MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə40/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

    Nəzakət Əliyeva 
 
 
164 
-
 
İçəridə yoxdur!” 
-
 
“Onda  xanım  Zalsmanı  çağır  və  de  bizə  kaxet 
şərabı gətirsin” 
Kaxet  şərabı  qan  kimi  qırmızı  idi  və  bayram 
günlərində içilirdi. 
Sanden mehmanxana sahibinin arvadı ağ önlüklü 
xanım  Zalsman  içəri  daxil  olan  kimi  əlini  önlüyünə 
silərək  bizə  uzatdı  və  səmimi  xoş  gəldin  etdi. 
Başqalarından fərqli olaraq xanım Zalsman Tiflisdə ən 
yaxşı  omlet  bişirəndir.  O  bununla  təkcə  qonşuluqda 
deyil,  həm  də  Qafqaza  gələn  alman  səyahətçiləri 
arasında  məşhur  idi.  Gələn  qonaqlar  ona  müraciət 
edəndə, o öz omlet bişirməyi ilə lovğalanırdı.  
Mavi bir otaqda mavi süfrə salınmış stol var idi. 
Bizim  məclisimiz  burada  keçəcəkdi.  Ucuz  kaxet 
şərabından  sonra  bahalı  şampan  gəldi,  çünki  bu 
Tiflisdə  olan  Avropa  adəti  idi,  yeməyi  şampanla 
başlamaq  və  bu  adəti  burada  hər  kəs  yerinə  yetirməli 
idi. 
Tiflisə  gələn  hər  alman  səyahətçisi  Sandda 
Zalsmanın  məclisində  iştirak  edəndə  kaxet  şərabı  və 
şampanla  elə  nəşələnirdilər  ki,  aylı  gecədə  öz 
qışlaqlarına qayıdanda göydə ay onlara sanki parlayan 
omlet ulduzlar isə parlayan qədəhlər kimi görünür.  
O  biri  axşam  biz  nəşəli  istirahətdən  sonra  David 
dağına  ziyarətə  getdik,  nəhayət,  Sandi  tərk  etməklə 
şəhərin içərisinə qayıtdıq. 
İşıqlı  səmada  heç  bir  dənə  də  bulud  yox  idi; 
ancaq havada elə bir istilik vardı ki, elə bil Gürcüstanın 
günəşi,  həm  də  işıqlı  aya  öz  alovlarını  ötürmüşdü. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
165 
Küçələr tamamilə boş idi, bazar və emalatxanalar bağlı 
idi. Yalnız bir sərxoş əsgər o tərəf bu tərəfə yırğalana – 
yırğalana  ağ  çadralı  bir  gürcü  qadının  arxasınca 
düşmüşdü.  Biz  küçənin  soluna  keçdik,  burada  başı 
gümbəzli,  isti  kükürd  suyu  hamamları  vardır  ki,  Tiflis 
ona öz mövcudluğu və adı ilə minnətdardır, kəsə yolla 
Erivan  meydanına  qayıtdıq.  Burada  evin  damlarında 
uzun əsrarəngiz paltarlarda sehrli baxışlarla şən, gözəl 
qadın 
surətləri 
görünürdü. 
Ətrafa 
yayılmış 
balalaykanın  səsi  gecənin  qaranlığında  gürcü 
gözəllərinin birgə nəğmələrinə qarışmışdı.  
Ancaq  biz  onları  çox  seyr  edə  bilmirdik,  çünki 
onlar yad baxışlar hiss edən kimi gözdən itirdilər.  
Bir  dəfə  mən  dayandım  və  qulaq  asdım,  mən 
yerimdən  tərpənib  gedə  bilmədim,  sanki  yer  ayağımı 
qandallamışdı.  Qulaqlarım  gözəl  ahəngli  kişi  səsini 
eşitdi.....  mən  bu  səsi  tanıdım,  -  mən  o  nəğməni 
tanıdım,  -  mən  səni  tanıdım,  Mirzə  Şəfi,  Gəncə 
üləması....  
Mən hələ də sənin sarı çəkələkli, qırmızı tumanlı, 
məxmər  koftalı,  görünən  çadralı  gözəlini  görürəm  və 
utancaqlıqla  boz  evin  damında  dayanıb  sənin  yayılan 
səsinin tonlarına qulaq asdığını təsəvvür edirəm.  
Sən  elə  güman  edirsən  ki,  yalnız  döngədə  evin 
kölgəsində özünü gizlətmisən və görünməzsən. Ancaq 
mən  heç  vaxt  sənin  simanı  unutmaram  ey  qadın,  ey 
qadın!  Əllərini  gah  ürəyinin  üstündə  çarpazlayır,  gah 
da  yarım  aya  bənzəyən  qulaqlarının  üstündə  saxlayır, 
sanki füsunkar bir varlıq üçün dua edirsən!  
Harada qaldı Züleyxa və onun sadiq kənizi?  


    Nəzakət Əliyeva 
 
 
166 
Ancaq  belə  gözəl  axşam  üçün  onlar  möcüzə 
deyildilər.  
Mən  Erivan  meydanını  tərk  etmək  istəyəndə, 
yoldaşlarımdan  biri  mənə  onun  mənzilində  bir  saatlıq 
yoldaşlıq etməyimi xahiş etdi.  
Mən bu otağı tutmuşam ki, - deyə inamla başladı 
– üzbəüz knyaginyanı.... o gözəl bir varlıqdır. Artıq üç 
aydır  ki,  mən  onu  müntəzəm  olaraq  David  dağına 
ziyarətə  gedəndə  izləyirəm.  Mənim  meylimin  qeyri  –
adi  davamlılığı  onun  ürəyini  riqqətə  gətirib  və  o  öz 
gürcü  utancaqlığının  böyük  bir  hissəsini  kənara 
qoymuşdur. O özünü evin damında oturarkən örtüksüz 
göstərir,  mənim  ona  axşamlar  gizlicə  atdığım  gül 
dəstələrini  götürür  və  bu  sirri  özünün  iki  rəfiqəsinə 
söylədiyi hiss olunur, çünki hər üçü yuxarıda saatlarla 
oturur  və  söhbətlər  edirlər,  mənim  açıq  pəncərədən 
onlara tərəf baxışlarımdan qaçmırlar.  
Xoşbəxtlik  bizi  izləyirdi,  çünki  mən  tanışımla 
otağa  daxil  olanda  gənc  knyaginya  yenə  o  iki  rəfiqəsi 
ilə damda oturmuşdu.  
Biz  onları  daha  yaxşı  görmək  və  özümüzü  hiss 
etdirməmək  üçün  otağın  işığını  yandırmadıq.  Ay 
işığında hər üç sevimli sima sanki müqəddəs bir parıltı 
kimi  ayaqlarını  çarpazlayaraq  oturmuşdu.  O  iki 
rəfiqələr  ağ  çadraya  bürünmüşdülər  və  bunun  altında 
od  qırmızı  rəngində  qırışlı  tumanları  bilinirdi.  Gənc 
knyaginyanın  geydiyi  mavi  ipəkdən  şalvar  və  tünd 
sarafan  onun  gənc  bədəninin  əzalarını  örtmüşdü.  Biz 
bir  saatdan  çox  oturduq  və  onları  seyt  etdik,  ancaq 
birdən  hər  üçü  yerindən  dik  hoppandı  və  damın 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
167 
ətrafında  dalaşmağa  başladılar.  Onlardan  biri  dayanıb 
durdu,  o  sanki  bizi  görmüşdü,  çünki  bir  an  pusquda 
durmuş kimi ətrafa baxdı, geri döndü  yəqin ki, onlara 
icazə  vermək  üçün;  ancaq  bir  bax!  Həmin  anda  gənc 
knyaginya  da  dayandı,  ancaq  bizi  axtarmaq  üçün  yox, 
xeyr, o əyilir və havasını dəyişir.... və əllə axtarırdı.  
Bu  kiçik  bir  hadisə  məni  dərin  düşüncələrə  qərq 
etdi  və  mən  əhvalatımı  necə  bitirməyi,  yəni  bir 
tərəfdən  poetik  ixtisarı,  digər  tərəfdən  nəsr  həqiqətini 
gizlətməyi lazım bildim. Mən yalnız hiss etdim ki, evə 
qayıdanda  özümdən  asılı  olmayaraq  Hötenin  bu 
misraları yadıma düşdü:  
 
Biri vardı, biri yoxdu
Bir şah var idi və s. və s. 
 
Gəzintilər,  perspektivlər  və  möcüzələr.  Mənim 
mənzilim  müqəddəs David dağının ətəyində  yerləşirdi 
və  onun  yüksəkliyinin  otrasındakı  sıldırımın  üstündə 
qədim bir kilsə var idi; onun müqəddəs qoruyucusunun 
adını bu dağa vermişdilər. Əsrlərdən bəri bu müqəddəs 
David kilsəsi öz möcüzəli qüvvəsinə görə məşhur oldu. 
Əgər  gənc  qızlar  və  qadınlar  kilsəni  üç  dəfə  dövrə 
vurduqda  hər  dəfə  bir  daşı  heç  bir  yapışdırıcının 
köməyi  olmadan  dairədəki  divara  yapışdırmaq 
müyəssər  olarsa,  onda  onun  ürəyindəki  arzular  həyata 
keçəcək. 
Əfsanədə  deyildiyi  kimi  bir  çox  gənc  qızlar  bu 
kilsənin  möcüzəli  qüvvəsinə  inandıqları  üçün 
həqiqətən özlərinə ər tapmışlar. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə