MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə41/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

    Nəzakət Əliyeva 
 
 
168 
Xüsusilə,  cümə  axşamlarında,  yəni  o  böyük 
müqəddəs  şəxsin  doğulduğu  və  öldüyü  gün  bu  qəribə 
hökmranlıq möcüzə yaradır. Xristian olmayan Gəncəli 
alim  Mirzə  Şəfi  müqəddəs  Davidin  möcüzəli  gücünü 
tərifləyirdi,  hansı  ki,  hələ  ölümündən  sonra  da  zərif, 
gözəl qadınları hərəkətə gətirir. 
Şəhərin  bütün  sarayları,  kümbəzləri,  qalaları  və 
yeraltı  komaları  bizim  ayağımızın  altında  idi.  Kölgəli 
bağları və bizim doğma meyvə bağlarımızdakı  şaftalı, 
əncir,  nar,  tut,  üzüm  tənəkləri  hamısı  üstü  dolu  və 
yetişmiş idi. 
Canlı küçələr bizi əvvəl oradakı erməni bazarına, 
sonra burdan keçərək səsli-küylü Tiflis bazarına və çox 
böyük  olan  karvansaraya  yəni  çoxlu  mağazaları, 
qalereyaları,  kabinələri,  anbarları  ilə  bir  balaca 
şəhərciyə bənzəyən yerə gətirib çıxardı. Burada şərqin 
qiymətli  istehsalları,  yəni    şallar,  ipək  parçalar,  
xalçalar və s. var idi. 
Biz  karvansarayı  tərk  etdik  və  şəhərin  hər  iki 
hissəsinə  aid  olan  körpünün  üstündən    hər  tərəfi  seyr 
etdik.  
 
DOQQUZUNCU  FƏSİL: 
Müdriklik məktəbi 
Biz  yenidən  Tiflisdəyik  və  Mirzə  Şəfinin 
müdriklik  divanında  dövrə  vurub  oturmuşuq.  O  bizim 
Hayklar  (Ermənistan)  ölkəsindən  geri  qaytarmağımıza 
dərindən    köks  ötürərək,  uzun  ayrılıqdan  sonra  bizi 
yenidən  görməyinə  çox  sevindi.  Dəsrlərimizin 
gedişinin əvvəlki  adi qaydasına düşməsi bir neçə həftə 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
169 
çəkdi,  çünki  o  qədər  soruşulmalı,  söylənməli  və  izah 
olunmalı şeylər var idi ki. 
Biz  səyahətimiz  zamanı  topladığımız  yazıları 
aydınlaşdırdıq  və  Obovian  kor  Barden  keşişoğlunun 
tatar  nəğmələrindən  kiçik  bir  toplu-  məcmuə 
yaratmışdı.  
Bizim  Mirzə  Şəfi  üçün  Yerevan  bazarından 
aldığımız  bir  neçə  kiçik  hədiyyələrin  üstünə  onun 
dəftərin  üstündə  yazdığı  «Müdriklik  açarı»  sözlərini 
başlıq 
yazdıq, 
bununla 
müəllimimizin 
bütün 
düynagörüşünü,  onun  qısa  kəlamlarını  və  uzun  elmi 
məruzələrini nəzərə alırdıq. Bu dəftəri onun iştirakı ilə 
oxumağa  başlamazdan  əvvəl,  biz  ona  səyahətimizin 
qısa  təsvirini  verməli  idik  söhbətin  o  yerində  ki,  biz 
erməni 
kənd 
qadınlarının 
natəmiz 
qışlaq 
piramidalarının  tikintisində  necə  iştirak  etdiklərindən 
danışanda  Mirzə  Şəfinin  sifətinə  qaranlıq  çökdü  və  o 
bildirdi  ki,  öz  arvadlarını  belə  yerlərdə  işlədən  kişilər 
üçün bu piramidalar rüsvayçılıq abidəsidir.  
«Eyib olsun onlara!»-deyə öz fikirlərini bitirdi və 
bununla  demək  istəyirdik  ki,  kişilər  həmişə  və  hər 
yerdə  zəiflərin  və  gözəl  cinsin  nöqsanlarında  özləri 
günahkardırlar. 
«Günəş  işığı  olmasa»  -  qışqırdı  o  –  «qızıl  gül 
necə  açıla  bilər?  Bənövşə  duzlu  torpaqda  necə 
çiçəkləyə  bilər?  Bir  bax,  qadınlar  güllərə  bənzəyirlər, 
onlara  nə  qədər  çox  qayğı  göstərib  qorusan,  onlar  o 
qədər  gözəl  və  ətrli  olurlar.  Kişilər  gözəllik  bağının 
keşikçisi  olmalıdırlar;  onları  güllərin  gözəl  ətrinə 
sevinməli,  ancaq  öz  qabalıqları  ilə  onları  məhv 


    Nəzakət Əliyeva 
 
 
170 
etməməlidirlər.  Necə  ki,  güllərin  cərgəsindən  alaq 
otları  təmizlənirsə,  eləcə  də  qadınları  bütün 
pisliklərdən 
və 
yamanlıqlardan 
uzaqlaşdırmaq 
lazımdır». 
«Qızıl  gülü  ayaqlasan,  onun  tikanları  sənə 
batacaq;  ancaq  ona  məhəbbət  və  qayğıkeşliklə  qulluq 
etsən, o çiçəkləyəcək və daha da ətirli olacaq! 
Qadını könüllü olaraq qula çevirsən, o özü sənin 
qarşında  baş  əyəcək  və  minnətdarlıq  dolu  məhəbbətlə 
öz  ağasına  baxdığı  kimi  sənə  baxacaq;  ancaq  əgər 
qadını zorla qula, kənizə çevirsən, o məkr və hiylə ilə 
sənin  üzərində  öz  hakimiyyətini  quracaq.  Çünki 
məhəbbət  xəzinəsi  ziddiyyətlər  xəzinəsidir»-  deyə 
müdrik  qeyd  etdi.  O  bir  qədər  çaxır  içdi,  özünə  təzə 
tənbəki  gətizdirdi  və  sonra  başqa  şeylər  haqqında 
danışdı.  Mən  onun  sözünü  kəsdim  və  dedim:  «Ay 
Mirzə Şəfi, sənin sözlərin elə sevimli səslənir, mən də 
həvəslə  Quranın  gözəliklərini  oxuyuram  və  ona  görə 
sənin 
öyrətdiyin 
kimi 
qadınlara 
münasibət 
bəsləyirəm». 
«Sənin  xahişin  müdriklə  nəfəsdir»  cavab  verdi. 
Mirzə  -  Ona  görə  mənim  qulaqlarım  sənin 
ixtiyarındadır.  Qadınlarla  nə  qədər  çox  məşğul  olsan, 
onları o qədər yaxından tanıya bilərsən, daha çox sevə 
bilərsən və əsil məhəbbət öz əksini onda tapır; yüksək 
məhəbbət yüksək müdriklik deməkdir. 
Qadınlardan  yüksək  dünyada  nə  var?  Cənnətin 
hurilərinin  şən  xəyalları  Yerin  bu  gözəl  gerçəklikləri 
qarşısında nədir? 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
171 
Rumeli  xalqından  xəbər  alsan:  dünyada  ən 
yüksək  nədir?  Onlar  cavab  verəcəklər:  Sultan!  Bu 
sualla  farslara  müraciət  etsən,  onlar  cavab  verəcəklər; 
Şah!  Çünki  sünnilər  Yer  kürəsində  sultanı,  şiələr  isə 
şahı  Allahın  kölgəsi  hesab  edirlər.  Ancaq  gerçəkliyin 
yanında şüa nədir? Kölgə varlıq qarşısında nədir? Mən 
sənə  doğrudan  deyirəm:  qadınlar  Yerdə  Allahın 
varlıqlarıdır! Onlar həyatın özəyi, zərifliyin, gözəlliyin 
sütunu,  xoşbəxtlik  tacında  ən  qiymətli  daşdırlar.  Bu 
gözəllərdən  birinin  əlini  öpmək  ən  dadlı  xörəkdən 
alınan ləzzətdən də dadlıdır…». 
«Ancaq,  ay  Mirzə,  bu  əllər  erməni  kənd 
sahiblərinin əllərindən təmiz olmalıdır!». 
«Sən  cəfəngiyyat  danışırsan,  çünki  bu  qadınların 
təbiətində  ən  gözəl  şeydir  ki,  ağıllı  kişi  onlardan  hər 
cürə istifadə edə bilər. Qadınların pis əməlləri kişilərin 
səhv davranışından başlayır. Əgər bir qadın buna adət 
edir ki, həmişə onun əlini öpsünlər, onda o həmişə əlini 
təmiz  saxlayacaq;  ya  da  kimsə  onun  ayağını  öpsə,  o 
həmişə  ayağının  qayğısına  qalacaq,  bir  qadın 
səliqəsilə». 
Mən  öz  müəllimimi  bu  axşamkı  kimi  belə 
ruhlanmış  heç  görməmişdim.  O,  qadınların  şərəfinə 
danışmağı  bitirmirdi.  Onun  əvvəlki  qəmgin  siması 
nəşəli bir ifadə və razılıqla əvəz olunmuşdu. Mənə elə 
gəlirdi  ki,  o  yenidən  sevməyə  hazırlaşır.  Dərs  arası 
fasilələrdə  mahnılar  səslənirdi,  hər  arzusunu,  izahatını 
bir cüt şerlə ifadə edirdi. 
O,  əlini  bir  şüşə  şəraba  atdı,  lakin  şüşə  boş  idi, 
«şərab  gətir  deyə  o  qışqırdı-  Necə  demişdi  Hafiz!». 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə