155
burjua cəmiyyətinin köməyə ehtiyacı olan sosial qruplarını
birləşdirir. Müvafiq vəziyyətdə sosial işçi çox böyük qüvvədir,
çünki o, insanların mənlik şüurunun oyanmasına, dəyişikliklərin
aparılması üçün onların kollektiv hərəkətlərə qalxmalarına
köməkçi olur;
2.
Reproduktiv mövqe,
sosial işçilər, fəhlələri və zəhmətkeşləri
istismar edən burjua cəmiyyətində sinfi nəzarətçi rolunu oynayan
agentlər kimi təqdim edir;
3.
Ziddiyyətli mövqe, sosial işi, bir tərəfdən,
kapitalist cəmiyyətini
zəiflədən və zəhmətkeş kütlələrin konsolidasiyasını təmin edən,
əhəmiyyətli ictimai hadisə hesab edir, digər tərəfdən isə, sosial
işçilər, kapitalist cəmiyyətindəki sosial gərginliyi azaltmaqla, onun
sabitliyini təmin edənlər funksiyasın yerinə yetirməli olurlar.
Əgər sosial işin ənənəvi modelinin radikal tənqidini ümumiləşdirmiş
olsaq, onda onları aşağıdakı müddəalarla ifadə etmək olar:
ənənəvi
sosial iş, mürəkkəb sosial problemləri fərdi-psixoloji
səviyyədə izah etməyə çalışdığından, ―günahkar‖ tapmaq
tendensiyası yaranır və sosial mənşəli problemlərin
məsuliyyətini kliyentlərin üzərinə atırlar;
ənənəvi sosial iş, insanları sosial problemlərlə ―cilovlayır‖ və
onların diqqətini çətinliklərlə qarşılamamaları
üçün onlara
kömək edə biləcək digər mövcud məsələlərdən uzaqlaşdırır;
ənənəvi sosial iş istismar cəmiyyətini gücləndirir, sosial
münaqişələri dəf etməklə onun sabitliyini artırır.
Ənənəvi modeli tənqid etməsinə baxmayaraq, sosial işin bu
modelləri arasında çoxsaylı əlaqələr də mövcuddur:
Birincisi,
həm ənənəvi, həm də radikal model israr edir ki, məhz
cəmiyyət, şəxsiyyətin fərdi həyatında problemlərin yaranmasına şərait
yaradır;
İkincisi, hər iki üsul insanlarla cəmiyyət arasındakı münasibətləri
qarşılıqlı, interaktiv, transaksional münasibətlər kimi nəzərdən keçirir və
qeyd olunur ki, biz öz sosial əhatəmizə
təsir göstərdiyimiz kimi, o da
bizə təsir göstərməyə qabildir;
Üçüncüsü, hər iki üsul, müştərinin muxtariyyətini nəzərdə tutur;
156
Dördüncüsü, hər iki üsul, müştərinin həyati situasiyasının dərk
etməsinin vacibliyini və onun müsbət tərəflərinə təsirin göstərilməsinin
önəmliliyini vurğulayır.
Sosial işin sosioloji yönümlü nəzəriyyələri sırasına həll modeli də
aiddir. O, aşağıdakı məqsədlərin əldə edilməsini nəzərdə tutur:
1.
Kliyentə mövcud problemlərinin həlli
ilə əlaqədar özlərinin
―kazual agentlər‖ olduqlarının tılqin edilməsi məsələsində
köməyin göstərilməsi;
2.
Kliyentlər tərəfindən sosial işçinin, onun üçün faydalı olan
səriştəli və səlahiyyətli mütəxəssis kikmi qəbul edilməsinə
köməyin göstərilməsi;
3.
Kliyent tərəfindən sosial işçinin,
onun bəzi problemlərinin
həllində maraqlı olan tərəf, əməkdaş kimi qəbul edilməsi;
4.
Sosial işin təşkilinin hakim və səlahiyyətli strukturunun kliyent
tərəfindən mürəkkəb, lakin açıq bir qurum kimi qəbul
edilməsinə köməyin göstərilməsi.
Dostları ilə paylaş: