MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə36/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

    Nəzakət Əliyeva 
 
 
148 
bu  füsunkar  gənc  xanımın  qarşısında  acizanə  halda 
duranda, dilim ağzımda dolaşdı. 
«İndi  təəccüblənmək  vaxtı  deyil»  -  dedi  ağıllı 
Fatimə,  «Biz  getməyə  tələsməliyik  ki,  evin 
xidmətçiləri 
bizi 
görməsinlər. 
Sən 
mənim 
hökmdarımın  əlindən  tut  və  xahiş  et  ki,  sənin 
addımlarını  Allahtəala  hansı  tərəfə  yönəldirsə,  o  da 
səni izləsin». 
«Mən  o  dediyi  kimi  etdim.  Züleyxanın  əlindən 
tutanda,  o  bərkdən  qışqıraraq  geri  çəkildi.  Yenə  ağıllı 
Fatimə  sözə  başladı:  «Kimin  günəşin  işığına  şübhəsi 
var?  Kimin  qızıl  gülün  ətrinə  şübhəsi  var?  Sənin 
bakirəliyinə kim şübhə edə bilər? Buna görə məhəbbət 
savaşını dayandır, şirin sahibəni, ah-naləsiz. Allah səni 
hara göndərirsə, ora get!». 
Burada  mən  Mirzə  Şəfi  öz  hekayəsinə  davam 
etməmiş,  bayaq  yuxarıda  dediyi  sözlərə  aydınlıq 
gətirmək  istədim.  Qafqaz  müsəlmanları  arasında  belə 
bir  adət  vardır  ki,  nişanlı  qızı,  əgər  valideynləri  razı 
deyilsə,  öz  nişanlısı  güclə  qaçırmalıdır.  Bu  zaman  qız 
nə qədər çox müqavimət göstərsə, vuruşsa, qışqırsa, bu 
o qədər çox onun bakirəliyinə, həyasına işarə edir. İndi 
bu  vacib  yayınmadan  geri  dönək  və  Mirzə  Şəfiyə  öz 
qaçış  hekayəsini  bitirməsini  eşidək.  «Uzun  müddət 
yalvar-yaxardan sonra ağıllı Fatimə mənim Züleyxamı 
sakitləşdirdi.  Mənim  necə  gizli  gəldiyim  kimi  qorxa-
qorxa,  tərəddüdlə  Züleyxa  məni  izlədi  və  biz  bayıra 
çıxdıq. Orada mən onu Fatimənin ixtiyarına verdim və 
özüm bir qədər aralı onları izlədim. Xoşbəxt halda mən 
ilk dəfə Fatimə ilə görüşdüyüm ensiz dağ cığırına gəlib 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
149 
çatdıq.  Ata  evinin  astanasından  uzaqlaşmaq  ağrısı 
sevgilimin qəlbində bir ağrı yaratdı. Biz əmin idik, biz 
xoşbəxt  idik!  O  gecənin  artıq  batmaqda  olan  ayın 
ardınca çıxan günəş heç vaxt mənim həyatıma belə işıq 
saçmamışdı! 
Günün  başlanması  ilə  biz  ötüb  keçən  karvana 
qoşulduq, ancaq yolda Fatimə bizi çox təəccübləndirdi. 
O  sahibəsinin  ayağına  düşərək  etiraf  etdi  ki,  o  bizim 
himayəçini,  Akimi,  ermənini  sevir  Züleyxa  əvvəlcə 
çox  hirsləndi  ki,  necə  ola  bilər  Əlinin  qızı  bu  dinsizə 
meyllənib,  sonra  bir  təhər  sakitləşdi,  çünki  Akimlə 
Fatimənin  münasibəti  bizim  təhlükəsizliyimiz  üçün 
girov  idi.  Bizim  təhlükəmiz  onun  üçün  də  təhlükə 
demək  idi,  ona  görə  o,  bizi  qorumağın  qayğısına 
qalırdı. Hər iki qadın özlərini çadraya elə bükmüşdülər 
ki,  heç  kəs  onları  tanıya  bilməzdi.  Mən  də  öz-özümü 
və  geyimimi  tanımaz  hala  salmışdım  və  Bakı  xalça 
tacirinə  oxşayırdım.  Biz  yavaş-yavaş  küçə  boyunca 
keçərək Kurakşayskaya tərəf gedirdik. 
Birinci  gün  üçün  Akim  ehtiyatlılıq  ölçüsünü 
götürmüşdü,  hər  iki  qadın  karvandan  aralı  yoldan 
kənardakı  cığırla  gedirdilər;  Züleyxa  uzunqulağın 
üstündə,  erməni  ilə  Fatimə  isə  onun  ardınca  piyada 
gedirdilər.  Əgər  biz  ehtiyatlı  tərpənməsəydik,  məhv 
olardıq,  çünki  bir  neçə  saatdan  sonra  atlı  dəstəsi 
çaparaq  gəldi,  mən  onların  başçısı  Əhməd  xanı 
tanıdım.  Xoşbəxtlikdən  o  mənə  heç  vaxt  Gəncədə 
diqqət  yetirməmişdi  və  mən  bu  paltarda  onda  heç  bir 
şübhə  oyada  bilməzdim.  O  çevik  gözləri  ilə  karvanı 
nəzərdən  keçirdi,  bir  az  dayandıqdan  sonra  yoluna 


    Nəzakət Əliyeva 
 
 
150 
davam  etdi.  Yoxsulluq  çox  cansıxıcıdır,  -  ancaq  o, 
zaman  dözülməz  olur  ki,  biz  tapdığımız  və  yenidən 
itirdiyimiz xəzinəni bütün dibinə qədər ölçməliyik. 
Bunun  nə  xeyri  vardır  ki,  cənnətin  bağları  ilə 
gəzirsən və bu yalnız cəhənnəmə keçid olur! 
«Sən  çox  müdrik  danışırsan,  Mirzə?»,  deyə  mən 
onun  sözünü  kəsdim,  «ancaq  bu  müdrik  kəlamların 
məhəbbət  hekayəsində  nə  yeri  var?  Hafiz  necə  deyir: 
«Məhəbbət  danışan  yerdə,  ağıl  susmalıdır!»  Ancaq 
mənim sözlərim ona təsir etmədi və mən heç bir vəchlə 
bu  söhbətcil  Mirzəyə  hekayənin  sonunu  danışdıra 
bilmədim.  «Məni  rahat  burax»,  dedi,  -  o,  «sənin  bu 
sözlərin nəyə yarar! Əgər bədbəxtlik baş verirsə, onun 
qarşısını almaq olmaz». 
Beləcə,  o,  mənə  gecən  xeyir  demədən  otağı  tərk 
etdi.  Mən  isə  sizin  maraqlarınızı  çox  oyatdığım  üçün 
bu  hörmətli  müəllimimin  hekayəsini  ordan-burdan 
eşitdiklərimlə sizə çatdırıram. 
Üçüncü gün səyahətçilər çox dəhşətli bir leysana 
düşdülər.  Elə  bir  güclü,  uzun  müddətli  yağış  selinə. 
Xoşbəxtlikdənmi,  ya  bədbəxtlikdənmi  yaxınlıqda  bir 
kənd var idi, karvanbaşı heyvanları bir tərəfə ötürdü və 
Mirzə  Şəfi  ilə  Akim  öz  sevgililəri  üçün  bir  tatar 
komasında sığınacaq tapdılar. 
Kişilərin müşayiəti ilə kəndə daxil olan qadınlar, 
yolun kənarında belə bir söhbət eşitdilər. «Bax Səlim, 
bu bakılı tacir Akim deyilmi? Aman Allah! Özüdür ki, 
var! O nə vaxtdan bəri xalçalar əvəzinə qadınlarla alver 
edir?  Bir  bax,  hər  ikisi  də  sərv  boylu  hurilərə 
bənzəyir». 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
151 
«And  içərəm  ki,  o  birisi  Akimdir»,  -  deyə  o  biri 
həmsöhbət  dilləndi,  «ancaq  biz  karvanın  yanından 
keçəndə nə o, nə də bu iki qadın karvanda deyildilər». 
«Sən  də  lap  Qəzvinli  (İranda  şəhər)  kimi 
danışdın. O, karvanla yanaşı, ya da onun ardınca gedə 
bilməzdi? Atalar necə demişlər: İki rusun bir farsla, iki 
farsın  bir  erməni  ilə  alveri  bərabər  olur.  Allah  mənim 
başıma  işıq  saldı  və  mənim  gözlərim  açıldı,  indi  mən 
bütün  hadisələrin  gedişini  açıqlayaram.  İndi  isə  tez 
Əhməd  xanın  yanına  gedək  və  onun  hirsini  sevincə 
döndərək. Danışanlar Əhməd xanın nökərləri idi, onlar 
yağışdan  da  əvvəl  axtarışlar  edirdilər.  Yarım  saatdan 
sonra Züleyxa Fatimə ilə birlikdə onları təqib edənlərin 
hakimiyyəti  altında  idilər.  Mən  buradakı  kədərli 
səhnələrin  hamısını  açıqlamıram.  Yalnız  bircə  bunu 
deyə bilərəm ki, bu mənim o qədər ürəyimi ağrıtdı və 
mən  susa  bilmədim.  Hər  iki  qadınla  mümkün  olan 
bütün  incəliklərlə  rəftar  edildi,  onlar  öz  ağrılarını 
ürəklərində  çəkdilər,  ancaq  Gəncənin  müdrik  adamı, 
məhəbbət, şərab və qızıl gül tərənnümçüsü Mirzə Şəfi 
isə  ürəyində  bitib-tükənməyən  ağrıdan  başqa  Əhməd 
xanın sərt əmri ilə digər rüsvayçı acını yaşamalı oldu. 
Onun  Züleyxanın  otağına,  yəni  xoşbəxtliyin 
zirvəsinə aparan ayaqlarının altı…. 
 
DÖRDÜNCÜ  FƏSİL: 
 Müdriklik məktəbi 
Mirzə  Şəfi  öz  məhəbbət  sirrini  mənə  açdıqda, 
sanki,  Tiflis  bağları  kimi  onun  ürəyi  mənim  qarşımda 
açıq idi. Onun daha öz tərəfdarından heç bir gizli sirri 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə