MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə12/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   8   9   10   11   12   13   14   15   ...   138

29 

Hophopnamə 

bəslədiyi  yüksək  bəşəri  duyğular,  ülvi  münasibət,  öz  sevgisində  hədsiz  vurğunluq, 

vəfadarlıq, dözümlülük keyfiyyətləri ifadə olunmuşdur. 



Məftuni-səri-zülfünə qullab gərəkməz

Rəncuri-ləbi-lə ’linə innab gərəkməz. 

Yaxud: 


İstəsən könlüm kimi zülfün pərişan olmasın, -  

Ol qədər cövr et mənə ah etmək imkan olmasın! 

Və ya: 


Ey dil, amandı, sirrini biganə bilməsin! 

Ahəstə zülfi-yardə yat, şanə bilməsin! 

və.s  mətləli qəzəllərdə  tərənnüm olunan saf eşq, zərif  duyğular və qəzəllərdəki poetik 

pafosla  yanaşı,  dərin  hikmət  və  düşüncələr  onların  yüksək  sənət  nümunələri  olmasına 

əsas verir. 

Bütövlükdə  Sabir  yaradıcılığı  Azərbaycan  ictimai-bədii  fikir  tərixində  bənzərsiz, 

özgün  bir  mərhələ  təşkil  edir.  Bu  sənətin  təsir  və  əhatə  dairəsi,  aktuallığı  şairin  öz 

sağlığında olduğu kimi yenə qalmaqdadır. Odur ki, Sabir fəlsəfəsi, Sabi- ranə deyim tərzi 

ayn-ayn  sənətkarları,  bütövlükdə  xalqı  daim  özünə  cəlb  etməkdədir.  O  «Ruhum!..» 

şeirində yazırdı: 

Mən gedərsəm, var olsun amalım! 

Yaşasın şəhriyari-hürriyyət! 

Yaşasın şəhriyari-hürriyyət! 

Mən gedərsəm, var olsun amalım!.. 

Doğrudan  da,  Sabirin  tərəqqi,  istiqlal  və  parlaq  istiqbal  amalları,  yüksək  xəlqi 

«məramı  yenə  dünyada  durur».  Bəşər  övladı  durduqca  bu  amal  və  məram  öz  təzə- 

tərliyini daim hifz edəcəkdir. 

* * * 

M.Ə.Sabirin əsərləri kitab halında dəfələrlə nəşr edilmişdir. Bu sahədə A.Səh- hət, 



Ə.İ.Cəfərzadə,  S.Hüseyn,  H.Səmədzadə,  M.Məmmədov  və  b.  əməyi  təqdirə  layiqdir. 

Şairin  «Hophopnamə»sinin  akademik  nəşri  isə  onun  onlarla  çap  tarixləri  bilinməyən 

əsərinin ilk çap ünvanını və satirik gizli imzasını müəyyənləşdirib elmi dövriyyəyə daxil 

edən filologiya elmləri doktoru, professor Məmməd Məmmədovun uzunmüddətli, səbirli 

və gərgin əməyi ilə baş tutmuşdur. Bu, «Hophopnamə»nin 1962 (I—II cildlər) və 1965-ci 

(III cild) illərdə reallaşan üçcildliyidir. Sonrakı nəşrlər, o cümlədən 2004-cü ildə çıxan 

ikicildlik  də  bütün  əlavələri  ilə  həmin  üçcildliyə  əsaslanır.  Ancaq  Sabirin 

«Hophopnamə»si  əksər  halda  «Millət  necə  tarac  olur  olsun  nə  işim  var?!»  misrası  ilə 

başlayan satira, son vaxtlar isə «Bir məclisdə on iki kişinin söhbəti» şeiri ilə açılır. Şairin 

1906-cı ilədək qələmə aldığı 




30

Mirzə Ələkbər Sabir 

əsərlər  isə  kitabda  «Satirik  parçalar»,  «Müxtəlif  şeirlər»  adı  altında  ayrıca  bölmələrdə 

verilmiş, onun  mərsiyələri (növhələri) isə  həmin bölmələrdə  yer  almışdır. Bütün bunlar 

müəyyən  məqsəd  və  prinsipə  əsaslansa  da,  şairin  yaradıcılıq  yolunun  oxucu  tərəfindən 

ardıcıl şəkildə izlənməsinə və onların Sabir dühasının inkişaf mərhələləri haqda müəyyən 

təsəvvürə malik olmasına elə də imkan vermir. 

Odur  ki,  biz  bu  nəşrdə  mətn  baxımından  ikicildliyi  əsas  götürsək  də,  «Hophop- 

namə»dən Sabirin hesab olunmadığına inandığımız bir şeirini çıxartmış, yeni tapdığımız 

iki mətbu publisistik əsərini isə kitaba daxil etmişik. Eyni zamanda ənənədən fərqli olaraq, 

«Hophopnamə»ni Sabirin ilk qələm təcrübələri ilə «XIX əsrdə yazılan şeirlən) bölməsi ilə 

açıb, «1902— 1905-ci illərdə yazılan şeirlər», nəhayət, 1906-cı ildən başlayaraq illər üzrə 

düzməyi, «Mərsiyələri» isə ayrıca bölmədə təqdim etməyi lazım bildik. 

Doğrudur,  bu  tərtibat  üsulu  da  Sabir  yaradıcılığını  mütləq  xronoloji  ardıcıllıqla 

izləmək  imkanı  yaratmır.  Çünki  yenə  «Qəzəllər»,  «Uşaq  şeirləri»,  məqalə,  felyeton  və 

məktubları  ayrı-ayrı  bölmələrdə  xronoloji  qaydada  verilmişdir.  Bu,  «Hop-hopnamə»ııin 

1962 (I—II cildlər) və 1965-ci (III cild) illərdə reallaşan üçcildliyidir. Sonrakı nəşrlər, o 

cümlədən 2004-cü ildə çıxan ikicildlik də bütün əlavələri ilə üç- cildliyə əsaslanır. Ancaq 

elə  bilirik  ki,  bizim  tərtib  prinsipimiz  oxuculara  M.Ə.Sabir  irsini,  onun  inkişaf 

dinamikasını daha yaxşı izləyib qavramağa yardımçı olacaq. 

Sonda qeydlər və lüğət verilmişdir. 

M.Ə.Sabirin şeirlərindəki ərəb-fars tərkibli sözlərin oxunuşunda məna yanlışlığına yol 

verilməməsi üçün əski «apastrof» işarəsi saxlanılmışdır. 

Alxan Bayramoğlu, 



filologiya elmləri doktoru, professor 


31 


32


33 

Hophopnamə 



TUTDUM ORUCU İRƏMƏZANDA 

Tutdum orucu irəməzanda, 

Qaldı iki gözzərim qazanda

Mollam da döyür yazı yazanda... 



BABAM SÜNNİ, NƏNƏM ŞİƏ, ... 

Babam sünni, nənəm şiə, dürək mən, 

farsam mən, nə hindəm mən, türək mən! 

Muğanda - müğbeçə, məsciddə - əkbər,  

Təfavüt yox... həqiqətdə zirək mən!.. 

TANRI HƏR YERDƏ PULU... 

Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər,  

Mə’rifət müftədi çün, kasibi-bədbəxtə verər. 

Hacı Rüstəm əmiyə yeddi oğul, cümlə qəni, 

Leyk baqqal Cəbiyə yeddi qızı süftə verər. 

Yekə saqqal kişiyə il uzunu gündə plov

Leyk abdal Kosaya həftədə bir küftə verər... 

MƏN XƏLÜLÜLLAHE-ƏSRƏM... 

Mən Xəlilüllah-e əsrəm, pedərəm çon Azər,  

Səfər əz Babil-e Şirvan konəm inşaallah. 

Gərçe u dəftər-e əş’ar-e məra pare nemud, 

Vəsl ba təb’e dorəfşan konəm inşaallah. 

T ə r c ü m ə s i :  

Xəliliillahi-əsrəm  mən, atam  yurdumda Azərdir, 

Çıxam Babillə Şirvandan gərək cür’ətlə inşallah. 

Əgərçi şe’rimi yırtıb, qəzəblə odda yandırdı, 

Bu gövhərlər saçan təb’im tikər qüdrətlə inşallah. 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə