MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 

37 


Mirzə  Ağadadaş  Müniri 

Hər iki kitfində gördüm həlqə-həlqə zülfüni, 

Mən kəməndi-dam adın çəkdikdə sən cövşən dedin. 

 

Daş imiş qəlbin - dedim, əcz eylərəm rəhm etməsən, 



Daş dedikdə fövrən, ey məhparə,sən ahən dedin. 

 

Görə-görə oxlarından didəmin nur aldığın, 



Bir Təhəmtən söyləməkdən ona ruintən dedin. 

 

Can deyirdim gəldigincə oxların müjganına, 



Öl demək gözlərdim ağzından, fəqət əhsən dedin. 

 

Getdi əldən var-yox, sirri-dəhanın açmadın, 



Yan, Müniri, qönçə tək çak eylə pirahən dedin. 

 

*  *  * 



 

Verdi əbrusinin əksin fələkin ayinə yar, 

Oldu əngüştnüma mərdümi-çərx ayinəvar. 

 

Ramazan ayı açılcaq tutulub sövti-rübab, 



Nəş`ələr başdan uçub, qalmadı cüz rənci-xumar. 

 

Bağlanıb meykədələr, qaldı qədəhlər xali, 



Oldu əfsürdə mügü müğbeçəvü badəküsar. 

 

Düzdü bir riştəyə yüz daneyi-ənguri fəqih, 



Nəş`eyi-badə gələn tək oxuya istiğfar. 

 

Oldu xamuş sürahivü səbu, bərbətü ud, 



Sövti-Davud deyəsən eylədi pünhan, müzmar. 

 



 

38 


Bahar ağlayışı 

Yığılıb məscidə təcdidi-vüzu eylədilər, 

Nayü mütrib ilə rəqqas, qələndər nə ki var. 

 

*  *  * 



 

Gəh məni vədeyi-vəsl ilə o məh şad eylər

Gah ənduhü qəmi-firqətə mötad eylər. 

 

Gəh salır türreyi-şəbgiri kimi damə məni, 



Gah divanə qılıb, qüssədən azad eylər. 

 

Ey şəkərləb, bu nə şirinlikdir lə’lində, 



Etdirir Xosrova eşqin, nə ki Fərhad eylər. 

 

Ahu gözlüm, gözün ol şivəyə maildir kim, 



Seyd ikən eylər o rəftarı ki, səyyad eylər. 

 

Hüsni-xülqün nə ki dil mülki var, abad etmiş, 



Bir xərab etsə gözün, yüz ilə abad eylər. 

 

Bu nə şeydadır, əya, mərdümi-çeşmim çeşmin 



Görsə hər yerdə bir ahubeçə, azad eylər. 

 

Tiği-əbrusinə seyqəl verir ol məh, gördüm, 



Ey Müniri, mənə nə etsə, bu cəllad eylər. 

 

*  *  * 



Ey könül, aşiq olan can ilə canani sevər, 

Hərgiz aşiq demək olmaz  ona kim, cani sevər. 

 

Canı canan diləsə, hiç diriğ etməməli, 



Nə ki, canan sevər, əlbəttə, könül ani sevər. 


 

39 


Mirzə  Ağadadaş  Müniri 

Səbr edən töhmətə, məhbub rizasın gözlər, 

Dostunu kim sevə Yusif kimi zindani sevər. 

 

Çəkməyən xar cəfasın, gülə yetməz hərgiz, 



Gül sevən rəsmdü bülbül kimi əfğani sevər. 

 

Gördi xalü xətin Adəm elədi cənnəti tərk, 



Kişinin zövqini gör, aləmi-insani sevər. 

 

Nə gəlir fikrinə sündüs, nə düşər yadına mişk, 



Kim ki, ol xalü xətü zülfi-çəlipani sevər. 

 

Nə qərəz sərv, nə sünbüldü, nə güldür, könlüm, 



Çün rüxün həsrətidir seyri-gülüstani sevər. 

 

Sərvqəddim, qədəmin çeşmeyi-çeşmim üstə



Şəhdsözlüm, könül ol çeşmeyi-heyvani sevər. 

 

Demə pabənddir ol zülfə Müniri şəbü ruz. 



Hər pərişan olan, əlbəttə, pərişani sevər. 

                                   

*  *  * 

 

Yarın xisalı, hüsni-cəmali bir özgədir, 



Şəkkər dəhanı, tuti məqali bir özgədir. 

 

Hər gülbün üzrə qönçəvü gül var həzar ilə, 



Yarın dəhani-qönçəmisali  bir özgədir. 

 

Hər ay başında mərdümə göstərsə bir hilal, 



Əmma bu mahın iki hilali bir özgədir. 

 



 

40 


Bahar ağlayışı 

Hərçənd bənzəyir rüxi-dildarə lalə, leyk 

Yarın xət üzrə arizi-ali bir özgədir. 

 

Əğyar içində xalü xəti-yardən nə bəhs? 



Bəzm olsa xali, söhbəti-xali bir özgədir. 

 

Olmuş xəyali-xalü xətilə əgərçi dil, 



Əmma vüsalı, söhbəti-hali bir özgədir. 

 

Eyb etmə, gər Müniri dəhanından etsə bəhs



Çün elmi-ğeyb bəhsü suali bir özgədir. 

 

*  *  * 



 

Gözlərin üstündə qaşın mahı bildirməkmidir? 

Ya iki sad üzrə bismillahı bildirməkmidir? 

 

Mehri-ruyin mahi-növ qaşın sipehri-hüsndə, 



Mərdüm içrə tərhi-mehrü mahı bildirməkmidir? 

 

Qaşların əngüşti-Heydərdir ki, bir düşmən edər, 



Ya cəmalın qüdrəti-Allahı bildirməkmidir? 

 

Taziyanə sanma zülfün, ol sənəm Yusif deyil, 



Gər məramın atəşin bir ahı bildirməkmidir. 

 

Xali-rüxdü, ya rüxün zülf ilə tutmaqdan murad, 



Şeşdəri-heyrətdə qalmış şahı bildirməkmidir? 

 

Ruyini açmaq, dübarə zülfini tökmək üzə, 



Vəsldən ruzü şəbi-kütahı bildirməkmidir? 

 



 

41 


Mirzə  Ağadadaş  Müniri 

“Keyfə tuhyil-mövtə”

11

 edənə nəfsini öldür, diril, 



Məqsəd itminan üçün gər rahı bildirməkmidir. 

 

Elmi derlər, ey Müniri, xəzmin əfvahi-rəcal, 



Elmi bildirməkmidir, əfvahı bildirməkmidir? 

 

 



*  *  * 

Könlümün həsrət gözü ol şuxi-mehrayindədir

Dinü ayinim mənim oldur ki. yar ol dindədir. 

 

Qaşların xunrizlik fikrindədir, ey məh, müdam 



Məst olub xunriz çeşmin dinü dil qəsdindədir. 

 

“Külli-şey”



12

 asari-Həqdir hamı müstəhsən, gözüm, 

İxtilafü nikü bəd kim mərdümi-bədbindədir. 

 

Ahuvəş çeşmin məni saldı Xütən səhrasına, 



Zülfi-pürçinin sorağ aldım, dedilər Çindədir. 

 

Gül hamı bir güldür, ey dil, bağiban bir, bağ bir, 



Bu təfavütlər hamı ətrindədir, rəngindədir. 

 

“Əhsənüt-təqvim”dir



13

 küllən həvadis, ey könül, 

Bu həvadis tərhinə canın özü təhsindədir. 

 

Ey Müniri, olma hərcayi, dəyanətpərvər ol, 



Külli-dünya ləzzəti həm dinü həm ayindədir. 

 

                                                       

11

 Bəqərə surəsi, ayə 260. “...Ölüləri necə diriltdiyini...” 



12

 Qurani-Kərimdən “hər bir şey” 

13

 ”Ət-Tin” surəsi, 4-cü ayə: “Biz 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə