MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

    Nəzakət Əliyeva 
 
 
136 
getdikcə  artan  maraqdan  mənim  qulaqlarım  onun 
ağzına tikilmişdi. 
 
ÜÇÜNCÜ FƏSİL:  
Mirzə Şəfi Vazehin məhəbbət hekayəsi 
Gəncə ülaməsinin ilk məhəbbəti «Mən Züleyxanı 
ilk dəfə görəndən bəri, -deyə Mirzə Şəfi öz hekayəsinə 
başladı, - artıq on bir il ötüb, Gəncə xanı İbrahim xanın 
qızı. 
Onun  gözəlliyi  haqqında  sənə  nə  deyə  bilərəm? 
Onun gecə qaranlığı qədər qara, həm də eyni zamanda 
bütün  səma  ulduzları  kimi  parıldayan  gözlərindənmi, 
zərifliyindənmi,  yoxsa  sevimli  əllərindənmi,  aşağıya 
burulmuş  əbədiyyət  kimi  uzun  ipək  saçlarındanmı, 
Hafizin  qızıl  güllərinin  ətrindən  xoş  ətirli  ağzındanmı 
danışım!? 
Nə  qədər  desəm  də,  sən  başa  düşməyəcəksən, 
çünki  insan  onun    qüvvəsindən  kənar  olan  şeyləri 
qavramağı bacarmır. 
Artıq  altı  ay  idi  ki,  mən  hər  gün  onu  gözlərimlə 
izləyirdim,  gündüzlər  uşaqlıq  rəfiqələri  ilə  evin 
damında  oturanda,  axşamlar  isə  öz  kənizlərini 
qarşısında  ay işığında rəqs etdirəndə.  Mən onunla heç 
bir  kəlmə  də  danışmamışdım  və  hələ  bilmirdim  ki,  o 
mənə  nəzər  yetiribmi.  Mən  ona  yaxınlaşmağa  necə 
cəsarət edə bilərdim? Necə ki, insan günəşə  yaxınlaşa 
bilər? Ancaq onun sifətinin parıltısından zövq ala bilər. 
Gündüzlər  mən  həmişə  çox  böyük  ehtiyyatla 
hərəkət edirdim. Çünki artıq İbrahim xan mənim onun 
qızına  məhəbbətli  baxışlarımı  hiss  etmişdi,  mənim 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
137 
həyatım  korlana  bilərdi.  Axşamlar  isə  mən  arxayın 
olurdum,  çünki  saat  8-dən  sonra  İbrahim  xan  onun 
otağının  astanasına  keçmirdi.  Ondan  sonra  mənim 
nəğmələrimin  alovlu  sətirləri  hər  şeyi  sındırırdı;  gah 
Hafizin, gah da Caminin qəzəlləri.  
Ah, sərin külək, öz yerində əs, 
hansı ki, sənə məlumdur- 
Və o şirin sözü etiraf et. 
hansı ki, sənə məlumdur! 
Cavabı qalsın, çünki o məni 
Ağrıdacaq, 
Ancaq o məni xilas edəcək
Gəl və izhar et, 
Nəyi bilirsən! 
 
Adətən  mən  öz  nəğmələrimi  oxuyurdum.  Mirzə 
Şəfiyə  borc  alınmış  bəzək  nə  gərəkdir?  Kimin  səsi 
mənim səsimdən, kimin nəğmələri mənimkindən gözəl 
səslənir? 
Nəhayət  ki,  xanımın  nəzərlərinin  mənə  tərəf 
yönəldiyini  gördüm.  İbrahim  xan  Sərdarın  ordusunda 
Moskva  düşmənlərinə  qarşı  mübarizə  aparmaq  üçün 
Tiflisə  getmişdi.  İndi  mən  sərbəst  baxa  bilir  və 
eşidirdim,  mənim  səsim  və  sifətim  Züleyxanın 
nəzərindən kənarda qala bilməzdi. 
Axşamın  qaranlığında  əbəs  yerə  iki  saat 
səbirsizliklə  gözləyərək  və  mahnı  oxuyaraq  pusquda 
durdum. İbrahimin  damında qadınlardan heç kəs gözə 
dəymirdi,  öz  otağıma  qayıtmaq  istəyəndə,  üzü  ağ 
örtüklə  örtülmüş,  sakit  addımlarla  gələn  bir  surət 


    Nəzakət Əliyeva 
 
 
138 
qarşımda  dayandı  və  bu  sözləri  dedi:  «Ardımca  gəl, 
Mirzə Şəfi və mən getdiyim yerə diqqət yetir.» 
Ürəyim  titrəyişli  gözləmə  ilə  çırpındı.  «Başım 
üstə!»- ağlım özümə gələn kimi bir qədər aralı ehtiyatlı 
addımlarla 
bu 
ağ 
örtüklünü 
izlədim. 
Biz 
addımladığımız  bu  yeganə  döngənin  sağında  dağa 
qalxan  cığır  vardı.  Biz  bu  tərəfə  döndük.  Tapdığımız 
balaca gizli  yer bizi insanların  marağından qoruyurdu. 
Mənim ürəyim bu kənizi kimin göndərdiyini deyirdi». 
«Mən  güman  etdim  ki»,  -  deyə,  -  mən  Mirzənin 
sözünü  kəsdim,  bu  anda  yenə  boğazını  şərabla 
isladırdı,  «mən  güman  etdim  ki,  onu  Züleyxa 
göndərmişdir». 
O  mənim  fikrimlə razı  olmayan kimi  görünürdü. 
«Günəş  özü  yerə  enə  bilərmi?  –  deyə  başladı,  o  - 
Züleyxa  özü  məni  yanına  yuxarı  çağırmadan  necə  tək 
qala  bilər?  Başlanğıc  olmadan  son  gələ  bilərmi  və  ya 
günəş çıxmadan gündüz ola bilərmi?». 
 
O  bir  badə  şərabı  içəri  ötürüb  öz  hekayəsinə 
davam etdi: 
«O,  mənim  sirli  yol  yoldaşım  sükutun  möhrünü 
vurdu.  Mən  Fatiməyəm-  dedi  o    Züleyxanın  etibarlı 
adamı.  Mənim  sahibəm  sizə  rəğbətlə  baxır.  Sənin 
səsinin  ahəngi  onun  qulaqlarını  şad  edir  və 
mahnılarının  mənası    isə  ürəyini  riqqətə  gətirir.  Mən 
sənin  yanına  ağamın  xəbəri  olmadan  öz  istəyimlə 
gəlmişəm  və  istərdim  ki,  mənim  sözlərimdən  təsəlli 
tapasan, çünki  mənim  sənə rəğbətim var və sənin ona 
olan məhəbbətindən əzab çəkməyin məni incidir». 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
139 
Züleyxa  öz  yazıq  kənizinin  beləcə  qaçmasına 
qulaq yumdu? - deyə mən sevincdən və xoşbəxtlikdən 
yırğalanaraq qışqırdım. 
«Allah  min!  Allah  bir!  Minlərin  Allahı  birdir! 
Onun  böyüklüyü  onun  xeyirxahlığındadır  və  onun 
yolları  çox  gözəldir!  Mən  nə  etmişəm  ki,  o  öz 
mərhəmət  fırtınasını  Züleyxanın  əli  ilə  mənim  başıma 
tökür  və  mahnılarının  mənbəsini  gözəlliklər  dənizinə 
qərq  edir?».  «Sən  yaxşı  edirsən  ki,  -  dedi,  -  Fatimə,  - 
Allahın  mərhəmətini  və  mənim  hökmdarımın 
gözəlliyini  vəsf  edirsən.  O,  gözəllik  üzüyünün  ən 
qiymətli  qaşıdır,  xoşbəxtlik  çələnginlə  bir  mirvaridir. 
Onun utancaqlığı, həyası və günahsızlığı gözəlliyindən 
böyük  olsaydı,  çoxdan  öz  iltifatı  haqqında    sənə  işarə 
verərdi.  Həm  də  o,  onu  incə  məhəbbətlə  sevən 
atasından  qorxur,  çünki  atası  heç  vaxt  ona  yazıq  bir 
Mirzəyə  könül  verməyə  icazə  verməz.  Avarlı  Əhməd 
xan  indi  İbrahim  xanla  Moskva  ordusuna  nəzarət 
etməyə gedib, onun çoxdan Züleyxada gözü də var və 
atası  bu  hərbi  yürüşdən  qayıdan  kimi  qızını  ona 
verəcək.  Ona  görə  biz  çalışmalıyıq  ki,  Əhməd  xan 
qayıtmamışdan siz məhəbbətiniz arzu olunan məqsədə 
yönəlsin. Sabah axşam  münəccim  adamları  minarədən 
ibadətə  səsləyəndə,  sən  evin  bağının  yanında 
görsənərsən,  mən  Züleyxanın  baxışlarının  sənə  tərəf  
yönəltməyə  çalışaram,  sən  onun  xoşuna  gələn 
mahnılardan birini oxusan, yəqin ki, qönçəyə sahib ola 
bilərsən». 
Fatimə beləcə çox danışdı: «Mən ən vacibini sənə 
dedim». Mən üstümdə qiymətli nəyim vardısa, saatımı, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə