MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə15/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   11   12   13   14   15   16   17   18   ...   138

47 


48

 

 



Hophopnamə 

1906 


BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ 

V ə k i l  

Həqsizə həqli deyib, bir çox günaha batmışam. 

H ə k i m

 

Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam. 



T a c i r

 

Mən həlal ilə həramı bir-birinə qatmışam. 



R ö v z ə x a n  

Ümmətin pulun alıb, mən gözlərin islatmışam. 

D ə r v i ş

 

Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.  



                                            S o f i 

Ruzü şəb həq-həq deyib, mən hər kəsi oynatmışam. 

M o l l a

 

Gündə bir fitva verib, məxluqu çox aldatmışam. 



E 1 m 

Qət’i-ümmid etmişəm, yeksər bu qövmi atmışam. 

C ə h 1 

Ortada keyf eyləyib, mən həm məramə çatmışam. 

Ş a i r  

Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam. 

Ə v a m 

Anlamam hərgiz, cəhalət bəstərində yatmışam. 

Q ə z e t ə ç i 

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam. 




49 

Mirzə Ələkbər Sabir 



MİLLƏT NECƏ TARAC OLUR OLSUN,... 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var?! 

Qoy mən tox olum, özgələr ilə nədi karim, 

Dünyavü cahan ac olur olsun, nə işim var?! 

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, 

Yatmışları razı deyiləm kimsə oyatsın, 

Tək-tək ayılan varsa da, həq dadıma çatsın, 

Mən salim olum, cümlə cahan batsa da, batsın; 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var?! 

Salma yadıma söhbəti-tarixi-cəhani

Əyyami-sələfdən demə söz bir də, fılani. 

Hal isə gətir meyl eləyim dolmanı, nani, 

Müstəqbəli görmək nə gərək, ömrdü fani; 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var?! 

Övladi-vətən qoy hələ avarə dolansın, 

Çirkabi-səfalətlə əli, başı bulansın. 

Dul övrət isə sailə olsun, oda yansın, 

Ancaq mənim avazeyi-şə’nim ucalansın; 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var?! 

Hər millət edir səfheyi-dünyadə tərəqqi, 

Eylər hərə bir mənzili-mə’vadə tərəqqi,  

Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi. 

Biz də edərik aləmi-rö’yadə tərəqqi; 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var?! 



50


51 


52

 

 



Mirzə Ələkbər Sabir 

OL GÜN Kİ,... 

Ol gün ki, sənə xaliq edər lütf bir övlad

Olsun ürəyin şad! 

Tə’yin elə cindarı ki, etsin ona imdad, 

Ta dəyməyə həmzad; 

Sağdan sola, soldan sağa sal boynuna heykəl. 

Qoy cinni məəttəl; 

Min gunə tilismatə tutub eylə müqəffəl,  

Gəzdir onu əl-əl; 

Gər dəysə sovuq, sancılanıb olsa da bimar,  

Hökm et gələ cindar; 

Göstərmə təbibə o ciyərguşəni zinhar, 

Qoyma ola murdar; 

Ağlarsa uşaq dərdinin axtarma dəvasın, 

Ancaq söy anasın; 

Qorxuzsun o da damdabaca ilə çağasm,  

Kəssin də sədasın; 

Örgət ona, əlbəttə, özün bir neçə mövhum, 

Məhdud ola mə’sum; 

Bu sayədə ömr eyləyə dünyadə o məzlum,  

                 Hər haləti məzmum; 

Tək-tək dil açanda ona tə’lim elə hədyan,  

Həm olma pəşiman; 

Bildir ona min dürlü qəbahətləri hər an, 

Alsın ələ ünvan; 

On yaşa yetincə uşağın eyləmə qəflət, 

Qandır neçə bid’ət; 

Ta on beşə yetdikcə tapa işdə məharət, 

Həm eyləyə adət; 

Göndərmə onu məktəbə, dəng eyləmə başın, 

Tökmə üzə yaşın; 

Hər fənd və bicliklə edər kəsb məaşın, 

Şaxlar özü başın; 

Rahət nəyə lazım edə dünyadə məişət

Quldurçuluq örgət; 

Tainki qumar oynaya, qətl eyləyə, qarət,  

Xoşdur belə sən’ət; 

Dünyanı soyub, eyləyə hər gün səni xürsənd,  

Sağ ol, belə fərzənd! 



53 

Hophopnamə 

Evdə tapılır imdi dəxi çay, plov, qənd, 

Kimdir sənə manənd? 

Nagəh alınıb həbsə, dutarsa səni vəhşət, 

Ver hakimə rüşvət; 

Sat var-yoxunu, advoqata ver neçə xəl’ət, 

Puç ol hələ-həlbət; 

Axırda olub həsrəti-didari-cəmali, 

Qal kisəsi xali; 

Qaldıqda oğulsuz dəxi tez başla suali, 

Al vizrü vəbali; 

Tap rizqi-həlali, 

Ay başı bəlali, 

Yığ dəymişi, kali, 

Olmaz oxumaqdan 

Tapmaq bu cəlali!.. 

BİLMƏM NƏ GÖRÜBDÜR BİZİM OĞLAN 

OXUMAQDAN?! 

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?! 

Dəng oldu qulağım! 

Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan 

İncəldi uşağım! 

Əqlin aparıb bəs ki, baxır gündə qərayə, 

Ya rəb, nə həmaqət! 

Söz etməz əsər, çarə qalıb imdi duayə, 

Tədbir elə, övrət! 

Lə’nət sənə, ifritə, sənindir bu cəhalət, 

Etdin nə xəyanət! 

Səndən törənibdir bizim evdə belə bid'ət, 

Ey mayeyi-hiylət! 

Dutsuxı çörəyim gözlərinin ağü qarasın. 

Ey həmsəri-bədxah! 

Haşa, oda yaxmaz ana istəkli balasın, 

Kəssin səni allah! 

Bu tifli oxutmaqlığa etdin məni tərğib, 

Həp eylədin iğva. 

İmdi nədi fikrin? İşimiz oldu bu tərkib, 

Yox çarəsi əsla. 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə