MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

    Nəzakət Əliyeva 
 
 
140 
pul  kisəmi  ona  bağışladım  və  hətta  sağ  yanağındakı 
qara ləkənin getməsi üçün ona tilsim, dua yazacağıma 
söz verdim. Biz sonrakı görüşlərdə anlaşmaq ümidi ilə 
ayrıldıq». 
Mirzə  Şəfi  öz  hekayəsini  dərindən  köks 
ötürməklə  dayandırdı  və  yeni  doldurulmuş  badəni 
götürdü.  Mən  onun  hekayəsinin  bəzi  qaranlıq  anlarını 
aydınlaşdırmaq üçün bu kiçik fasilədən istifadə etdim. 
«Sənin  bu  sözlərinin  mənası  nə  deməkdir,  yəni 
narazılığın  tikanlı,  qönçə  ilə  bağlı  məna,  Fatimənin 
dediyi kimi, sən yəqin ki, onun ola bilərsən?». 
«Sən  o  qədər  təcrübəsizsən  ki,  bilmirsən 
məhəbbət  nə  ifadə  edir?-deyə  o,  canıyananlıqla  sözə 
başladı  –  gənc  qadın  heç  bir  kəlmə  kəsmədiyi  kişi  ilə 
olmamışdan əvvəl öz hisslərini necə ifadə etməlidir?». 
Bu  anda  Mirzə  mənə  öyrətdiklərinin  hamısını 
qafiyə ilə necə deyirdisə, fikirlərini belə izah etdi. 
Tikan inkar etməyə bir işarədir. 
Qəzəb və narazılığı –  
Bunun üçün o birləşməyə çalışır 
Tikanla işarəni mənə çatdırır. 
 
 
Həm də qızıl gülün qönçəsini atır, 
Gənc xanım mənə işarə üçün. 
O deməkdir, talelər üçün əlverişlidir, 
Yalnız sadiq fikirlə, səbirlə gözləməyim!. 
 
«Başa  düşürəm»,  -  dedim  mən,  «əhvalatının 
gerisini söylə». 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
141 
«Ertəsi gün axşam» - deyə Mirzə yenə söhbətinə 
başladı,  
- «Mənim vaxtım az idi. Mən bütün günü elə bir 
məhəbbət  mahnısı  yazmışdım  ki,  heç  bir  qadın  onun 
qarşısında dayana bilməzdi. Mən öz nailiyyətimə əmin 
olmaq  üçün  bu  mahnını,  bəlkə,  iyirmi  dəfə  öz-özümə 
oxudum.  Sonra  isə  başımı  qayçı  ilə  tər-təmiz 
qırxdırdım  və  hamama  getdim.  Axşam  çox  sakit  və 
gözəl idi. Mənim dayandığım bağın yanında Züleyxanı 
çox aydın görürdüm; o, Fatimə  ilə damda yalnız idi və 
örtüyümü  bir  qədər  arxaya  atmışdı  bu  isə  onun 
iltifatına işarə idi. Mən bir qədər cəsarətlənib tər-təmiz 
qayçılanmış,  ağ  başımı  gənc  xanıma  göstərmək  üçün 
papağımı  bir  qədər  arxaya  boynumun  dalına  itələdim. 
Başa düşə bilirsənmi, bu qadın ürəyimə necə təsir edir? 
Ah,  o  vaxt  mənim  başım  bundan  çox  ağ  idi,  artıq  o 
vaxtdan bəri on il keçib!».  O, ürək  ağrısı ilə  danışırdı 
və  öz  söhbətinə  geri  qayıtmaq  istəyəndə  mən  onun 
sözünü  kəsdim.  «Gənc  xanımların  ürəyini  fəth  etmək 
üçün sənin başın elə indi də kifayət qədər ağdır. Bir də 
sən mənə o yazdığın məhəbbət mahnısını oxumağın və 
onun  Züleyxaya  necə  təsir  etməsi  haqqında 
danışmadın». 
«Mən  mahnını,  - dedi  Mirzə iki qat badam içinə 
büküb  dama  tulladım.  Sonra  isə  onu  oxumağa 
başladım: (Hərfi tərcümə). 
 
Sərvboylu, gözləri ceyran 
Sərv qamətin və gözlərinin parıltısı edir heyran. 
Küləyin Şiraz çöllərindən gətirdiyi xoşətir 


    Nəzakət Əliyeva 
 
 
142 
Dağların xoş mehi sənin ağzında itir 
Hafizin bizə oxuduğu bütün xoşnəğmələr nədir ki
Sənin ağzından çıxan bir sözün yanında 
Qızıl gülün çiçək piyaləsini bülbüllər qurtumla içir. 
 
Sənin qızıl gül dodaqların və ağzın məst edir, 
Günəş, ay və göydəki bütün ulduzlar 
Uzaqdaqdan yalnız sənin üçün parlayır, sayrışır 
Mən özüm, ürəyim və mahnımın avazı 
Sənin gözəlliyinin əsiri, sənin gözəlliyinin vəsfi». 
«Allah necə də gözəldir», -deyə, -mən qışqırdım. 
«Mirzə  Şəfi,  sənin  sözlərin  ruhlar  ölkəsinin  pərilərin 
mahnıları kimi şirin səslənir; Sənin qarşında Hafiz kim 
olur ki»? Bir damla okeana qarşı nədir ki?». 
«Bu  yalnız,  başlanğıc,  hazırlıq»,  dedi  gəncəli 
alim, «əslində məhəbbət qafiyələri indi gəlir:» (hərfi) 
Utancaq və sadiq bir məna ilə 
Məhəbbət ibadətgahına yaxınam. 
Mən bu mahnını sənə göndərirəm 
Xoşətirli, bu sual gübünü! 
 
Ya sevinclə, ya da hirslə onu 
Bəxş et, ürəyimə ölüm ya da həyat 
Qızıl gülü, qönçəsini ya da tikanı at 
Sənin açılmanı gözləyirəm səbirsizliklə 
«Bəs Züleyxa nə etdi?» 
«O,  gülümsəyərək  mənə  aşağıya  qönçə  atdı  və 
mən  ilk  dəfə  onun  gözəl  sifətini  bütün  gözəlliyi  ilə 
gördüm!». 
Necə demişdi Füzuli! 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
143 
«Sənin yanına gəlmək üçün, həyatım, mən   
                                          həyatımı verdim, 
Rəhm elə, çünki yalnız sənin üçün mən həyata  
                                                              gəldim». 
 
«Mənim üçün də belə olmuşdu. Züleyxanın məni 
sevdiyini  biləndən  sonra,  köhnə  xəyallarla  dolu 
həyatım  sona  çatdı  və  mənim  üçün  yeni,  əsl  həyat 
başlandı.  Kim  öz  məhəbbətini  vüsalına  çatmaq  üçün 
saatları sayır, kim onun şərəfinə nəğmələr oxuyur, kim 
onu  görmək  üçün  addımlar  atır.  Mənim  üçün 
xoşbəxtlik  günəşi  doğmuşdu;  bütün  əvvəlki  maneələr 
həyatın  iltifatı  ilə  aradan  qalxmışdı.  Hətta  mənim 
məhəbbətim  Gəncədə  də  dildən-ağızdan  düşmədi; 
mənim  bütün  tanışlarım  mənə  qulluq  göstərməyə 
başladılar, bəziləri mənə olan dostluq münasibətindən, 
bəziləri isə İbrahim xana olan nifrətindən. 
Züleyxanın  mənə  qızıl  gül  qönçəsi  bağışladığı  o 
xoşbəxt günlərdən altı həftəyə yaxın vaxt keçmişdi və 
birdən  mənim  bu  xoşbəxtlik  ümmanımı  təhlükəli 
buludlar qaraltdı. 
İbrahim  xan  qızının  adaxlısı  Əhmədxanla  qoşun 
düşərgəsindən geri qayıtdı. 
Xəbər  məni  elə  qorxutdu  və  mən  ayıldım. 
Dəhşətdən sanki qartal qanadları taxıb ümidlər  dağına 
qalxdım.  Mən  hiss    edirdim  ki,  taleyimin  hökmü 
yaxınlaşır  və  bu  mənə  cəsarət  verirdi.  Bir  şeyi 
fikirləşirdim  ki,  məni  həyata  bağlayanı  itirsəm,    onda 
yazıq Mirzənin bu dünyada təsəllisi qalmayacaq, onun 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə