MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə18/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   14   15   16   17   18   19   20   21   ...   138

64

Hophopnamə 

Yaxşı nəzər etdikcə sərəncamı yamandır, 

Hər addımı qandır; 

Lağlağı, amandır, 

Qızdırmalı, yan dur, 

Sırtıq , Mozalan, dur! 

Hophop dilə düşdü, 

İş müşgülə düşdü, 

Çünki belə düşdü

İmdi balabandır... 

ATA NƏSİHƏTİ 

Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma, 

Qanın tələf oldu! 

Gündüz, gecə sə’y eyləyibən dərsə alışma, 

Canın tələf oldu! 

Bu şəhrdə çoxdur, görürəm, elm oxuyanlar, 

Onlar nə tapıblar? 

Divanədilər malını bu yolda qoyanlar, 

Guya ki, yatıblar. 

Çoxdur zərəri adəm üçün elm oxumağın, 

Sən say və deyim mən: 

Əwəl bu ki, məktəbdə olur təlx damağın, 

Ey dideyi-rövşən! 

Bir də gözünün nuru gedib kur olacaqsan, 

Canın da sağ olmaz; 

Rəngin saralıb axırı rəncur olacaqsan, 

Bağrında yağ olmaz. 

Axırda, tutaq, ölməyib onversətə getdin, 

Qurtardın özün də; 

İnsaf ile söylə, bu işi yaxşımı etdin? 

Bir dur bu sözündə! 

Sən də deyəcəksən sasalım*, ya ki, demorqat** 

Bilməm necə dersiz; 

Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat

Ax, ax, a beyinsiz! 

Hər bir gədə bir az oxuyub adəm olubdur, 

Zakonu bəyənməz; 



65 

 

Mirzə Ələkbər Sabir 



Çoban-çoluq oğlu bəy ilə bahəm olubdur, 

Hamunu bəyənməz; 

Gahi şaha bir tə’nə vurar, gah vəzirə, 

Bax, bax, səni tarı! 

Gahi ocağa şəkk eliyər, gahi də pirə. 

Kafir olu barı. 

Bundan sora qıl tövbə dəxi, məktəbə getmə, 

Bircə usan, oğlum! 

Ta baxma müəllim sözünə, ta əməl etmə,  

Axır utan, oğlum! 

Çıx dağa, daşa, yol kəsibən qarətə başla.  

Axırda qaçaq ol; 

Sal bir beşatan boynuna, bu adətə başla; 

Həmmali-yaraq ol, 

Xəlqə dadanaq ol. 

Hər işdə sayaq ol, 

Var cana ziyam - 

Qeyrətdən uzaq ol!.. 

AH EYLƏDİYİM... 

Ah eylədiyim nəş’eyi-qəlyanın üçündür, 

Qan ağladığım qəhveyi-fıncanın üçündür. 

Və’z eylədiyim hədyəvü ehsandan ancaq, 

Ümdə qərəzim kisəvü həmyanın üçündür. 

Sərgəştəliyim xərməni-buğdalar ucundan, 

Aşüftəliyim sərvətü samanın üçündür. 

Fərş eylədiyim sinəmi hər gün qədəmində, - 

Kəskin təməim süfrədəki nanın üçündür. 

Bimar tənim küftəvü bozbaş ələmindən,  

Xunin ciyərim dolma-badımcanın üçündür. 

Ağzım dolusu ne’məti-fırdovs dedikdə, 

Boşqabda qara gözlü fısincanın üçündür. 

Vəsf eylədiyim zövqlə ənhari-behişti  

Kövsər məzəli şərbəti-reyhanın üçündür. 

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm. 

Bildim bu tədarük şəbi-ehsanın üçündür. 



66


67 

 

 



Mirzə Ələkbər Sabir 

Ax, bircə görəydim səni, ey sevgili varis, 

Meylim sən ilə dəsti-zerəfşanın üçündür. 

Mün’imlərə can ver, könül, uyma füqərayə, 

Sinəmdə səni bəslədiyim anın üçündür. 

Ahın şərəri etməz əsər bir kəsə, Hophop,  

Bu od sənin ancaq alışan canın üçündür... 

Yan, dinmə, sən Allah! 

Qan, dinmə, sən Allah! 

Həq söyləmiş olsan, 

Dan, dinmə, sən Allah!.. 

«HƏYAT»IN «GOP-GOP»UNA CAVAB 

Bu tifl ki, nuri-bəsərü şireyi-candır, 

Tabi-tənü arami-dilü ruhi-rəvandır, 

Min zəhmət ilə bəslədiyin tazə cəvandır, 

Göndərmə bunu məktəbə, rəhm eylə, amandır! 

Qoy küçədə naz ilə xuram eyləsin oğlun!  

Öz xoşladığı əmrə qiyam eyləsin oğlun! 

Bu bülbüli-şuridə ki, pakizə nəfəsdir, 

Aludeyi-qəm etməyə mail behəvəsdir, 

Bunca ki, gedib məktəbə, bildikləri bəsdir, 

Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir; 

Qoyma  o  dağılmışda  məqam  eyləsin  oğlun! 

Sübhün belə viranədə şam eyləsin oğlun! 

Məktəbdə gedib dərs oxuyanları görürsən. 

Nitqi çəkilən tazə cəvanlan görürsən, 

Qət’ən quruyub cismdə qanları, görürsən, 

Arifsən, özün yaxşı-yamanları görürsən, 

Qıyma  ki,  gedib  fikrini  xam  eyləsin  oğlun! 

Ömrün qəmi-elm ilə təmam eyləsin oğlun! 

Bavər edəməm elmdən olsun fərəh aid, 

Elm artıq olursa, həm olur qəm mütəzaid, 

İstərsən əgər oğlun edə kəsb fəvaid. 

Həm sərvəti zaid ola, həm miknəti zaid

Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!  

Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun! 



68

Hophopnamə 

Biçarə kişi, qanmağa başın hələ keydir, 

Axır mənə bir söylə görüm, elm nə şeydir? 

Bilmək nə gərək kim, bu əlifdir, bu də beydir? 

«Həvvəz», sora «hütti», bu nə heydir, o nə heydir? 

Qoy  pul  qazanıb,  sədri  məqam  eyləsin  oğlun! 

Bəy-xanlar ilə dəxl-kəlam eyləsin oğlun! 

Gop-gop kimi bifaidə əhli-qələm olma, 

Ol Başıqapazlı, vəli Bidərdü Qəm olma. 

Qızdırmalı ol, Təşnələbü Didənəm olma, 

Molla Mozalanlara uyuş, möhtərəm olma, 

Qoy  Hophop  olub,  şöhrəti-tam  eyləsin  oğlun! 

Kəsbin buraxıb, şe’rə dəvam eyləsin oğlun! 



BARIŞNALARA DAİR 

Ey gül, nə əcəb silsileyi-müşki-tərin var, 

Ahu nəzərin var. 

Vey sərv, nə xoş can alıcı qəmzələrin var, 

Həm işvələrin var. 

Aldatdı cavanlarımızı nazü girişmən, 

Firuzeyi-çeşmin. 

Xurmayı saçında nə bəla təlxi-bərin var

Zəhrin, şəkərin var. 

Başdan ayağa şəhd kimi safsən, ey şux, 

     Şəftafsən, ey şux! 

Əmma məkəsi-nəhl kimi niştərin var. 

İncə kəmərin var. 

Əbnayi-vətən vəqf eləyir vəslinə canın, 

Həm ruhi-rəvanın. 

Hətta qocalardan da neçə bəxtəvərin var, 

Yaxşı xəbərin var. 

Etdin saçını «qufravat», urdun üzə «rumyan» - 

Cövlan elə, cövlan! 

Bir ev nə münasib sənə, hər evdə yerin var. 

Hər yerdə ərin var. 

Ancaq demə tacirlərə eşqin əsər etdi

Divanəsər etdi. 

Amillərə tüccardən artıq əsərin var, 

Fəthin, zəfərin var. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə