Müniri, vaizin vəzin eşit, 



Hər sözü başdan-ayağa bir cəhənnəm vahimə. 

 

*  *  * 



Ey kəmanəbru, bu gün müxtəssdir əbru sənə, 

Xali-hindu, xəttü geysu, nərgisi-cadu sənə. 

 

Bağlıdır divanə dil bir zülf zəncirində kim, 



Həlqə-həlqə, mubəmu adlanmış ol geysu sənə. 

 

Ətrü budir sevdiyin, ey gül, nəsimi-sübh tək



Ətrü buyin gülşəni tutmuş, nə lazım bu sənə. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə