MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

    Nəzakət Əliyeva 
 
 
116 
tariximizə  təkcə  elm-  təhsil  təşkilatçısı,  maarifçi-
pedaqoq  kimi  deyil,  həm  də  elmdə  öz  sözünü  demiş 
nüfuzlu  bir  alim  kimi  daxil  olub.  O,  1933-cü  ildə  o 
dövrün  yüksək  elmi  adlarından  sayılan  (nəzərə  almaq 
gərəkdir  ki,  elə  ad  alanları  o  illərdə  barmaqla  saymaq 
olardı)  dosent  adına  layiq  görülmüşdür.  Sonralar 
(1949)  o,  bərk  cisimlər  fizikası  üzrə  namizədlik 
dissertasiyası  müdafiə  edərək  fizika-riyaziyyat  elmləri 
namizədi  elmi  dərəcəsi  almışdır.  Mehdi  Əliyevin  elmi 
əsərləri  istər  respublikanın,  istərsə  də  xarici  ölkələrin 
nüfuzlu  elmi  jurnallarında  nəşr  edilmiş,  bir  çox 
beynəlxalq  konfranslarda  məruzələri  dinlənilmiş, 
Azərbaycan  elmini  və  təhsilini  ləyaqətlə  təmsil 
etmişdir. 
Mehdi müəllim zəngin irs qoyub getmişdir. Onun 
Azərbaycan 
dilində 
fizika 
üzrə 
dərslik, 
dərs 
vəsaitlərinin hazırlanması, fızika üzrə ana dilində elmi 
terminologiyanın  tərtibi  və  unifikasiyası  sahəsində 
xidmətləri  böyükdür.  Mehdi  müəllim  ali  məktəb 
tələbələri  üçün  fizikadan  zəruri  dərslikləri  (məs.:  A.F. 
İoffe  "Molekulyar  fızika  kursu"  dərsliyi  və  s.)  rus 
dilindən  Azərbaycan  dilinə  tərcümə  etmişdir.  Eyni 
zamanda ana dilində dərslik yaradıcılığına başlamış, ali 
məktəblər  üçün  "Optika"  kursundan  Azərbaycan 
dilində yazılmış ilk dərsliyin həmmüəllifi (prof. Niftalı 
Qocayevlə birlikdə) olmuşdur. 
Böyük  və  unudulmaz  müəllim,  bacarıqlı  elm-
təhsil  təşkilatçısı,  ləyaqətli  insan  olan  Mehdi  Əliyevin 
həyat  və  fəaliyyətinin  bütün  pillələrində  ən  böyük 
amalı  Azərbaycanımıza,  Vətənimizə,  xalqımıza 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
117 
ləyaqətlə  xidmət  etmək  olmuşdur.  O,  əsl  elm,  təhsil, 
maarif  fədaisi  idi.  Mehdi  müəllim  həyatının  sonuna 
qədər  bu  amal  uğrunda  mübarizə  aparmış,  bacardığı 
qədər 
təhsilimizin, 
elmimizin, 
maarifimizin 
yüksəlməsinə çalışmışdı. 
Mehdi müəllim görkəmli alim-pedaqoq, tanınmış 
elm-təhsil  təşkilatçısı  olmaqla  yanaşı,  qayğıkeş  ailə 
başçısı  kimi,  Vətənə  layiq  3  övlad  böyüdüb  tərbiyə 
etmiş,  onların  yüksək  təhsil  almasına  nail  olmuşdur. 
Onun  böyük  oğlu  Emin  Əliyev  fizika-riyaziyyat 
elmləri  namizədi,  Azərbaycan  MEA-nın  Fizika 
İnstitutunun  aparıcı  elmi  işçisidir,  Azərbaycan 
Respublikasının  Dövlət  Mükafatı  laureatı  adına  layiq 
görülüb.  Digər  oğlu  Tofiq  Əliyev  ölkənin  tanınmış 
memarlarından  biridir.  Qızı  Aliyə  xanım  isə 
musiqişünas  kimi  fəaliyyət  göstərir.  Mehdi  müəllimin 
bütün övladları atalarının böyük ziyalı adını hər zaman 
ucaltmış, ataları ilə daim fəxr etmişlər... 
Azərbaycan  elminin,  maarifinin, təhsilinin böyük 
cəfakeşi,  yenilməz  fədaisi  Mehdi  Əliyevin  Vətən  və 
xalq  qarşısındakı  xidmətləri  dövlətimiz  tərəfindən  hər 
zaman 
yüksək 
qiymətləndirilmiş, 
"Azərbaycanın 
əməkdar  elm  xadimi",  "Azərbaycanın  əməkdar 
müəllimi"  kimi  yüksək  fəxri  adlara  layiq  görülmüş, 
keçmiş  Sovetlər  Birliyinin  "Qırmızı  Əmək  Bayrağı" 
ordeni, eləcə də bir sıra digər orden və medallarla təltif 
olunmuşdur. 
Hesab  edirəm  ki,  Mehdi  müəllimin  ən  böyük 
mükafatı  yetirmələrinin,  tələbələrinin,  həmkarlarının 
ona olan sonsuz hörmət və ehtiramında, ünsiyyətdə  


    Nəzakət Əliyeva 
 
 
118 
 
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
119 
olduğu  insanların  qəlbində  özünə  ucaltdığı  əbədi 
heykəldə axtarmaq daha doğru olardı. 
Mehdi  müəllim  adına  layiq  insan  idi.  Ərəb 
mənşəli  "Mehdi"  sözü  islamda  mifik-dini  obrazın 
adıdır,  anlamı  "insanları  birliyə,  haqqa-ədalətə,  irfana, 
elmə,  nura  çağıran"  deməkdir.  İslamda  belə  bir  inam 
var  ki,  ,  zaman-zaman  islam  dinində  baş  verə  biləcək 
əyintilərə,  ayrılmalara  qarşı  mübarizə  aparacaq  və 
islamın bütövlüyünü, islami dəyərlərin müqəddəsliyini 
qoruyacaq  hər  dövrün  öz  Mehdisi  olacaqdır...  Bu 
baxımdan  Mehdi  müəllim  islami  inanclarda  olduğu 
kimi, ömrü boyu insanları elmə, maarifə, elm və maarif 
nuruna,  haqqa-ədalətə,  birliyə  səsləmişdir...  O  insan 
xoşbəxtdir  ki,  adı  ilə  əməlləri  üst-üstə  düşür.  Mehdi 
müəllim belə insanlardan idi. 
Bu  böyük  elm  və  təhsil  fədaisi  şərəfli  ziyalı 
ömrünün 65-ci baharında 1972-ci ilin may ayının 5-də 
haqq  dünyasına  qovuşdu.  Bu  gün  həmin  vaxtdan  bizi 
düz  40  illik  bir  zaman  ayırır.  Lakin  bu  zaman  kəsiyi 
mehdisevərlərin  qəlbində  Mehdi  müəllimə  olan  sevgi, 
sayqı  duyğularını  azaltmayıb,  əksinə  bu  böyük 
ziyalının 
tələbələrinin, 
yetirmələrinin 
qəlbində 
yandırdığı  elm,  maarif  nurunu  daha  da  alovlandırmış, 
Azərbaycan elmi və təhsilinin inkişaf yollarını daha da 
işıqlandırmışdır. İftixar etməli haldır ki, bu gün Mehdi 
müəllimin 
əziz 
xatirəsi 
onu 
tanıyanların, 
yetirmələrinin,  həmkarlarının  qəlbində,  əməllərində 
yaşamaqdadır.  Mətləb  aydınlığı  üçün  burada  Mehdi 
Əliyevlə  uzun  illər  birlikdə  çalışmış,  Azərbaycan 
elmində,  təhsilində  görkəmli  yer  tutan  tanınmış 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə