MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

27 


Mirzə  Ağadadaş  Müniri 

Sübh ulduzun qəravul içün etdi pişrov, 

Yığdı piyadə əsgərini Kəhkəşanə türk. 

 

Dərya kimi təlatüm edə hər zəman hərif, 



Bürci-fələkdə xəndəq aça xanə-xanə türk. 

 

Bir gün, Müniri, Əhriməni surə döndərir, 



Təng eyləyir bu mülki-Süleymanı anə türk. 

                                    

*  *  * 

 

Səni, Həq, tək yaradıb, ey büti-ziba, özü tək. 



Bir gözəlsən, sənə nə ğazə gərəkdir, nə bəzək. 

 

Lalə tək bağrıma bir dağ qoyub xalü xətin, 



Dağdən xali üzün həşrə kimi görməyəcək. 

 

Əzmi-bağ etdiyini müjdə verib bağə səba



Sübh açılcaq açılıb çıxdı təmaşayə çiçək. 

 

Danış, al canımı, ey cövhəri-can, etmə sükut, 



Nəzər et, həsrəti-didarına, qan oldu ürək. 

 

Ruyivün mailü sərgəştəsidir sübhü məsa, 



Dolanır həsrətin ilə məhü xurşidü fələk. 

 

Zəri-təbimi qılıb eşqin odu dəstəfşar, 



Qaşsız bir qızıla daxi nə lazım bu məhək. 

 

Xaki-payin çü Müniri öpərəm ta varəm 



Ki, qoyub şəhdi-ləbin boynuma bir həqqi-nəmək. 

                                           




 

28 


Bahar ağlayışı 

*  *  * 


 

Bəççeyi-dəllak tökdi cami-simin içrə ab, 

Oldu hər bir qətrə ab, aşiq baş açdı, çün hübab. 

 

Ərğəvani futə saldı boynuma bir əldə tiğ



Qanımı tökdükdə mərdüm etməsinlər qan hesab. 

 

Çırmayıb saidlərin su aldı fövrən camdən, 



Səpdi gülbərg əllərilə başə peydərpey gülab. 

 

Çərxə çəkmiş tiğini, aldı çü büllurin ələ, 



Qaçdı çərxə rəşkdən, tiğin buraxdı afitab. 

 

Açdı ta ol səngdil, nərmək əlin başım tərəf,  



Başımın sevdası artdı, tapdı çeşmim iztirab. 

 

Tiğinə verdikcə seyqəl, oldu dil mir’ati saf, 



Etdi baş verməkliyə şövqilə muyi-sər şitab. 

 

Muyi-sər ol müştmalın gördü, qıldı tərki-sər, 



Kim, deyil insaf tiğü sər ara olmaq hicab. 

 

Yox Müniri, muzdi-dəst əldə, verim cüz nəqdi-can



Neyləyim, qoymub qala bir vəch cüz can inqilab. 

 

 



*  *  * 

 

Könül, seyd olma hər səyyadə, hər nə seydə səyyad ol. 



Əgər izzət sevərsən, nəfs zəncirindən azad ol. 

 



 

29 


Mirzə  Ağadadaş  Müniri 

Məhəbbəttalib ol, ülfəttəmənna mərhəmətayin, 

Güşadəcübbə ol, əxlaqi pak ol, dəsti-imdad ol. 

 

Fərəhbəxş ol, qəməngiz olma, münsif ol, şərir olma, 



Ədib ol, kamil ol, hər fikrü tədbirində ustad ol. 

 

Hərir ol, məşvərət bəzmində asayiş ver afaqə, 



Nə müşkül nüktə olsa, həllinə bir kilki-fulad ol. 

 

Əgər şəkkər təmənnasındasan, Xosrovlıq izhar et, 



Və gər şirin görərsən tişə zəxmin, onda Fərhad ol. 

 

Əgər geysuyi-yarı telbətel gəzməksə məqsudin, 



Bu əfkarında əvvəl payədə bir nəxli-şümşad ol. 

 

Cahanın dərdü ənduhindən azad olmaq istərsən, 



Müniri tək bu afaqın qüyudatından azad ol. 

 

*  *  * 



 

Surəti-insan, könül, bir nəqşi-dünyadır gözəl. 

Kilki-təsviri-müsəvvirdən bir inşadır gözəl. 

 

Əhsənüt-təqvim mafövqüt təsəvvür xilqəti, 



Bir bəşərdir maliki-“əsmai-hüsna”dır gözəl. 

 

Bir mürəkkəbdir ki, tərkib olmuş onda nuri-Həq



Müqtədir bir zati-aliqədri-danadır gözəl. 

 

Bəslənən neysani-rəhmətlə sədəf xövfündə kim, 



Rəhmi-madərdən gələn bir dürri-yektadır, gözəl. 

 



 

30 


Bahar ağlayışı 

Ruhlənmiş nuri-vəhdətlə buneyyi-əsldə, 

Nəş’ələnmiş bir mey ilən kim müsəffadır gözəl. 

 

Surəti-adəmdə təşkil olmuş ol həqq ayəti, 



Həm bu gün nəslində peydavü hüveydadır gözəl. 

 

Ey Müniri, gör nə surət bağlayıb bir qətrə tər, 



Kim təsəvvür aləmində eyni-mə’nadır gözəl. 

 

*  *  * 



 

Vəslə çün pərvanə yetsən yanacaqsan, ey könül. 

Şəm’ tək hər əncüməndə xah ağla, xah gül. 

 

Eşq odunda yan, könül, daim səməndərtaqət ol, 



Şö’lə tək qalxma həvayə, yansa varın cüzvü kül. 

 

Badəni şirin ləbin təlx etdi, gül ruyini sürx



Bəhs edilməz daxi lə’linlə nə mül, nə bərgi-gül. 

 

Atəşi-eşqə Xəlilasa gəl, ey dil, vəcd qıl, 



Gülsitani-Həq təmənnasında, cismin olsa kül. 

 

Gör nə xoşməşrəbsən, ey məh, mey əyağından öpər, 



Arizindən cilvə eylər afitabi-cami-mül. 

 

Aləmi-təcriddə, gəl qıl, əvalim seyrini, 



Ey könül, qeyd aləmi aləmdə bir aləm degil. 

 

Mərifət istərlər insandan, Müniri, nə libas, 



Nitqsiz heyvanə artırmaz şərəf zərduz çul. 

 



 

31 


Mirzə  Ağadadaş  Müniri 

*  *  * 


 

Yetişdi mövsümi-hicran, dəmi-xəzan, ölürəm. 

Bahari-vəslinə yoxdur dəxi güman, ölürəm. 

 

Olub vətən mənə qürbət, qəmi-fəraqın ilə, 



Nə munisü nə ənisü nə həmzəban, ölürəm. 

 

Sirişki-qəm tökərəm şeh təki şəbi-hicran, 



Yetişməmiş dəmi-sübhi-vüsalə can, ölürəm. 

 

Bu axərin nəfəsimdir, dəmi-xəzanımdır, 



Bahari-vəslinə yoxdur dəxi güman, ölürəm. 

 

Cəmalının gülünün əndəlibiyəm şəbü ruz, 



Eşitməsən

9

 nə qədər eyləsəm fəğan, ölürəm. 



 

Rəqib tə’nələrin, el məlamətin çəkərəm, 

Haçanacan qəmim eldən edim nihan, ölürəm. 

 

Sitarələr yanır aəhvalıma, sən, ey zalim, 



Tərəhhüm eyləməsən, etməsən

10

  güman, ölürəm. 



 

Yetişmədin qəmimə ol qədər ki, yetdi əcəl, 

Gəl imdi gör məni bu halilə, inan, ölürəm. 

 

Məhəbbət aləminin iqtizasıdır, bu sözüm, 



Müniri, nəzm ilə yaz, qoy qala nişan, ölürəm. 

 

                                                       



9

 eştməzsən 

10

 etməzsən 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə