MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə43/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

    Nəzakət Əliyeva 
 
 
176 
Mən Paşalıqda gəzərkən ona xəbər göndərdim ki, 
tezliklə  görüşək.  Ondan  belə  bir  cavab  gəldi  ki,  onun 
evinin  astanasına  mənim  ayaqlarım  dəydikdə,  xoşbəxt 
olacaq. 
Adigionın  çirkli  döngələrindən  keçərək,  saysız-
hesabsız  itlərin  hürməsinə  baxmayaraq,  qaranlıq 
qarışanda biz sağ-salamat Ömər əfəndinin evinə çatdıq. 
Evin  damı  və  balkonu  adamlarla  dolu  idi,  xanəndələr 
öz  mahnıları  ilə  bizi  salamladılar,  gecənin  qaranlığına 
baxmayaraq 
biz 
balkonda 
oturduq, 
bizə 
arasıkəsilmədən  meyvələr,  müxtəlif  cürə  südlü 
xörəklər və s. gətirirdilər. 
Ertəsi  gün  mənimlə  gələn  zabit  yoluna  davam 
etdi,  Yusif  və  qohumları  Axalsixə  geri  qayıtdı,  mən 
Georgi ilə Ömər əfəndinin yanında yalnız qaldım. 
Onun  oxuduğu  nəğmələr  əsasən,  şərabın 
şöhrətindən  bəhs  edirdi.  Mən  isə  Mirzə  Şəfidən 
öyrəndiyim  bütün  mahnıları  və  kəlamları  söyləməli 
idim.  Adigion  alimi  buna  qarşı  öz  nəğmələrindən 
oxudu.  Mən  bunların  içində  çoxlu  cəsarət  və  öz 
hisslərimi aşkar etdim, ancaq Mirzə Şəfi nəğmələrində 
olan orijinallıq və yenilik onda yox idi. 
Biz  birgə  Mirzə  Şəfiyə  məktublar  yazdıq;  mən 
ziyarətin  sevincini  və  ondan  ayrıldıqdan  sonra 
xatirələrimi onunla bölüşmək istəyirdim. 
Biz Ömər əfəndi ilə qarşılıqlı olaraq bir-birimizin 
xəttini  təriflədik,  çünki  gözəl  xətlə  yazıya  Şərqdə  çox 
böyük  dəyər  verilir  və  bu  müdrikliyin,  alimliyin  əsas 
tərkibi  hesab  edilir.  Ona  görə  də  bir  yazı    alimi  o 
birindən  sübut  üçün  onun  yazı  məharətini  göstərməyi 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
177 
tələb  edir,  əgər  o  sınaqdan  pis  çıxarsa  onda  onu  ələ 
salırlar. 
«Sən yaxşı edirsən ki, öz müəllimini tərifləyirsən, 
ancaq  alimlik  tamam  başqa  şeylə  qiymətləndirilir. 
Daşların içində ağac əkmək olmaz, dəlinin başı ilə alim 
olmaq olmaz». 
Onun  bu  sözlərinə  mən  Bibliyadan  bir  sitat 
gətirdim:  «Kimə  nə  isə  verilibsə,  ona  həmişə  verilir, 
kimdəsə yoxdursa, onun alanı əlindən «alınır». 
O  başını  razılıqla  tərpətdi,  mən  sözümə  davam 
etdim:  «Məhsuldar  torpaqda  ala  kolu  da  yaxşı  inkişaf 
edir. Ancaq meyvə alaq otundan çox olarsa, bu böyük 
qulluqun  və  mübarizənin  nəticəsidir.  Eynilə  belə 
xüsusiyyət  insanlarda  da  olur.  Təmizlik  nə  deməkdir? 
Natəmizliyə  qarşı  mübarizə;  yaxşılıq  nə  deməkdir? 
Pisliyə  qarşı  mübarizə  deməli  hər  şey  yaxşı  şeyin  pis 
tərəfi  də  var  və  mübarizə  nə  qədər  davamlı  olarsa, 
insanın  dəyəri  də  o  qədər  böyük  olar,  çünki  bu 
mübarizədə 
onun 
qüvvəsi 
azalmır, 
əksinə 
möhkəmlənir».  
Ömər  əfəndi  bir  müddət  susdu  və  fikrə  getdi, 
sonra  üzünü  mənə  tərəf  çevirib  dedi:  «Mən  bilmək 
istərdim, bizim ikimizdən kim daha müdrikdir?». 
Onun  bu  sualına  mən  gülməkdən  özümü  zorla 
saxladım  və  cavab  verdim:  «Bu  nə  sualdır?  Bir  toz 
dənəsi  qiymətli  qaşların  yanında  nədir?  Səninlə 
müqayisədə mən nəyəm?». 
Mənim cavabıma o gülümsədi, ancaq kimin daha 
müdrik  olmağını  aydınlaşdırmağı  təkid  etdi.  Bunun 
üçün  o  iki  eyni  kağız  parçası  gətirdi  və  dedi:  «götür 


    Nəzakət Əliyeva 
 
 
178 
yaz, sən öz dilində, mən də öz dilimdə». Tezliklə yazıb 
qurtardım,  ancaq  o  hələ  vərəqinin  yarısında  idi.  «Sən 
yazıb  qurtardın?»  -  deyə  Ömər  əfəndi  soruşdu.  «Bəli, 
qurtardım». O alıb mənim şeirimi oxudu. Mənim onun 
qonaqpərvərliyini  tərifləməyim  xoşuna  gəldi.  Ən 
nəhayət,  o  müdriklik  mübarizəsinə  belə  qiymət  verdi: 
«Sən  öz  qəlbində,  mən  də  öz  qəbiləmdə  müdrikəm!». 
O mənim əlimi möhkəm sıxdı və evə getdi. Bir azdan 
geri qayıtdı, onun əlində bir kitab var idi: «Bunu sənə 
məndən  yadigar  verirəm,  çünki  sənə  ən  layiqli  bunu 
bildim. Burada mənim, atamın və babamın şeirləri var. 
Onu  götür  və  müdriklik  mübarizəsinin  mükafatı  kimi 
özündə saxla!». 
 
ON İKİNCİ FƏSİL: 
Tiflis yayın sonunda 
 Müdriklik məktəbinə qayıdış 
Avqust  ayının  ortaları  idi,  ancaq  Tiflisdə 
dözülməz  isti  var  idi.  Mən  Mirzə  Şəfinin  yanına 
qayıtdım.  Havaların  isti  olmasına  baxmayaraq,  o 
müdriklik məktəbini yenidən açdı. 
Diqqətli  oxucu  xatırlayırsa,  mən  Ermənistandan 
qayıdanda  Mirzə  Şəfi  mənə  özünün  nəğmələr 
toplusunu  «Müdrikliyin  açarı»  bağışladı.  Toplu  Mirzə 
Şəfinin  ön  sözü  ilə  başlayır  və  kağız  üzərinə 
köçürülmüş şeirləri ilə davam edirdi. 
Bu  Gəncə  aliminin  mahnı  bayramlarında  və 
yarışlarında oxuduğu nəğmələr gürcülərin və tatarların 
dilindən düşmürdü. Onun bir çox nəğmələri özünü tərif 
ilə  başlayır  və  qurtarırdı.  Mirzə  Şəfinin  bir  çox 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
179 
şeirlərinin  formasını  və  məzmununu  dəyişmədən 
tərcümə edərək oxucularıma təqdim edirəm. 
 
ON ÜÇÜNCÜ FƏSİL: 
Mirzə Şəfi tənqidçi kimi 
Həm  məşq,  həm  də  Gəncə  aliminin  Qərbin 
müğənniləri  qarşısında  şöhrətini  artırmaq  üçün 
nəğmələri alman və ingilis dilindən tatar dilinə tərcümə 
etməyə  dəfələrlə  cəhd  etdim.  Bu  cəhdlər  mənim  üçün 
çox  vacib  idi.  Mən  burada  dilin  üstünlüklərinin 
özümdə necə böyüdüyünü yaxşı görürəm. 
Mirzə  Şəfi  çox  gözəl  tələffüzə,  səs  ahənginə  və 
forma  bitkinliyinə  malikdir.  Mən  onun  bir  çox 
şeirlərində,  həm  mənalı,  həm  də  məzmunlu 
olmayanlarda,  orijinalın  dil  gözəlliyini  nəzərə 
çarpdırdım.  Tərcümə  olunmuş  şeirlərdə  onun  şəkil  və 
fikirlər  haqqında  qeydləri  məni  təkcə  düşündürmək 
deyil,  həm  də  bir  əyani  vasitə  kimi  şərq  aləminin 
hisslər aləminə nəzər salmağa da imkan verirdi. 
Alman lirikasında çox böyük rol oynayan hədsiz-
hesabsız  sentimentallıq  çox  vaxt  bizim  nəslin 
cırlaşmasına, məhvinə və zəifləməsinə gətirib çıxardığı 
halda,  bu,  Şərq  şairlərinə  tamamilə  yad  və  anlaşılmaz 
bir  şeydir.  Bunlar  həmişə  real,  anlaşılan  məqsədlərə 
can  atırlar.  Bu  məqsədə  çatmaq  üçün  yeri  və  göyü 
hərəkətə gətirirlər. Aypara onlar üçün qızıl nala çevrilir 
və  onlar  bununla  sevimli  qəhrəmanlarının  atını 
nallayırlar.  Ulduzlar  onlar  üçün  qızıl  mismara  çevrilir 
və  onlar  bununla  səmanı  mismarlayırlar  ki,  o  yerə 
düşməsin. Sərv və sidr ağaclarını balaca meşədə əkirlər 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə