141
münasibətlər, eləcə də konkret sosial mühitdə ehtiyacı
olanların bir-birilə münasibətlərinin təkamlü təhlil edilir;
Sosial işin psxodinamik modeli, bir qayda olaraq, kliyentin
daxili aləminə,
gerçəklik duyumuna, onun mənsub olduğu
qrupdakı münasibətlərinin xarakterinə təsir göstərməklə,
davranışının, baxış və münasibətlərinin dəyişdirilməsi və
korreksiyasını nəzərdə tutur.
Fərdin həyatında baş verən hadisələr və bununla əlaqədar topladığı
sosial
təcrübə,
onun
psixoloji
simasının
və
şəxsiyyətinin
formalaşmasında mühüm rol oynayır.
Eyni zamanda sosial işçinin
müştəri ilə münasibətdə, özününpsixi xüsusiyyətləri, münasibətlərinin
inkişaf dinamikası, onu əhatə edən
insanlarla əlaqələr qurmaq
qabiliyyəti də mühüm amillərdən hesab edilməlidir.
Sosial işin psixodinamik model çərçivəsində gerçəkləşdirilməsi ilə
əlaqədar psixososial təsirin bir neçə mühüm mərhələsini ayırırlar:
1.
Kliyentin problemlərinin öyrənilməsi;
2.
Kliyentin sosial vəziyyətinin, psixi durumunun və hisslərinin
öyrənilməsi;
3.
Sosial işçi ilə kliyentin yaxınlaşması və əlaqələrin yaradılması;
4.
Kliyentin həyatında baş vermiş əsas hadisələrin nəzərdən
keçirilməsi və onların insanın cari
problemləri ilə əlaqəsi;
5.
Qarşılıqlı etimad əsasında, kliyent ilə sosial işçi arasında
razılaşdırılmış hərəkətlər planının yaradılması;
6.
Kliyentin problemlərinin həlli ilə əlaqədar sosionomla kliyentin
müştərək fəaliyyətləri.
Dostları ilə paylaş: