Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

 
24
7. Urvətülvüsqa. 
8. Kəlmeyi səmərət-ül-Cənnət. 
İxlasın şərti, niyyət etmək və mənasını bilmək, təzim ilə oxumaqdır. 
Zikr edən şəxsin dörd şeyə ehtiyacı vardır: təsdiq, təzim, xəlvət, hörmət. 
Təsdiqi tərk edən, münafiqdir. Təzimi tərk edən, bidət sahibidir. Xəl-
vəti tərk edən riyakardır, göstəriş edər. Hörməti tərk edən, fasiqdir (gü-
nahkar). Əgər inkar edərsə, kafir olar. 
Zikr üç növdür: 
1. Zikri-avam. Bu cahillərin zikridir. 
2. Zikri-havas. Bu alimlərin zikridir. 
3. Zikri-əhas. Bu ənbiya zikridir. 
Zikr edən əzalar üçdür: 
1. Dil ilə zikr. Yəni, kəlimeyi-şəhadət söyləmək. 
2. Təvhid, təsbih və Qurani-kərim oxumaq. 
3. Qəlb ilə zikr. 
Qəlbin zikri üç növdür: 
1. Allahü azım-üş-şanın xüsusiyyətlərinə  dəlalət edən dəlilləri,  əla-
mətləri düşünmək, zikr etmək. 
2. Əhkami islamiyyənin dəlillərini düşünmək. 
3. Məxluqların sirrini düşünmək. 
Təfsir alimləri Bəqərə surəsinin 152-ci ayəti-kəriməsini təfsir edərək 
deyirlər: Allahü azım-üş-şan buyurur: “Qullarım! Siz məni itaətlə zikr 
etsəniz, mən də sizi rəhmətlə zikr edərəm. Və  əgər siz məni dua ilə 
zikr etsəniz, mən də sizi razılıqla zikr edərəm. Və əgər siz məni itaət 
ilə zikr etsəniz, mən də sizi naimim 
Cənnətim ilə zikr edərəm. Və 
əgər siz məni tənhalarda zikr etsəniz, mən də sizi cəmiyyəti kübrada 
məhşərdə zikr edərəm. Və əgər siz məni yoxluqda zikr etsəniz, mən 
də sizi yardımımla zikr edərəm. Və  əgər siz məni razılıqla zikr etsə-
niz, mən də sizi hidayətlə zikr edərəm. Və əgər siz məni sidq və ixlas 
ilə zikr etsəniz, mən də sizi nicat 
qurtulmaq ilə zikr edərəm. Və əgər 
siz məni fatihəi-şərifə ilə  və fatihəi-şərifənin içindəki rübubiyyət

 ilə 
zikr etsəniz, mən də sizi rəhmətimlə zikr edərəm.” 
Zikr etməyin yüzə qədər faydası olduğunu alimlər bildirmişdir. Bun-
ların bəzisini qeyd edək: 
Zikr edəndən Allahü azım-üş-şan razı olur. Mələklər razı olar. Şeytan 
qəmlənər. Qəlbi yumşaq olar. İbadətə  səy göstərər. Qəlbindən qəm yox 
olar. Qəlbi genişlənər. Üzü nurlu olar. Şücaət, cəsurluq sahibi olar. Allah 
sevgisinə nail olar. Ona Allahın elmindən qapı açılar. Övliyadan feyz alar. 
Səksənə qədər gözəl əxlaqı cəm etmiş olar. 
                                                 

 rübubiyyət-Cənabı Haqqın hər zaman, hər yerdə, hər məxluqa, möhtac olduğu şeyləri verməsi. 


 
25
Əşhədü ənnə Muhammədən abdühü və Rasulüh” kəlməsinin məna 
şərifi odur ki, axır zaman Peyğəmbəri Muhamməd Mustafa (sallallahü təala 
aleyhi və səlləm) həzrətləri Allahü azım-üş-şannın həm qulu, həm Rəsuludur. 
Peyğəmbər yeyərdi, içərdi. Xanımlarla nikah bağlardı. Oğulları  və 
qızları olmuşdur. Hamısı həzrəti Xədicədən (radıyallahü anhə) olmuşdur. 
Yalnız İbrahim, Mariya adlı cariyədən olmuşdur. Süddən kəsilmədən və-
fat etmişdir. Fatimədən (radıyallahü anhə) başqa digər bütün övladları 
özündən  əvvəl vəfat etmişdir. Həzrəti Həsən və  həzrəti Hüseyn, həzrəti 
Əlinin və həzrəti Fatimənin (radıyallahü anhüm) uşaqlarıdır. Bütün qızla-
rının içində həzrəti Fatimə daha fəzilətlidir. Və Rəsulullah (sallallahü təala 
aleyhi və səlləm) həzrətlərinin sevimlisidir. 
Rəsuli əkrəmin (sallallahü təala aleyhi və səlləm) on bir xanımı vardı: 
həzrəti Xədicə, Səvdə, Aişə, Hafsa, Ümmi Sələmə, Ümmi Habibə, Zeynəb 
binti Cahş, Zeynəb binti Huzeymə, Məymunə, Cüveyriyyə, Safiyyə “radı-
yallahü anhünnə”. 
İnsana və cinlərə, haqqı və batili, haram və halalı, dünyanın fani və 
axirətin  əbədi olduğunu, dinin elmihalını  təlim etmək üçün gəlmiş haqq 
Peyğəmbərdir (sallallahü təala aleyhi və səlləm). 
ƏDİLLƏİ-ŞƏRİYYƏ” dörddür: Kitab, Sünnət,  İcmai ümmət, 
Qiyasi müctəhid. Alimlər din bilgilərini bu dörd mənbədən almışdır. Ki-
tab, Allahü azım-üş-şanın kəlamına deyilir. Sünnət,  qavli Rəsul, yəni 
Peyğəmbərin sözü, feli Rəsul, yəni Peyğəmbərin əməli, taqriri Rəsul, yəni 
Peyğəmbərin bildirdikləridir.  İcmai-ümmət, bir əsrdə yaşamış müctəhid-
lərin, məsələn Əshabi-kiramın (radıyallahü təala anhüm) və ya dörd məz-
həbin bir mövzuda söz birliyi ilə razılaşmasıdır. Qiyas, müctəhidlərin bir 
şeyi başqa bir şeyə bənzətməsinə deyilir. 
Məzhəb hərfi mənada yol deməkdir. Bizim iki yolumuz vardır: biri eti-
qad yolu, digəri əməl (iş) yolu
Etiqad yolunda imamımız, yəni bələdçimiz Əbu Mənsur Matüridi-
dir (rahimə-hullahü təala). Onun yoluna “Əhli sünnət” deyilir. Əməl yo-
lunda bələdçimiz imam azam Əbu Hənifədir  (rahimə-hullahü təala). 
Onun yoluna “Hənəfi məzhəbi” deyilir. 
Əbu Mansur Matüridinin adı Muhamməd, atasının adı Muhamməd, 
babasının adı Muhamməd və müəlliminin adı Əbu Nasri İyadidir (rahimə-
humullahü təala). 
Əbu Nasri İyadinin müəllimi Əbu Bəkri Cürcani, onun müəllimi Əbu 
Süleyman Cürcani, onun da müəllimi  Əbu Yusif və imam Muhamməd 
Şeybanidir. Bu ikisinin müəllimi imam azam Əbu Hənifədir (rahimə-hul-
lahü təala). Göründüyü kimi həm etiqadda məzhəbimizin, həm də əməldə 
məzhəbimizin başı İmam azamdır. 


 
26
Bütün insanların üç imamı vardır ki, bunları bilmək fərzdir. Əmrləri 
və qadağaları verən imamımız Qurani azım-üş-şandır. Bunları, yəni isla-
miyyəti bildirən imamımız Rəsulullah (sallallahü aleyhi və səlləm) həzrət-
ləridir. Bunları zor gücü ilə etdirən imamımız, Rəsulullahı  təmsil edən 
müsəlman dövlət rəisidir.  
İmamı Azamın müəllimi Hammad, Hammadın müəllimi İbrahim Nə-
hai, onun müəllimi Əlkamə ibn Qeys və dayısıdır. Onun da müəllimi Ab-
dullah ibn Məsuddur (rahimə-hümullahü təala). O isə Rəsulullahdan (sal-
lallahü aleyhi və səlləm) öyrənmişdir.  
Rəsulullah əleyhissəlam Cəbrail əleyhissəlamdan bilgi almışdır. Cəb-
rail əleyhissəlama Allahü sübhanəhü və təala həzrətləri əmr etmişdir. 
Allahü azım-üş-şan Adəm oğluna dörd nemət vermişdir: Ağıl, İman, 
Həya və Fel, yəni əməli saleh. 
Duaların və  hər hansı bir əməlin qəbul olunmasının  şərti və  səbəbi 
beşdir:  İman, Elm, Niyyət, Hülus, yəni ixlas və  Qul haqqının olmaması
İlk öncə Əhli sünnət etiqadında olmaq, sonra ediləcək ibadətin doğru ol-
masının şərtlərini bilmək lazımdır. 
Bir əməlin, ibadətin səhih olması başqadır, qəbul olması başqadır. İba-
dətlərin səhih olması üçün özlərinə məxsus şərtləri, fərzləri vardır. Bunlar-
dan biri nöqsan olarsa, o ibadət səhih olmaz. O ibadət yerinə yetirilməmiş 
olur. Cəzasından,  əzabından qurtulmaq olmur. Səhih olan, lakin qəbul ol-
mayan ibadət üçün əzab verilməsə də, o ibadətin savabına qovuşmaq olmur. 
İbadətin qəbul olması üçün öncə səhih olması, sonra yuxarıda qeyd olunan 
beş şərtin olması lazımdır. Qul haqqı da bu şərtlərə daxildir
. İmam Rabbani 
(rahimə-hüllahü təala) ikinci cildin 87-ci məktubunda deyir ki: “Bir şəxs, 
Peyğəmbərin əməli kimi əməl etsə, lakin üzərində çox az da olsa qul borcu 
olsa, onu ödəmədikcə Cənnətə girə bilməz”. 
Duaları da qəbul olmaz. 
İbn Hacəri Məkki (rahimə-hullahü təala) “Zəvacir” kitabında 187-ci 
günahı anladarkən deyir ki: Bəqərə surəsinin 188-ci ayəsində  “Ey mö-
minlər! Bir-birinizin mallarını batil yoldan yeməyin!” buyruldu. Batil 
yol, faiz, qumar, qəsb, oğurluq, hiylə, xəyanət, yalançı şahidlik, yalandan 
and içərək aldatmaqdır. Hədisi-şəriflərdə: “Halal yeyən, fərzlərə  əməl 
edib haramlardan çəkinən və insanlara zərər verməyən bir müsəlman 
Cənnətə gedəcəkdir”, “Haram ilə bəslənən bədən atəşdə yanar”, “Şə-
rindən, zərərindən əmin olunmayan kimsənin dini, namazları, zəkat-
ları ona fayda verməz”, “Üzərindəki cilbabı haramdan gəlmiş olan 
adamın namazları qəbul olmaz” buyruldu. 
Cilbab, qadınların geniş baş 
örtüyü deməkdir. Kişilərin uzun köynəklərinə də deyilir. Cilbab, qadınla-
rın iki parçadan geydikləri çarşab deməkdir deyənlərə görə, hədisi-şərifdə 
kişilərin də bu çarşabı geydikləri bildirilmiş olur. Bu cür söyləməyin doğ-
ru olmadığı, cahilcə və gülünc bir inanış olduğu meydandadır
. 200-cü gü-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə