Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Nitq dildən ünsiyyət məqsədi ilə istifadə olunması prosesidir



Yüklə 390,98 Kb.
səhifə33/114
tarix25.04.2022
ölçüsü390,98 Kb.
#86018
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   114
Akademik və işgüzar kommunikasiya 15 mühazire

Nitq dildən ünsiyyət məqsədi ilə istifadə olunması prosesidir. Bu proses çox müxtəlif məqamlarda ayrı-ayrı fərdlər arasında, kollektiv daxilində baş verən prosesdir. İctimai həyatın saysız sferalarında, sosial qruplar və əmək kollektivləri arasındakı ünsiyyət birbaşa üslubiyyat tədqiqatlarına daxildir. Çünki üslub yalnız dildən istifadə olunduqda yaranır. Nitqin fəaliyyət növü olduğundan üslubiyyat də funksionaldır.

Dilin və nitqin funksiyaları bir-biri ilə qarşılıqlı münasibətdə olduğu kimi, funksional üslublar da daimi inteqrasiyada olur və bütün fəaliyyət sferalarına xidmət edir.

Funksional-üslubi və emosional-ekspressiv çalarlıq bütün dil vahidlərinə şamil oluna bilməz. Dildə elə sözlər vardır ki, xüsusi halda heç bir ictimai fəaliyyət sferası ilə bağlı deyildir. Bunlar neytral sözlərdir. Bu sözlər öz leksik mənasından başqa əlavə heç bir keyfiyyətə malik deyildir. Qeyd edək ki, rəsmi-əməli funksional üslubun diplomatiya yarımüslubu üçün bu tipli vahidlər daha sərfəli və işləkdir. Bu da bütövlükdə həmin üslubun özünəməxsusluğuna dəlalət edir.

Dinləmənin formaları. Son dövrlər dinləmənin çoxsaylı formaları sırasında kişisayaq və yaxud qadınsayaq dinləmə formalarından daha tez-tez danışılır. Bu səpkili yanaşmanın əsasında çoxillik müşahidələrlə yanaşı bir sıra cinsi xüsusiliklər və mentalitet faktorları durur. Etiraf olunmalıdır ki, bütün hallarda dinləmə prosesində qadınların müsbət keyfiyyətləri kişilərdən yaxşı mənada qat-qat yüksəkdir. Belə məlum olur ki, incə məxluq həm də olduqca həssasdır. Bu həssaslıq qadınların empatik dinləməyə daha üstünlük verməsi ilə müşahidə olunur. Empatik dinləmə həm də qadınların sosial rollarının (tərbiyəçi, həkim, psixoloq və s.) müəyyənləşdiril­məsində əhəmiyyətlidir. İngiltərənin keçmiş baş naziri, siyasət səhnəsində «dəmir ledi» kimi tanınan Marqaret Tetçer ən çətin danışıqların qadınlara həvalə olunmasını tövsiyə edərkən, yəqin ki, yuxarıda sadalanan keyfiyyətləri nəzərdə tuturdu.

Azərbaycan diplomatiyası tarixində də hələ orta əsrlərdə qadın diplomatların adlarına rast gəlmək mümkündür. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatun və arvadı Dəspinə xatun danışıqlar aparmaq məharəti ilə ad qazanmışdılar. Sonrakı dövrlərdə də Azərbaycan qadını öz məharəti ilə hətta avropalıları heyran etmişdir. Fransız səyyahı, etnoqrafı və yazıçısı Aleksandr Dümanın (Düma Ata) Bakıda xan qızı Xurşudbanu Natəvanla görüşünü və danışıqlarını çox məharətlə qələmə alaraq yazır ki, bu ailədə çox ciddi nizam-intizam vardı.

Uşaqlar böyüklərin yanında danışmağı ar bilirdilər. Evin xanımı əsl zadəgan mənsəbli idi. Doğrudur, diplomatiya səhnəsində qadınlara bir o qədər də geniş meydan verilməyib. Müasir günümüzün müşahidələri qadınların xarici əlaqələr və diplomatiya sferalarında fəaliyyətinin gücləndiyini təsdiqləməyə imkan verir. Son dövrlər səfirlər sırasında qadınların say artımı bu tipli proqnozların gerçəkliklə uyarlı olduğunu təsdiqləyir. Azərbaycan Respublikasında akkredidə olunan səfirlərdən bir çoxu (Misir Ərəb Respublikası, Fransa Respublikası, İsveç Krallığı, İtaliya Respublikası və s.) qadındır. Bir qədər öncə Pakistan İslam Respublikasının səfirliyinə xanım Asma Anisa başçılıq etmişdir. O cümlədən Azərbaycani Respublikasının Fransadakı ilk səfiri xanım Elenora Hüseynova olmuşdur.

Göründüyü kimi, artıq Şərq dünyasının da qadınları beynəlxalq əlaqələr və dövlətlərarası münasibətlərdə öz gücünü sınamaqdadır. Əlbəttə ki, bütün bunları qadınların empatik dinləmə tərzinə görə kişiləri üstələməsinin nəticəsi kimi qəbul etmək yanlış təsəvvürdür. Qadınlar həm də nitq (ünsiyyət) mədəniyyətinə görə nəzərəçarpacaq üstünlüklərə malikdirlər. Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyevanın YUNESKO-nun «Xoş məramlı səfiri» kimi ictimai, siyasi, diplomatik fəaliyyəti deyilənlərin əyani təsdiqidir.

Mürəkkəb psixofizioloji hadisə olan nitq prosesini dinləməsiz dəyərləndirmək çətindir. Belə bir qənaət formalaşıb ki, kişilər yalnız 15-20 saniyə müddətində diqqətcil olurlar. Sonrakı anlarda onlar daxilən nitqin predmetinə müdaxilə etmək üçün məqam axtarırlar. Bu o deməkdir ki, kişilər refleksli dinləməyə meyllidirlər. Odur ki, kişilər qadınlarla ünsiyyətdə bir qədər çətinlik çəkirlər. Halbuki, kişi kişi ilə danışdıqda dinləmə tərzi eyni olduğundan qeyri-normal, etik tələblərə cavav verməyən elementlər müşahidə olunmur və yaxud az müşahidə olunur. Qadın qadınla ünsiyyətdə olduqda da belədir. Müşahidələr göstərir ki, kişilər qadınların sözünü iki dəfə çox kəsirlər. Şübhəsiz ki, bu olduqca pis və etikadan kənar bir vərdişdir və hər kəs bu vərdişdən can qurtarmaq üçün əlindən gələni etməlidir.

Qeyd edək ki, ünsiyyət aktında tərəflərin bir sıra əlavə keyfiyyətləri də müşahidə olunur. Lakin diplomtiya sahəsində danışıqlar, görüşlər, söhbətlər əsasən reqlamenləşən olduğundan vaxt bölgüsü özü-özlüyündə müəyyənləşmiş olur. Bir anlıq etimadnamə təqdim olunması mərasimini, yaxud protokol görüşlərini göz önünə gətirsək, deyilənlərin əlavə şərhə heç bir ehtiyacı yoxdur.

Beləliklə, kişilərin qadınlarla ünsiyyəti daha böyük etik tələblər qoyur. Bu tələblərin ağırlığını isə kişilər öz çiyninə götürməyi bacarmalıdır. Digər tərəfdən, dinləmə həm də məkan anlayışı ilə və bu zaman tərəflər arasındakı münasibətlərlə izah olunmalıdır. Danışan və dinləyənin bir-biri ilə müəyyən məsafədə ünsiyyət aparması etik meyarlara tuş gəlməlidir. Xüsusilə qadınlarla ünsiyyətdə bu faktorlara xüsusi diqqət tələb olunur. Bu barədə kitabın qeyri-verbal ünsiyyət vasitələrinə həsr olunmuş bölməsində daha ətraflı məlumat veriləcək.

Çətin dinləyici anlayışı, təbii ki, hər bir fərdin özünəməxsus göstəricilərindən kənar baxıla bilməz. Ünsiyyət aktının iştirakçıları bir-birinə elə ilk addımda qiymət verməyə haqlı deyildirlər. Dinləyicinin «çətin dinləyici» olduğu qənaətinə yalnız müəyyən mərhələdə gəlmək mümkündür.Bunu üzə çıxarmaq üçün vaxt və güclü müşahidə tələb olunur.Çətin dinləyicilər aşağıdakı şəkildə qruplaşdırıla bilər:


    1. «Yalançı» - Bu tipli dinləyicilər elə təsəvvür yaradırlar ki, guya qarşı tərəfi çox diqqətlə dinləyirlər. Əslində isə onların bu hərəkətini yalnız etika xatirinə, qarşı tərəfə xoş gəlmək naminə edilən cəhd kimi qiymətləndirmək lazımdır. Diqqətcil olmalarını hər vasitə ilə «gözə soxmaq» istəyində olsalar da, bu tip dinləyicilər söhbətin əsl mahiyyətindən xəbərsiz olur, hətta sual verməyi də özlərinə ar bilirlər. Elmi ədəbiyyatda «yalançılar» simulyant adlandırılır.

    2. Asılı– Belələri öz zahiri görkəmi ilə təsir göstərmək hisslərinə elə dərindən qatılırlar ki, söhbətin nədən getdiyini də unudurlar.

    3. Sözkəsən - Danışıq əsnasında bu tipli dinləyicilər öz ağlına gələnləri unutmaqdan ehtiyatlanan olurlar. Dərhal haqqında söhbət gedən hadisəyə oxşar hadisələrlə assosiativ əlaqələr axtarışına çıxır və bunları tələm-tələsik ortaya qoymağa can atırlar. Dinləyicinin bu cür davranışı danışanı əsəbləşdirməyə bilməz. Odur ki, sözükəsən dinləyici ilə axıracan anlaşma çox çətindir. Onlarla söhbətin hər dəqiqə, hər hansı xırdalıq üzündən kəsilməsi ehtimalı çox böyükdür.

Bəzən olur ki, dinləyicinin günahı üzündən söhbət tam başqa məcraya yönəlir. Bu isə qarşılıqlı anlaşmanın alınmadığı, məqsədin yarımçıq qalması deməkdir.

  1. Xəyalpərəst - Bunlar öz daxili dünyası, daxili problemləri ilə yaşayan, daim bu problemləri götür-qoy edən dinləyicilərdir. Çox vaxt söhbətin nədən getdiyi onları, demək olar ki, bir o qədər də maraqlandırmır. Belə təəsürat yaranır ki, onlar heç qarşı tərəfi eşitmirlər.

  2. Məntiqli - Hər şeyi ölçüb-biçmək, əvvəlki məlumatlarla yeni məlumatları tutuşdurmaq, özünə faydalı olmayanları bir kənara tullamaq, ağlına gələnləri müəyyən ardıcıllıqla yozmaq bu tipli dinləyicilər üçün çox xarakterikdir. Yerdə qalan nə varsa onların diqqətindən kənarda qalır. Belələrini başa salmaq heç də asan deyildir.

Lakin bu o demək deyildir ki, «çətin dinləyici» ilə üzləşdikdə danışan təslimçilik mövqeyində durmalıdır. Əksinə, bu tiplərin hər birinə qarşı münasibətdə spesifik yanaşma metodlarına üz tutmaq lazım gəlir. “Çətin dinləyicini» öz istəyinə uyğun «kökləmək» üçün standart təsir mexanizmi olmasa da , danışan bunu müxtəlif suallar şəklində gerçəkləşdirmək cəhdini əldən verməməlidir.

Dinləmə kommunikasiya prosesində əsas hissələrdən biridir, onun uğuru yal­nız məlumatı ötürmə qabiliyyətindən deyil, həm də onu qavramaq, yəni dinlə­mək qabiliyyətindən də asılıdır. Həmsöhbətimizi dinləyərək, onun dediklərinə ma­raq göstərdiyimizi bildiririk və onun hörmətini qazanmış oluruq, bu da həmsöh­bətə tə­sir göstərməyə imkan verir

Ədəbiyyatda iki dinləmə növü vardır: refleksiv və qeyri-refleksiv.

“Refleksiv” və “qeyri-refleksiv” terminləri “refleksiya” anlayışından yaran­mış­dır (gec lat. reflexio – geri çevrilmə), yəni – subyektin öz diqqətini özünə və öz şüuruna yönəltməsi, dinləmə prosesində isə bu, həmsöhbətin nitqinə reaksiya deməkdir.





Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə