MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə25/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   21   22   23   24   25   26   27   28   ...   54

    Nəzakət Əliyeva 
 
 
102 
ildə M.F.Axundov Tiflis Qəza məktəbində Şərq dilləri 
üzrə müəllim işləyirdi. Həmin il bu vəzifədən çıxarkən 
öz  yerinə  müəllimi  Mirzə  Şəfini  məsləhət  görmüşdür. 
Mirzə  Şəfi  tərəfindən  uşaqların  istifadəsinə  vermək 
üçün  hazırlanan  Azərbaycan  dilini  öyrənənlər  üçün 
dərslik hazırlamış lakin əziyyəti nəticəsiz qalmışdır. 
Mirzə 
Şəfi 
Azərbaycanda 
görkəmli 
maarifpərvərlərdən  biri  olmuşdur.  O,  ağır  ictimai 
şəraitdə  mübariz    bir  maarifçi  kimi  çıxış  etmiş, 
cəmiyyətin inkişafında elmin böyük əhəmiyyətə malik 
olduğunu  göstərmişdir.  O,  bütün  ömrünü  cəfakeş 
müəllim peşəsinə həsr etmişdir.  
Mirzə Şəfi müəllimin ağır maddi həyat şəraitində 
olduğunu görmüş, lakin coğrafi məkanını dəyişməkdən 
başqa çarəsi olmamışdır. 
XX  əsrdə  demokratik  elmi-pedaqoji  fikrin 
nümayəndələrindən  biri  də  Mehdi  Sadıq  oğlu  Əliyev 
olmuşdur.  Mirzə  Şəfi  Vazeh  şəcərəsinə  aid  olan  bu 
görkəmli  şəxsiyyətin  Azərbaycan  elminin  fikir 
inkişafında  özünəməxsus    yer  tutduğunu  xalqa 
göstərmək bizim vəzifəmizdir. 
 
 
 
 
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
103 
MEHDĠ ƏLĠYEV: TANINMIġ TƏHSĠL 
TƏġKĠLATÇISI, BÖYÜK MÜƏLLĠM 
Professor  Misir Mərdanov 
 
 ...Ölüm sevinməsin qoy, ömrünü vermir bada,  
 El qədrini canından daha əziz bilənlər
           Şirin bir xatirətək qalacaqdır dünyada, 
           Sevərək yaşayanlar, sevilərək ölənlər... 
Bu hikmət dolu müdrik kəlamlar xalq şairi Səməd 
Vurğunun  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir  bəy 
Hacıbəylinin  vaxtsız  ölümünə  həsr  etdiyi  şeirdən  bir 
parçadır.  Dillər  əzbəri  olan  bu  kövrək  misralarda 
əbədiləşən dərin məzmunlu ifadələrin təsiri ilə qanrılıb 
yaşadığımız  illərin  arxasından  keçmişə  boylananda, 
ömür yolunda qarşısına çıxan fərqli insanların nəcib və 
xeyirxah  əməllərini  xatırlayanda,  elm,  təhsil  və 
mədəniyyət 
tarixində 
əbədi 
imzasını 
qoyan, 
soydaşlarının  könül  dünyasında  özünə  əbədi  məskən 
salan  böyük  şəxsiyyətləri  bir  anlığa  göz  önünə 
gətirəndə istər-istəməz bu dünyadan köçsə də, özündən 
sonra  xoş  xatirələr,  əbədiyaşar  əməllər  və  silinməz 
izlər qoyan, necə deyərlər, "sevərək yaşayan, sevilərək 
ölən" yaxşı insanlar, yaxşıların yaxşıları yada düşür... 
Bu  bir  həqiqətdir  ki,  ömrün  uzun-qısalığından, 
ictimai-siyasi mühitin özəlliklərindən asılı olaraq hər 
bir  fərdin  həyatından,  ömür  yolundan  minlərlə,  bəlkə 
də  yüz  minlərlə  insan  keçə  bilir.  Lakin  həmin 
insanların arasında yadda qalanlar, daim xoş xatirələrlə 
anılanlar, hər zaman ruhuna rəhmət oxunanlar, sözsüz, 
az, hətta lap az olur. Çünki yadda qalmaq üçün gərək  


    Nəzakət Əliyeva 
 
 
104 
 
 
Mehdi Əliyev 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
105 
minlərdən, yüz minlərdən seçiləsən, gərək həmişə, hər 
yerdə  öz  yolun,  öz  sözün,  öz  əməlin  olsun,  gərək 
həyatda  və  insanların  qəlbində  silinməz  izlər  qoya 
biləsən. Gərək elə ömür yaşayasan ki, sən bu dünyada 
olmayanda da yerin görünsün, yoxluğun hiss edilsin və 
səni tanıyanlar : qəlbinin dərinliklərindən gələn nisgilli 
bir pıçıltı ilə "Nə yaxşı dünyada yaxşı var imiş, yoxsa 
qırılardıq yaman əlindən",- deyə  bilsinlər... 
XX  əsr  Azərbaycan  ali  təhsili  və  elminin 
inkişafına layiqli töhfələr vermiş, ölkəmizdə ali təhsilin 
qurucularından biri, görkəmli elm və təhsil təşkilatçısı, 
tanınmış,  elm  və  maarif  xadimi,  peşəkar  müəllim,  saf  
və 
səmimi 
insan, 
əsl  ziyalı,  uca  şəxsiyyət, 
respublikamızda  elm  və  təhsilin  yorulmaz  cəfakeşi 
Mehdi  Əliyevi  xatırlayanda  bu  böyük  insanı 
tanıyanların, 
onu 
sevənlərin, 
saysız-hesabsız 
yetirmələrinin  hamısı  kimi,    mənim  də  qəlbimin 
dərinliklərindən  bayaqkı  hikmət  dolu  söz  və  ifadələr 
keçir. 
Doğrusu,  Mehdi  müəllim  mənə  dərs  deməsə  də, 
ali  təhsil  aldığım  universitetin  rektoru  kimi,  onu  hər 
zaman  ideal  müəllim  və  təhsil  təşkilatçısı  hesab 
etmişəm.  Ötən  əsrin  60-cı  illərində  tələbəsi  olduğum 
Bakı    Dövlət  Universitetinə  qəbul  olana  qədər  yaxın 
qohumum,  Mehdi  müəllimin  yetirməsi  professor 
Niftalı  Qocayevdən  onun  haqqında  çox  xoş  sözlər 
eşitmişdim.  1964-cü  ildə  Universitetə  daxil  olub, 
yataqxanada  qalmağa  başladım.  İstər  yataqxanada, 
istərsə 
də 
universitet  auditoriyalarında  Mehdi 
müəllimin  humanizmi,  xeyirxahlığı,  saflığı,  düzlüyü, 


    Nəzakət Əliyeva 
 
 
106 
nəcibliyi  haqqında  yuxarı  kurs  tələbə-seminariyanın 
direktoru  Cavad  bəy  Rəfibəyli,  Əhməd  Cavad 
Axundzadə,  Mikayıl  Rzaquluzadə  və  digər  tanınmış 
milli ziyalılardan mükəmməl dərs alaraq təkcə peşəkar 
müəllim kimi deyil, həm də milli dəyərlərə sahib çıxan 
Azərbaycan vətənpərvəri kimi yetişmişdir. Xatırlatmaq 
yerinə  düşər  ki,  Mehdi  Əliyevlə  yanaşı,  həmin 
seminariyadan  sonralar  böyük  ədəbiyyatşünas  alim 
olmuş  akademik  Həmid  Araslı,  görkəmli  alim-yazıçı, 
professor Mir Cəlal Paşayev də məzun olmuşdular... 
Seminariyanı bitirdikdən sonra az müddət Gəncə 
şəhərində  pedaqoji  fəaliyyətlə  məşğul  olan  Mehdi 
Əliyev  ali  təhsil  almaq  arzusu  ilə  Bakıya  yollanır. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  yadigarı  olan  Bakı 
Dövlət 
Universitetinin 
(1922-ci 
ildən 
artıq 
"Azərbaycan  Dövlət  Universiteti"  adlandırılmağa 
başlanmışdı) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 
1930-cu  ildə  oranı  uğurla  bitirmişdir.  Ali  təhsilini 
yüksək  göstəricilərlə  başa  vuran  Mehdi  Əliyev 
istedadlı və perspektivli kadr kimi Azərbaycan Dövlət 
Pedaqoji  İnstitutunda  fizika-riyaziyyat  fakültəsinə 
dekan  vəzifəsinə  göndərilir.  Yeri  gəlmişkən,  onu  da 
deməliyik  ki,  1930-cu  ildə  Azərbaycan  Dövlət 
Universiteti  SSRİ-də  aparılan  ali  təhsil  islahatlarına 
uyğun  olaraq  4  instituta  parçalanmışdı.  Bu  ali  təhsil 
müəssisələrindən  biri  də  Pedaqoji  İnstitut  idi.  Mehdi 
Əliyev  yenidən  təşkil  olunmuş  Azərbaycan  Dövlət 
Pedaqoji İnstitutunda 1935-ci ilədək dekan vəzifəsində 
uğurla  çalışmışdır.  O,  bu  illərdə  Pedaqoji  İnstitutla 
yanaşı,  Azərbaycan  Tibb  İnstitutunda,  Azərbaycan 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə