MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   7   8   9   10   11   12   13   14   15

 

56 


Bahar ağlayışı 

Dedi, sən göndərən ol xonçadur, aç, gör ani. 

Bir qədər səndən, əmoğli, irəli bircə qulam, 

Götürüb verdi, dedi, vermiş Əli bu xani. 

Götürüb şiri-Xuda üstən onun məndilini, 

Gördü sərtasər o xan nardü, çox nurani. 

Şiələr, könlümü basdı yenə yüz qüssəvü qəm, 

Saldı od könlümə ol Kərbübəla ətşani. 

O nə həngamə idi Mariyədə aşura, 

Çıxmış idi göyə ətfali-Hüseyn əfqani. 

İzn alıb su götürə Kərbübəla səqqası, 

Gəldi meydanə qəzəbnak o şücaət kani. 

İstədi su götürə, kəsdi yolun qövmi-ədu

Həmlə qıldı qoşuna gərm elədi meydani. 

Yetirib nəhri-Fəratə özüni sür’ətilə, 

İstədi su apara xeyməyə, gör üdvani, 

Tutdular dövrün o qürsi-qəmərin halə kimi, 

Saldılar iki qolun, qoymadılar mövlani. 

Xeyməyə su apara, saldılar atdan o şəhi, 

Çağırıb yar özünə sərvəri-məzlumani. 

Gəldi şahi-şühəda aldı diz üstə başını, 

Ağladı, ağladı şahi-şühəda tulani. 

Dedi, qardaş, aparım gəl səni mən xeymələrə, 

Gözləyir yol bacın, əfqanı tutub hər yani. 

Söylədi, yoxdi üzüm xeyməyə getmək, qardaş, 

Dedi, bu canım alıb Səkinənin əfqani. 

Çünki su vədəsi vermişdim ona, leyk qəza, 

Yetirib mətləbi-məqsudinə ol üdvani. 

Bəsdi bu qissəni tul etmə, Müniri ki, təmam 

Yandırıbsan qəm oduna mələki-ə’lani. 

 

 

         




 

57 


Mirzə  Ağadadaş  Müniri 

MƏSNƏVİ 

 

Qələmi-təb`imə açdım mizi-təhrirdə fəm, 



Yüz təşəkkür elədikdə dedim, ey növki-qələm. 

Sən qələm eyləmisən qüvveyi-idraki-ələm, 

Sən qələm eyləmisən şəkli-hürufatı rəqəm. 

Sən qələmsən bu gün əsbabi-ülumun açarı, 

Seyr edirsən görürəm külli-bilikdən yuxarı. 

Sən gətirdin bu gözəl elmi bu gün təhrirə

Saldın əfkarını min şivə ilə təsvirə. 

Doldurub yeksərə afaqı sənin asarın, 

Tutub afaqı günəş şəşəəli kirdarın. 

İşləyirsən gecə-gündüz üdəba ilə müdam, 

Özünə eyləmisən yatmağı bilmərrə həram. 

Etmisən bir xət ilə seyr noh əflakı təmam, 

Vermisən şeş cəhətin əmrinə hər yerdə nizam. 

Eyləyib abi-bəqa tirə midadında zühur, 

Verir əmvatə həyati-əbədi, didəyə nur. 

Atmısan daireyi-noh fələkə tiri-şəhab, 

Almısan əncümi-əflakdən icmali hesab. 

Çəkmisən hər birini bir kürə timsalində, 

Vermisən onları bir dairə öz halində. 

Göstərir nəqşələrin hər kürəni bir aləm, 

Var mədarı dolanır, tərbiyət eylər adəm. 

Vermisən nəzmi-nizamidə təmamən xəbərin, 

Göstəribsən hamının seyri-səyahət siyərin. 

Vardı səkkiz yüz il əqdəm bu gözəl asarın, 

İmdi Avropada təsdiq olunur kirdarın. 

Qələm olsun o əli ki, tuta bilməz o qələm

Yetirir hər hərəkatı qələm əhlinə ələm. 

Gəldi cövlanə qələm, açdı zəbani-təqrir, 

Kəlmeyi-ülfəti təklif edib etdi təhrir. 



 

58 


Bahar ağlayışı 

Dedi çar hərf ilə adəm ki, olubdur mə’ruf, 

Bu gün afaqə kifayət eləyir çar hüruf. 

Bu hürufat ilədir behcətü rahət, ülfət, 

Bu hürufat edəcək aləmi rəşki-cənnət. 

Ey Müniri, eləyə birlik əgər növziyyət, 

Aləti-cəng dolanıb ancaq olar bir ülfət. 

              

 

Mirzə Əbdülxalıq Yusifin divan 

bağlaması münasibətilə təbriknamə 

 

Müjdə, ey dil ki, yetib fəsli-gül, əyyami-vüsal, 



İstəyir şahidi-məqsud eləsin ərzi-cəmal. 

 

Sübh tək aç dəri-xidmət, gəlir ol arizi-mehr, 



Yetir afaqə onun gəlməsini zərrəmisal. 

 

Gülşənə susiyə jalə, aça rüxsarını gül, 



Rəqs edə badi-səba, sərv eləyə istiqbal. 

 

Susənü sünbülü gül gülşənə versin ziynət



Bülbül əfğanə gəlib şur ilə açsın pərü bal. 

 

Çeşmələr çeşmin açıb, nəhrlər olsun cari, 



Ta ki, sirab ola bu fəsldə hər tazə nihal. 

 

Xar tək tutma gülün damənini sübhü məsa, 



Bübülün qəlbinə ta yetməyə bir zərrə məlal. 

 

Səbzə içrə nə qədər naz ilə yatmış nərgis, 



Qoymasın pərri-məgəs dəysin ona badi-şimal. 

 



 

59 


Mirzə  Ağadadaş  Müniri 

Zibi-arayiş edə tazə çiçəklərlə çəmən, 

Verə sərvü səmənə cuyi-rəvan abi-zülal. 

 

Şükr ki, kəbk durur kuhlər üstündə müdam, 



Biməhalə edə şahbazlərə ğəncü dəlal. 

 

Dolanıb çərxi-kühən, gəldi bir əyymi-cədid, 



Tazə bir dairədə gərdiş edər mah ilə sal. 

 

Süxənaralıq edərdim dili-zarımla hənuz, 



Nagəhan gəldi bir aşiqküşü bir xoşxətü xal. 

 

Ta yetib tişeyi-eşqin çala ol şirinləb



Vermədi kuhkəni-könlümə bir ləhzə məcal. 

 

Hərəkatı, rəvişi ahuyi-mişkini-Xütən, 



Necə ahuyi-Xütən, gözləri səyyadi-ğəzal. 

 

Həlqeyi-zülfi-siyahı şəbi-yeldayə mühit, 



Mahi-ruyi verü

17

 mahiyyəti-əqmarə zəval. 



 

Xəti-zülmati ara lə’li-ləbi abi-həyat, 

Xalının xadimi İskəndərü Dara, Danyal. 

 

Müşk ilə daneyi-xalı deyəsən töv’əm olub, 



Ya səvadında Bilali-həbəşidir ona xal. 

 

Çeşmi-məftuni qəzəb vaxtı əmiri-Xarəzm, 



Zülfi-aşüftəsi aşiq ürəyiyçün ağal. 

 

                                                       



17

 verir 



 

60 


Bahar ağlayışı 

Tiği-əbrusi, xədəngi-müjəsi, məst gözü 

Siyəhi-zülfilə qarətgəri-mülki-çipal. 

 

Rüxün, əbrusun o geysusi tutubdur deyəsən, 



Cəm’ olub ruz ilə şəb gizlənib əbr içrə hilal. 

 

Gizlənib guşeyi-çeşmində bir aləm fitnə, 



Hərəkatı, özü başdan-ayağa ğəncü dəlal. 

 

Hüsnü, əxlaqı təmam aləmara əhsəni-xülq, 



Nikbu, niksüxən, nikrəviş, nikxisal. 

 

Qəddi Tuba, üzü cənnət, ləbi Kövsər, özü hur, 



Şərmdən bir əli ruyində, bir əldə rumal. 

 

Qönçəsin açdı dəyib bir-birə gülbərg ləbi



Püstəsi oldu şəkərxəndə, töküb şəhdi-məqal. 

 

Dedilər əncümənarayi-xəyalati-bədi’, 



Süxənamuzi-lisani-həmeyi-əlkənü lal. 

 

Ey neyi-kilki-şəkərbəxş, dili tutiyi-can, 



Şe’r tədrisinə bir qit’əsi dərsi-ikmal. 

 

Sən ki, sərrafi-düri-bəhri-hünərsən, nə əcəb, 



Etmisən bir belə gövhər görü

18

 səndən ehmal. 



 

Dedim, ey dürrü gühər gənci, nə dürrü nə gühər? 

Dedi, divani-ədibül-üdəba kündsual. 

 

                                                       



18

 Görür 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə