Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Istehlak tarazlığı, əvəzetmənin və gəlirlərin faydalılığı



Yüklə 0,96 Mb.
səhifə57/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   53   54   55   56   57   58   59   60   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Istehlak tarazlığı, əvəzetmənin və gəlirlərin faydalılığı. Hər hansı bir məhsula olan fərdi tələbin formalaşmasının əsasını istehlakçı davranışı təşkil edir. Bunu sübut etmək bir o qədər də çətin deyildir. Çünki qiymətlər sabit qalmaqla əhalinin real gəlirləri artdıqda, yaxud da real gəlirlər sabit qalmaqla qiymətlər aşağı düşdükdə budcə “xəttini sağa və ya yuxarı hərəkət etdirməklə” az, yaxud da çox miqdarda əmtəə almaq olar. Bu çevrilmələrin kəsişmə nöqtəsi istehlakın daha yüksək səvviyyəsində müəyyənləşmiş tarazlığa uyğun gəlir. Əhalinin real gəlirləri artdıqda büdcə məhdudiyyəti və əmtəələrin istehlakındakı tarazlıq yenidən daha yüksək səviyyəyə qalxır, əksinə olduqda isə aşağı düşür. Bütün bunların təsiri ilə
«gəlirlər – istehlak» və «qiymət – istehlak» xətləri formalaşır.
Real gəlirlərlə istehlak arasındakı asılılıq ilk dəfə XIX əsrdə ingilis iqtisadçısı
D. Xiks tərəfindən əsaslandırılmış, sonra isə alman statistiki E. Engel bundan istifadə etməklə işçi ailələri büdcələrinin quruluşunu öyrənmiş, gəlirlərin yemək və paltar, mənzil və kommunal xidmətləri, habelə daha yüksək sayılan əmtəə və xidmətlər arasında bölüşdürülməsinin qanunauyğunluqlarını dəqiqləşdirmiş və ona müəyyən əlavələr etmişdir. Engel qanunu - alman iqtisadçısı, statistiki Ernest Engelin (1821-1896) adı ilə bağlı iqtisadi qanun. Bu qanuna görə, gəlir artıqca ərzaq xərcləri azalır, ikinci dərəcəli şeylərə - xidmətə olan xərclər artır.
Beləliklə, istehlakçıların formalaşan tələbinin quruluşuna onların gəlirləri, həmçinin əmtəələrin və xidmətlərin qiymətlərinin ümumən, yaxud da qismən dəyişməsi təsir edir. Qiymətlərin aşağı düşməsinə isə alıcılar ikili reaksiya verirlər. Birincisi, alıcılar qiymətləri dəyişməmiş və nisbətən baha görünən əmtəələri satın almaqdan imtina edir və qiyməti ucuzlaşmış əmtəələrdən daha çox satın almağa meyl göstərirlər. Və bununla da satın alınan əmtəələrin quruluşunda müəyyən dəyişikliklər baş verir. Qiymətləri dəyişməz qalmış əmtəələrin, qiymətləri ucuzlaş- mış əmtəələrlə əvəz olunması və bununla əlaqədar olaraq daha ucuz əmtəələrin satın alınmasının artması nəticəsində tələbin quruluşunda əmələ gələn dəyişiklik- lərə əvəzetmənin faydalılığı deyilir.
Məsələn, tutaq ki, mal ətinin bir kiloqramının qiyməti 10 manata, toyuq ətininki 6 manata, istehlakçının aylıq gəliri isə 120 manata bərabərdir. Deməli, istehlakçı həmin pula 12 kq mal əti və ya 20 kq toyuq əti satın ala bilər. Əgər istehlakçı bir ayda 12 kq mal əti istehlak edərsə 120 min manatın hamısını onun satın alınmasına sərf edəcəkdir. O, mal ətini toyuq əti ilə əvəz etdikdə isə bir ayda yenə də 12 kq, lakin indi toyuq əti istehlak etməklə, onun satın alınmasına 72 manat sərf edəcəkdir. Bu isə onun əlində 48 manat əlavə pul vəsaitinin qalması deməkdir. Deməli, o, bu puldan ya həmin əmtəədən bir qədər çox, yaxud da hər hansı başqa əmtəələrdən satın almaq imkanı qazanmış olur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə