MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə38/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

    Nəzakət Əliyeva 
 
 
156 
İngilis  ülgüclərindən  Mirzə  xüsusi  bir  həyəcanla 
danışırdı,  çünki,  o  həyatının  ən  gözəl  illərində  bir 
kazakın  məsləhəti  ilə  bunlardan  bir  neçəsini  əldə 
etmişdi.  
Gəncəli  alim  bu  ülgüclərdən  birinin  əhvalatını 
bizə  danışanda,  mənimlə  bir  otaqda  qalan  pərəstişkar 
turist, Mirzəni təəccübləndirmək üçün öz otağına getdi. 
O  əlində  bir  cüt  qığılcım  parıltılı,  gözəl  və  iti  ülgüclə 
geri  qayıtdı.  Onları  alimin  gözünün  qabağına  tutaraq 
soruşdu: «Bunlar sənin xoşuna gəlir?». 
«Çox! – Aman Allah». 
«Onları  məndən  yadigar  kimi  götür.  Qoy  sənin 
əqlin  bu  tiyə  kimi  iti,  sənin  başın  isə  bu  üglüc  kimi 
parıldasın!». 
Mirzə  Şəfi  bu  hədiyyəni  məmnunluqla  aldı.  O 
ülgücü 
cibinə 
qoydu 
və 
getmək 
istədi; 
Xudahafizləşəndə 
o,  mənim  qarşımdakı  ingilis 
qayçısına nəzər saldı. 
«Qayçı da mənim xoşuma gəlir», - dedi o. 
«Bu  məni  çox  sevindirir»,  cavab  verdim  mən  və 
ona xeyirli gecə arzuladım. «Axşamınız xeyir olsun!». 
 
BEŞİNCİ  FƏSİL:  
Müdriklik məktəbi 
(Davamı) 
«Mirzə  Şəfi,  –  deyə  mən  biz  yenidən  müdriklik 
divanında  toplaşanda  sözə  başladım  -  əgər  mən  sənə 
söyləsəm  ki,  Qərbin  müdrikləri  siz  onları  necə  axmaq 
hesab edirsinizsə onlar da sizi elə axmaq hesab edirlər, 
nə cavab verərsən?». 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
157 
«Mən təəccüblənməkdən başqa nə edə bilmərəm» 
-  dedi.  O  -  Əgər    siz  mənim  mühakiməmi  təkrar 
edirsinizsə,  mən  sizdən  hansı  bir  yenilik  öyrənə 
bilərəm?».  O  özünə  təzə  çubuq  gətirdi  və  bir  an  fikrə 
dalaraq  tüstülədi,  sonra  bizdən  qələmdanı  hazırlamağı 
xahiş etdi və oxumağa başladı. 
«Mirzə  Şəfi  –  deyə  mən  onun  sözünü  kəsdim  – 
ağıllı  başlanğıc  üçün  sənin  müdriklik  kəlamlarını 
qərblilərə  paltar  kimi  geydirsəydik,  onlar  bizə  dəlillər 
güzgüsü  kimi  baxardılar  və  bu  gənc  xanımlar  və 
qadınlar üçün əyləncə olardı!». 
«Qadınlar  hər  yerdə  ağıllıdırlar,  -  dedi,-  mənim 
hörmətli  müəllimim  –  onların  hakimiyyəti  çox 
böyükdür.  Kiçik  qadın  barmaqları  ən  böyük  inam 
imarətlərini belə ağzı üstə çevirir və gənc xanımlar isə 
kilsənin  ən  qədim  nizamnamələrini  rüsvayçılıqla  sona 
çatdırırlar». 
«Ancaq  sən  mənim  verdiyim  suala  cavab 
vermədin,  ay  Mirzə!»  «Sən  müdrikcəsinə  danışırsan». 
Mənim  sözlərimin  cücərtisi  sənin  simanda  qafiyəyə 
çevrildi.  Sən  yaz,  mən  isə  oxuyacağam!.  O  bir  neçə 
gözəl  mahnılar  oxudu  və  mən  onların  bir  hissəsini 
almancaya çevirdim. 
«Mirzə  Şəfi,  –  dedim,  -  mən  və  bir  anlıq  alimin 
bir  stəkan  çaxır  içməsindən  və  təzə  çubuğunu 
çəkməsindən  istifadə  etdim.  –  Gənc  xanımların  qəlbi 
sənin  mahnılarının  şirin  əzəmətində  riqqətə  gələcək, 
ancaq  bizim  xalqın  alimləri  sənə  qarşı  qısqanclıqla 
deyəcəklər;  sənin  fikirlərində  və  dünyagörüşündə 


    Nəzakət Əliyeva 
 
 
158 
müxtəliflik yoxdur. Sənin nəğmələrin yalnız bir şeyə - 
şəraba, məhəbbətə və qızıl güllərə həsr edilmişdir». 
Heç  mənə  tərəf  baxmadan  və  cavab  vermədən 
Mirzə Şəfi bir an qatı tüstü buludlarına büründü, sonra 
sakitcə  bir  neçə  qədəh  şərab  içərək  öz  nəğməsini 
oxudu. 
 
ALTINCI  FƏSİL: 
Gəzintilər, uzaqgörənliklər və möcüzələr 
 
Mənim  mənzilim  müqəddəs  David  dağının 
ətəyində  yerləşirdi.  Burada  ortasından  daşlı  çıxıntı  ilə 
yüksələn  qədim  bir  kilsə  var  idi  və  onun  müqəddəs 
qoruyucusu bu dağa öz adını vermişdir.  
Qədim  zamanlardan  bəri  bu  kilsə  müqəddəs 
Davidin  möcüzəli  qüvvələri  ilə  məşhurdur.  Hər  hansı 
bir  qadın  və  ya  gənc  qız  kilsənin  ətrafında  üç  dövrə 
vurarkən, hər dəfə bir daşı onun bayır divarına heç bir 
yapışdırıcı  və  palçıqdan  istifadə  etmədən  divara 
yapışdırarsa, onun ürəyindəki arzuları həyata keçəcək, 
yalnız  onda  əgər  onun  günahsız  arzuları,  fikirləri  ilə 
rüsvay edilməyibsə. 
Əgər  gənc  bir  qız  öz  ərinin  saf  məhəbbəti  üçün 
alışıb yanırsa, onların dualarını müqəddəs David yalnız 
o zaman eşidir ki, buna elə bir xüsusi səbəb olmasın.  
Əfsanələr bu kilsənin möcüzəli qüvvəsinə inanan 
gənc  qızların  həqiqi  ər  tapmalarından  və  qadınların 
övlad payı ilə xeyir-dualanmalarından danışırlar.  
Xüsusilə,  bu  böyük  müqəddəsin  doğum  və  ölüm 
günü  olan  cümə  axşamı,  onun  möcüzəli  qüvvəsi  daha 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
159 
çox təzahür edir. Həmin gün məbədin dövrəsində çoxlu 
daşlar  olur  və  bu  daşlar    palçıqsız  onun  böyük 
divarlarına yapışdırılmalıdır.  
Bu  daşlar  natəmiz  əllərə  dəyməsin  deyə  kilsənin 
xidmətçiləri  tərəfindən  çox  canıyananlıqla  toplanaraq 
möminlərə  müqəddəs  Davidin  böyük  xeyir  –  duasının 
əvəzində  kiçik  bir  pula  verilir.  Buna  görə  hər  cümə 
günlərində  Tiflisin  qadın  və  gənc  qızları  bayram 
paltarında  müqəddəs  David  dağına  ziyarətə  gəlirdilər 
və  hər  kəs  Gürcüstanın  ucaboylu  qızlarının, 
gözəlliklərinin  çiçəklənən  bu  vaxtında  onları  belə 
topalanmış  görərsə,  yerdəki  möcüzələrə  inam 
yoxdursa,  onun  üçün  yaxşı  olardı  ki,  qoca  bir  zənci 
qadının  boğazından  asılıb  ən  dərin  yerə,  Didibeh 
vadisinə diyirlənsin ! 
Hətta  xristian  olmayan  üləma  Mirzə  Şəfi  belə 
müqəddəs  Davidin  möcüzəli qüvvəsini qiymətləndirir, 
belə ki, o, ölümündən sonra belə gözəl xanımları canlı 
həyata qaytarır.  
Bütün  dünyada  –  deyə  Mirzə  mənimlə  evin 
damında  və  ya  eyvanında  ruhlanmış  halda  qəlyan 
çəkərkən,  yanımızdan  rəğbət  dolu  baxışlarla  ötüb 
keçən  möminləri  seyr  edə-edə  dedi:  -  Dünyanın 
harasında  gözlər  belə  sevimli  tosqun  baldırları  görə 
bilər  və  harada  çılpaq  ayaqlar  burdakı  kimi  görünə 
bilər? 
Yəqin  bu  qədim  dini  bir  adətdir  ki,  xüsusilə, 
gözəl  ayaqları  olan  sahibələr  vicdanı  qüvvədə 
saxlamaq  ki,  duaçılar  ziyarətdən  əvvəl  öz  corab  və 
ayaqqabılarını soyunaraq, müqəddəs Davidin kilsəsinə 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə