7.4. Sosial işdə sistem üsulu
Sosial işin nəzəri əsaslarını təşkil edən bəzi konsepsiyaları da
nəzərdən keçirmək məqsədəuyğun olardı. Onlardan biri sistem üsuludur.
Sosial işdə bu üsulun 3 əsas modeli mövcuddur. Onlardan birincisinin
əsasında Bertalanfinin sistem nəzəriyyəsi durur. Özünün ilkin
variantından bu üsul bioloji materiala rəğmən hazırlanmışdı və qeyd
olunurdu ki, bütün orqanizmlər altsistemlərdən ibarətdir.
Bu model sosial iş sahəsinə sistem nəzəryyəsinin bir sıra
anlayışlarını –
giriş, çıxış, entropiya
və s. daxil etmişdir və ilk əvvəllər
bu praktiki sosial işçilər tərəfindən bir o qədər də alqışlanmırdı.
Qərbdə
XX əsrin 70-ci illərində sosial iş praktikasında bu üsulun
tətbiqi geniş vüsət almağa başlayır. Bu baxış çərçivəsində belə bir
təsəvvür geniş yayılmışdır ki, insanlara 3 tip sistem yaxından kömək
göstərir:
Birincisi, qeyri-formal sistemlərdir (ailə, dostlar və b.).
İkincisi, formal sistemlərdir (siyasi partiyalar, həmkarlar və s.).
Sosioyental sistemlər (əsas sosial institutları-məktəb, hüquq
mühafizə orqanları və s.).
Bu konteksdə sosial işçinin vəzifələri 2 qrupa ayrılır:
Bir tərəfdən, insanlara problemlərinin həlli ilə əlaqədar kömək
göstərəcək təşkilat və idarələrin fəaliyyətinin optimallaşdırılması ilə
bağlı olan vəzifələr;
Digər tərəfdən, öz tələbatlarını ödəmək, insanın özünümüdafiə
potensialını yüksəltmək məqsədi ilə köməyə ehtiyacı olan insanlara,
sosial iş müəssisələrindən geniş istifadə olunması ilə əlaqədar, sosial
işçilər tərəfindən köməyin göstərilməsi.
145
İnsan həyatında problem o halda yaranır ki, onunla mühit
arasındakı əlaqə ya pozulur, yaxud da təhrif olunur. Məhz aşağıdakı
hallarda bu baş verə bilər:
Bu və ya digər növ sistem mövcud olmur;
İnsan ona kömək göstərmək iqtidarında olan sistemlərin
mövcudluğu haqqında ya bilmir, ya da bilmək istəmir;
İnsanın bu və ya digər sistemə daxil olması onun üçün yeni
problemlər (məsələn, asılılıq) yaradır;
Və ən nəhayət, müxtəlif sistemlərin münaqişəsi.
İkinci sistem modeli.
Bu model T.Parsons nəzəriyyəsinin sosial işin tələbatlarına
uyğunlaşdırılması ilə əlaqədar idi. Qeyd etmək lazımdır ki, onun tətbiqi
çox uğursuz oldu. Məsələ ondan ibarət idi ki, Parsons konsepsiyasının
sosiologiya elmində ənənəvi olaraq tənqidə məruz qalan hissələri –
məhz sosial sistemdə münasibətlərin ifrat ahəngdarlığı, sistemin ta
əvvəldən tarazlığa meylli olması, subyektin fəallığının təcrid olunması
kimi konseptual məqamları sosial işə tətbiq etmək cəhdləri göstərildi. Bu
isə, qeyri-sabit sistemlərlə əlaqəli olan sosial iş təcrübəsi üçün işlək
nəzəri model ola bilməzdi.
Son model sistem-ekoloji modelidir. Bu modelin ―həyat modeli‖
adlanan konsepsiyası günümüzdə çox populyardır. Cari model, insanları
―qarşılıqlı mübadilə‖ vasitəsi ilə daim ətraf mühitə uyğunlaşmağa
çalışan subyektlər kimi nəzərdən keçirir, yəni fərdlər ətraf mühiti
dəyişdikləri kimi, özləri də onun təsiri altında dəyişirlər. qarşılıqlı
adaptasiya (uyğunlaşma) anlayışı ―şəxsiyyət – mühit‖ münasibətlərinin
analizində mühüm yer tutur.
Stresslərin əsas səbəbləri aşağıdakılardan ibarətdir:
Birincisi-müxtəlif həyati dəyişikliklər (məsələn, status və rolun,
sosial məkaın dəyişdirilməsi, yaşla əlaqədar dəyişikliklər və s.);
İkincisi-ətraf mühitin təzyiqi (məsələn, sosial qeyri-bərabərsizliyin
nəticəsi olaraq sosial qrupların qeyri-bərabər imkanları);
Üçüncüsü-şəxsiyyətlərarası münasibətlər (məsələn, istismar).
146
Aralarında müəyyən fərqlər olmasına baxmayaraq, sistem
modellərinin ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onlar:
Diqqətlərini ətraf mühitin dəyişməsi üzərində cəmləşdirir;
Bir şəxsiyyətin digər şəxsiyyətə birbaşa təsirini (gizli fikir və
hisslərini çıxmaq şərtilə) təhlil edir;
Arzuolunan nəticələrin müxtəlif yollarla əldə edilməsi
imkanlarını tanıyırlar.
Ekosistemlər nəzəriyyəsində sosial işin əsas vəzifəsi, insanların
adaptiv qabiliyyətlərinin yüksəlməsindən, insanla mühit arasındakı
kompromisi daha da adaptiv etmək məqsədi ilə insanların əhatəsinə
təsirin göstərilməsindən ibarətdir.
Sosial işin strukturunda sistem-ekoloji üsulu öz nümunəsini
hərtərəfli şəkildə, əhalinin sosial təminatı və dəstək işinin təşkilində
tapır. Bu dəstək, əhalinin ehtiyacı olan müəyyən qruplarına həm
mərkəzləşdirilmiş(formal),
həm də fərdi, qeyri-formal şəkildə
(qonşuların, qohumların) göstərilən köməyi əhatə edir.
Sistem üsulunun digər üsullardan fərqli cəhəti ondan ibarətdir ki, o,
diqqətini kliyentin şəxsiyyətində və psixi problemlərində deyil, onun
həyati problemlərinin sosial məzmununda cəmləşdirir.
Sosial iş nəzəriyyəsində, yuxarıda nəzərdən keçirdiyimiz
konseptual modellərdən başqa digərləri də mövcuddur və qısaca olaraq
onların da üzərində dayanmaq önəmli olardı. Söhbət 1. ―Müdaxilə‖
yaxud ―böhran vəziyyətinə müdaxilə‖, 2.‖Prevensiya‖ nəzəriyyələrindən
gedir.
Böhran vəziyyətinə müdaxilə nəzəriyyəsi günümüzdə sosial iş
praktikasında ən geniş yayılmış universal nəzəri metodlardan biridir. Bu
nəzəriyyənin daha dolğun izahını Naomi Qolan aşağıdakı tezislərdə
ifadə edir:
Hər bir insan, sosial qrup, yaxud təşkilat ömür boyu böhranlı
vəziyyətlərlə qarşılaşa bilər və bu hadisələr gözlənilən və
gözlənilməz ola bilər;
Hər hansı bir itki ilə müşayiət olunan hadisələr ən qorxulu
hadisələrdir; çünki bu halda şəxsiyyətin müvazinəti pozulur,
147
o, öz problemlərini adi hallarda olduğu kimi həll etmək
qabiliyyətini itirir və onun durumundakı psixoloji gərginlik
artır;
Stressli hadisələr təhlükə, itki, çıxılmazlıq hisslərini
yaratdığından, fərdin ilkin reaksiyası narahatçılıq, daha sonra
depressiya, mövcud narahatçılıq nəticəsində yaranmış
problemi həll etmək cəhdləri ola bilər;
Yaranmış problemlərin əksəriyyəri əvvəllər tətbiq olunmuş
strategiyalar əsasında həll edilir. Bu da fəal böhran ehtimalını
aşağı salır, lakin problemin həlli yönümündə uğursuz cəhdlər
edilmiş olarsa, onda böhranlı situasiya kəskinləşə və onun
nəticələri acınacaqlı ola bilər;
Böhranlı hadisələr arasındakı aralıq və ondan çıxmaq üçün
tələb
olunan
zaman
kəsiyi,
şəxsiyyətin
psixoloji
xüsusiyyətlərindən və hadisələrin xarakterindən asılı olaraq
dəyişir. Lakin bir qayda olaraq, fəal böhran dövrü 406 həftə
aralığını əhatə edir;
Böhranlı durumda olan insanlar, xarici təsirə məruz qalmaq
nöqteyi-nəzərindən
daha
həssas
və
―açıq‖ insanlar
olduqlarından, onların durumuna məhz bu dövrdə müdaxilə
olunmasının əhəmiyyəti təkzib edilməzdir;
Bərpa, yaxud ―reinteqrasiya‖ dövründə kliyent problemin
həlli ilə əlaqədar yeni üsulları mənimsəyir. Bu da onun
gələcəkdə gözlənilən böhranlı vəziyyətlər üçün dayanıqlığını
artırır. Bərpa yaxud ―reinteqrasiya‖ prosesi özünə bir neçə
mərhələni daxil edir.
Birincisi, koqnitiv duyumun korreksiyası nəticəsində
kliyentlər, onların başlarına gələn hadisələrlə daha dəqiq və
ətraflı
məlumatlara
malik
olur,
dünyagörüşlərini
zənginləşdirirlər;
İkincisi, hisslərin idarə olunması – güclü emosiyalardan
―azad olma‖, sosial işçilər tərəfindən məqbul hesab edilən
reaksiiya kimi nəzərdən keçirilir;
Üçüncüsü, situasiyanı ələ almaq nöqteyi nəzərindən yeni
davranış modelləri inkişaf etdirilir.
|