MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə23/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   19   20   21   22   23   24   25   26   ...   138

86

 

 



Hophopnamə 

Kəmali-yə’s ilə məhrum olub, bir yanda əyləşdim;  

Alıb bir kəştiyə doldurdular tay-tay hürriyyət. 

Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən, 

Hələ getməkdə idi zövrəqi-dəryayi-hürriyyət 

Ki, nagəh bir qara bayraq açıldı dor ağacında,  

Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət; 

Oxurkən xətti mə’lum oldu kəştibanı qərq olmuş,  

Qalıb dəryadə heyran kəştiyi-də’vayi-hürriyyət. 

Xüruşan mövclər hər səmtdən yeksər hücumavər,  

Görüb əmvacı kəştidən ucaldı: vay, hürriyyət! 

Bu səsdən səksənib durdum, götürdüm saətə baxdım,  

Hələ gördüm ki, şəbdir, söylədim: lay-lay, hürriyyət!.. 

NƏFSİN QƏRƏZİ, ƏQLİN MƏRƏZİ 

Ey nəfs, fərz bildiyim üçün niyayişin

Daim edəm gərək gecə-gündüz sitayişin; 

Dinim və məzhəbim, əməlimdir nümayişin, 

Şimdi nədir bu yolda mənə, söylə, xahişin? 

İfayi-əmri-vacibül-iz’anın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Gər olmasam bir işdə rəis, - eylərəm fəsad, 

Mehrü vəfanı tərk edərəm, başlaram inad, 

Sə’yində əlfıraqə dönər vəz’i-ittihad. 

Bir parə şəxslər mənə etməzsə inqiyad, 

Mən özbəyəm, itaəti-fərmanın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Bir şəxsin olsa əqli əgər min mənim qədər -  

Heç olmaram riza ola təhsin mənim qədər! 

Görsəm ki, xəlq edir onu tə’yin mənim qədər, 

Bir hiylə eylərəm, edəməz cin mənim qədər... 

Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Təhti-rəyasətimdə rəvan olmayınca kar, 

Ya olmayınca qəbzeyi-hökmümdə iqtidar. 



87 

 

Mirzə Ələkbər Sabir 



Bir əmri-xeyri istər edə kim ki, intişar -  

Cür’ətlə eylərəm onu filfövr tarimar

Şəxsi qərəzlə cümləni heyranın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Bir iş ki, xeyrim olmasa, əncamə vermərəm. 

Min çılpaq olsa da, birinə camə vermərəm, 

Öz şə'nü cahımı bütün islamə vermərəm, 

Dərdi-vətənlə mən səni talanə -vermərəm, 

Əhli-diyarı zülm ilə giryanın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Çünki müəzzəz olmağa çoxdur təfəkkürüm

Əmsalın ehtiramına artır təhəssüriim, 

«Mən», «mən!» deməklə cümlə bilir var təkəbbürüm, 

Olsa nolur neçə büləhayə təşəkkürüm, 

Onlarla vəsli-rişteyi-peymanın eylərəm, 

Məndən əmin ol, aləmi qurbanın eylərəm! 

Bir gün gəlir, olar da bilərlər xəyanətim, 

Məndən tənəffür ilə qaçarlar cəmaətim, 

Onda yəqin qopar başıma öz qiyamətim, 

Artar qəmim, gedər fərəhim, izzü şövkətim, 

Əhdi pozub əgərçi mən üsyanın eylərəm. 

Ey dad, haray! Nə növ’ ilə samanın eylərəm?! 

EY ƏZİZİM, XƏLƏFİM... 

Ey  əzizim,  xələfim,  mayeyi-izzü  şərəfim,  ruhi-rəvan,  munisi-can,  tabü  təvan,  tazə 

cəvanım  ki,  on  ildən  bəridir  ömri-giranmayəmi,  yalqız  demirəm  dinimi,  imanımı, 

insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qonşu deyil, el də bilir ki, 

sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən 

ötər  dövri-qədərdən  yetişibdirsə  mənə,  canıma  minnətlə  qəbul  etmişəm,  ancaq  atalıq 

həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, tə’lim edərək, 

sərvqədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz 

gözünün nuru olan sevgili övladını tədrislə təzyi və təzyiq eləyən cahilü gümrah atalar 

tək  səni  zindani-mədarisdə  müqəyyəd  eləyib,  elmü  məarit  deyilən  boş,  əbəs,  insanə 

cəfəng  işlər  ilə  fikrini,  həm  əqlini,  vicdanını  məhdud  qılıb,  ruhunu  incitməmişəm, 

zəhmətinə  bitməmişəm,  küçədə,  bazardə  öz  qəsdinə  iqdam  edərək,  hər  günü  bayram 

edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir 

sən’ətə də qoymamışam. 




88

 

 



Hophopnamə 

hər  gecə  hər  yerdə  qonaq  qalmağını,  zövqü  səfa  almağını,  zurna,  qaval  çalmağını 

xoşlamışam, öz başına boşlamışam, həmd xudaya ki, olubsan belə qüvvətli, məhabətli, 

şücaətli cəvan, şiri-jəyan, bəbribəyan; vəqt o zəmandır dəxi bundan belə bir ad çıxarıb, 

iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məs- dud eləyib, aləmi 

məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol 

vurasan, el qırasan, gərçi qaçaqlıqda dutulmaq da var, əmma onu fıkr eyləmə əsla ki, 

dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hö- kumət, sənə eylər hamı hörmət, olasan 

həbsdə  rahət,  çörəyin  gərm,  suyun  saf,  yerin  küncifərağət,  sənə  bir  kimsədə  cür’ət 

olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan, qurtarasan həbsdən; əlbət ki, əgər 

qaçmağa da olmaya imkan, işini qət’ edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə 

qurban  ki,  o  yerlərdə  nə  çoxdur  sən  özün  xoşladığın  Sonya  kimi  qönçə-dəhən, 

sim-bədən, rəşkiçəmən, zülfi- səmən, gözləri ahuyi-xütən, göpgözəl, appağ, o ismətli, 

vəcahətli,  səbahətli,  məlahətli  madamlar,  birin  əlbəttə  alarsan,  desə  rus  ol,  nə  çətin 

şeydir, olarsan, dəxi bir xaç da salarsan... 

Bu əməldən ucalarsan, 

İvan namin alarsan, 

Amilyanov olarsan. 

qədr olsa da ömrün

O yerlərdə qalarsan!.. 

XƏSİSİN HEYFİ, VARİSİN KEYFİ 

Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can! 

Biəbi əntə və ümmi sənə canım qurban! 

Əhli-aləm arayıb axtarır, ey can, səni, 

Hərə bir növ’ qılır dərdinə dərman səni. 

Bir para şəxs eləyir mayeyi-ehsan səni. 

Qədrini bilməz edir millətə qurban səni; 

Aşiqəm mən sənə ancaq olasan munisi-can, 

Biəbi əntə və ümmi sənə canım qurban! 

Mailəm, cümlə bilir, dövləti-didarına mən  

Ki, baxam sübhü məsa şövq ilə rüxsarına mən, 

Dinimi, məzhəbimi sərf edəm isanna mən

Dəyməyəm batsa cəhan dirhəmü dinarına mən, 

Müstəhəqlər qala sənduqunə yeksər nigəran, 

Biəbi əntə və ümmi sənə canım qurban! 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə