MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə22/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   18   19   20   21   22   23   24   25   ...   138

83 

 

Mirzə Ələkbər Sabir 



ƏL’ƏMAN, SƏRKƏŞ OLUB... 

Əl’əman,  sərkəş  olub,  gündə  bir  əhvale  düşən  dövri-qəzanın  bu  dilazar  cəfa  kar, 

müxalif əməlindən ki,  yaxıb aləmi narə,  qoyub avarə,  xüsusən  mənibiçarə ki lıəmvarə 

yanıb  ney  kimi  odlarə,  belə  cuşü  xüruş  eyləyirəm,  sanki  səmavarə  dönən  qəlbimə 

minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyi-çeşmimdən, aman bari xudaya, bu nə 

suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kim edər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş 

bir neçə parə ürəfavü üdəbalər ki, qoyub bid'ətə elm adını, tərğib və təhris eləyirlər bizi ol 

əmri-şəniə,  yenə  bunlar  nə  desə  eyb  eləməz  çünki  gedib  elm  oxuyub,  kursu  təmam 

eyləyib,  az-çox  nə  ola  kəsbi-məratib  də  ediblər;  a  kişi,  təngə  gətirdi  məni,  vallahi,  bu 

naqqal  şüəralər,  hədərəndən-pədə-  rəndən,  nə  bilim,  boymadərəndən,  necə  sərsəm 

danışırlar, nə iş olsa qarışırlar necə eyb axtanşırlar, necə gör yoldan azırlar, nə görürlərsə 

yazırlar,  necə  hörmətli  «qərib»  olsa  da  fövrən  tanışırlar;  qulağım  batdı,  nə  çox-çox 

danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nə münasib, əcəba, cəddlə 

əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatü əlamat ilə ə’malımızı, halımızı, 

cümlə bu əf alımızı şe’rlə təğyir və təbdil eləmək fikri-şəniində olub, bizləri hər bid’ətə 

iğfal ilə iysal eləyirlər ki, apar oğlunu ver uşqola  mollasına, əyləş  balanın yasına, bax 

bircə, sən Allah, buların verdiyi fitvasına: yə’ni öz əlinlə elə övladını bir rus; səd əfsus ki, 

bir pak və pakizə müsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub, 

axırı bir doktor olub, millətiislamdə dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalannı 

çarə bilib, mö mini-dindarın edə qarnını murdar, və- halonki gözü sürməli, saqqalı hənalı, 

əli təsbihli, Allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kök atıb rişə salan, 

bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründə xərid ilə furuşi düz olub, 

mişk  əvəzi  müştəriyə  rübbi-biyan  verməyən  ol  həzrətihacül-hərəmeynin  gözəl  əttar 

dükanında ki, hərgiz də siçan həndəvərindən ötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız 

qutularda ki, on ildən bəri saxlanmaq ilə ətri də, tə’siri də artmaqda olub, naxoşu hər dərdü 

mərəzdən  qutanb,  qüssədən  azad  eləyən  rişeyi-xətmi,  küli-balunə,  sənaimərməki,  ya 

həbbi-səlatin, zəkərək, behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!.. 

Alan olmaya əzvay, 

Gedə qış, gələ həm yay, 

Ötə il, dolana ay, 

Sata bilməyə mumyay, 

İş oldu bu da, hay-hay!.. 

 



84

 

 



Hophopnamə 

1907 


EYLƏ BİLİRDİM Kİ,... 

Eylə bilirdim ki, dəxi sübh olub, 

Mürği-səhər tək bir ağız banladım. 

Səng şikəst eylədi balü pərim, 

Banlamağın hasilini anladım. 

Övci-fəzadə görərək bayquşu  

Səhndə qaqqıllayıram indi mən. 

Bir də məni vurma, aman, səngdil! 

Rəhm elə, nıqqıllayıram indi mən. 

Ay çalağanlar, məni qorxuzmayın, 

Mən sizə tərk eyləmişəm İanəni!  

Seyr eləyiz, övci-həvada uçuz. 

Mən də gəzim səhnəçeyi-xanəni. 

Ağlamayın, ağlamayın, cücələr, 

Banlamaram, banlamaram bir daha! 

Banlamamaqdır sizə əhdim mənim. 

Söyləmirəm: anlamaram bir daha!.. 

EY FƏLƏK, ZÜLMÜN ƏYANDIR... 

Ey  fələk,  zülmün  ə’yandır,  bu  necə  dövri-zəmandır  ki,  işim  ahü  fəğandır,  məni 

yandırma  amandır,  gözümün  əşki  rəvandır,  ürəyim  dopdolu  qandır,  hamı  qəmdən  bu 

yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd bəhəmlər, ürəyim 

indi  vərəmlər,  qəzetə,  jurnala  bu  küfrşiyəmlər  necə  cür  ətlə  rəqəmlər  yazıb,  islamə 

sitəmlər eləyirlər ki, gərək aləmiislamdə. hər ölkədə, hər şəhrdə, dinarü dirəmlər saçılıb, 

məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir 

olalar, başdan-ayağə geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyibid’ət, oxuyub 

nəhvlə hikmət, alalar dərsitəbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, 

bata iffət... aman, ey vah! Ay Allah! Bu qövm oldu nə gümrah! Bu nə şiveyi-ikrah! Bu nə 

zümreyibədxah! Salıb aləmə pərxaş, bular lal ola ey kaş, düşə başlarına daş! Xudaya, bu 

nə güftar, nə rəftar, nə murdar, nə biar, fəna karə bizi sövq eləmək fikrinə amadə olublar! 

Qıza lazımdır  əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq,  yun daramaq, don 

yamamaq, səhnü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, 

ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da 

bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məs ələni bilməyidir, 




85 

 

Mirzə Ələkbər Sabir 



bilsə olur əmrə kifayət: biri oldur ki, gəlin getdiyi evdə bacarıb qaynataya, qaynanaya 

çımxıra  bilsin  ki,  ona  söz  deməyə  etmiyə  bir  kimsə  də  cür’ət,  biri  də  qaym  ii

ə 

sahibi 


mabeyninə  bir  hadiseyi-təfriqədir  kim,  ona  dair  edə  hiylət  ki,  beş-üç  gündə  çox  ildən 

qazanılmış  bu  qədər  mehrü  məhəbbət  ola  təbdili-ədavət;  biri,  həm  axın  ən  ümdəsi 

damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək sə’y edə övrət, nə qədər 

faidəsi var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət anası 

söyləsə  bu  adları  filfovr  edər  övladını  rahət  və  qalar  əqli  səlamət,  başı  çəkməz  də 

məlamət... 

Budur aləmi-nisvan! 

Budur hali-müsəlman! 

Gərəkdir edə məhdud 

Öz övladını insan! 

Sən, əmma, hələ qanma! 

İnanmırsan, inanma! 

Fərəhlən əməlindən, 

Utanmırsan, utanma!.. 



NOLUR ŞİRİNMƏZAQ ETSƏ MƏNİ... 

Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət, 

Yesəm bir löqmə ondan, söyləsəm oxqay, hürriyyət! 

De, xeyr olsun, yuxu gördüm ki, bir dərya kənarında 

Töküblər yanbayan, qat-qat, bütün lay-lay hürriyyət; 

Yığıb da doldururlar kisə-kisə, bağlanır möhkəm, 

Urullar təllə, dağdan da aşır balayi-hürriyyət. 

Zibəs çoxdan bəri şövqündə idim mən bu həlvanın, 

Dedim, yaran, nolur versəz mənə bir payi-hürriyyət! 

Sözüm xoş gəlməyib təhvildarə, söylədi: «Güm şo! 

Bədəsti kütəh əz nəxl məcu xurmayi-hürriyyət? 

Nəmidani ki, in dilbər bu gün məxsusi İranəst, 

Tu xud naməhrəmi bər şahidi-zibayi-hürriyyət?»* 

* Rədd ol, bu qısa əl ilə 

İrana məxsusdur? Sən 

xurma ağacından hürriyyət xurması dərə bilməzsən. Bilmirsənmi ki, bu gözəl bu gün 

isə hürriyyətin gözəl dilbərinə naməhrəmsən. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə