Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Sosial və tətbiqi ekologiyanın əsasları, qaydaları və prinsipləri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə17/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   13   14   15   16   17   18   19   20   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

3.1. Sosial və tətbiqi ekologiyanın əsasları, qaydaları və prinsipləri
“Sosial və tətbiqi ekologiya” “Ümumi ekologiya”nın təbii davamı hesab edilir. “Ümumi
ekologiya”da əsas fikir təsir fak- torlarına, onların ekoloji sistemə olan təsirinə yönəldilir.
“Sosial və tətbiqi ekologiya” isə, antropogen faktorlar, onların təbiətə və sosial sistemlərə olan
təsir xüsusiyyətləri ilə məşğul olur.
“Sosial və tətbiqi ekologiya”nın əsas məqsədi, ətraf mühitdə insanlar tərəfindən yaradılan
dəyişiklikləri qeyd etməkdən ibarət deyil. Onun ən əsas məqsədi, yaranmış dəyişikliklərin elmi
cəhətdən əsaslandırılmış səbəblərini öyrənmək və bu səbəblərin təsirlərini neytrallaşdırmaqdan
ibarətdir. Ekoloji problemlərin həllində texniki, təşkilati, iqtisadi, mənəvi və digər vasitələr və
metodların təsirlərinin qiymətləndirilməsi ən vacib məsələ sayılır.
Məlumdur ki, energetika mühiti çirkləndirən əsas sahələr- dən biridir. Amerika Birləşmiş
Ştatlarının əhalisi dünya əhali- sinin 6%-ni təşkil etməsinə baxmayaraq, inkişaf etmiş ölkələr- də
yaşayan əhalinin istifadə etdikləri enerjinin 2/3 hissəsi qə- dər enerji işlədir. Əgər yer üzərində
yaşayan hər bir insan ABŞ-da yaşayan 1 nəfər qədər qida qəbul edərsə, onda dünyada mövcud
olan qida yalnız 2 milyard əhalini qidalandıra bilər. Buradan belə bir nəticə çıxır ki, bütün
ölkələr enerji və məhsulun hər adambaşına düşən miqdarına görə ABŞ səviyyəsinə çatarlarsa,
onda biosferin belə bir yükə davam gətirməsi çətin ki, mümkün olsun.
Onu da qeyd etmək düzgün olmaz ki, əgər insanların həyat səviyyəsini inkişaf etməkdə
olan ölkələr səviyyəsində saxlasaq, onda ekoloji problemlər həll olar. Yaddan çıxarmaq olmaz
ki, bu ölkələrdə əhali böyük sürətlə artır, onlarda köhnəlmiş texnologiyalar tətbiq olunur,
aqrotexniki səviyyə çox aşağıdır. Bütün bunların hamisi təbii ekosistemin məhvinə yönəldilən
amillərdir. Deməli, ekoloji problemlərin həlli üçün digər yollar axtarıb tapmaq lazımdır.


Ekoloji problemlərin həlli üçün insanlar öz fəaliyyətləri ilə təbiətin imkanları arasında
aşağıda göstərilən iki istiqamətdə uzlaşma yaratmalıdırlar:
1) Texnoloji istiqamət: – ekoloji qanun, qayda və normalara cavab verən yeni və
təkmilləşdirilmiş texnologiya işləyib hazırlamaq;
2) Sosial istiqamət: – istehsal olunan məhsulların səmərəli istifadəsi nəzərdə tutulur. Bu
zaman üçün normaların bioloji və ekoloji cəhətdən əsaslandırılması kriteriyası əsas götürülmə-
lidir.
Bu məsələlərin səmərəli həlli qəbul olunmuş qayda və normaların ümumi ekologiya
qanunlarına nə dərəcədə uyğun edilməsindən asılıdır. Bunun üçün, insanlar başa düşməlidirlər
ki, yalnız və yalnız onlar biosfer üçün təhlükə yaradanlardır. Düşünülməmiş hərəkət həyat üçün
təhlükə mənbəyidir. İnsanlarla ətraf mühit arasında olan münasibətlərin uyğunsuzluğunun aradan
qaldırılması kifayət qədər vəsait tələb edir.
Məsələn, insanlar tərəfindən son 20 ildə biosferə vurulan zərərin neytrallaşdırılması üçün
lazım olan xərcin həcmi dünya üzrə məhsul istehsalına sərf olan xərcdən xeyli yüksəkdir. Belə
xərclərin həcmi ilbəil artır. Bununla yanaşı, sosial-tətbiqi ekologiya üzrə həlli tələb olunan
məsələlərin həcmi də geniş- lənir. Ümumi planda bu məsələləri 3 bölməyə ayırmaq olar:
1) insanların biosferdə yeri və rolu, onların ətraf mühitə olan təsiri;
2) insanlar tərəfindən yaradılan ekoloji problemlər, onların məzmunu, səbəbləri və
nəticələri;
3) Ekoloji problemlərin həllinin mövcud və proqnozlaşdırılan yolları.
Göstərilənlərdən belə bir nəticəyə gəlmək olar ki, “Sosial və tətbiqi ekologiya” yalnız
“Ümumi ekologiya” ilə yox, həm- çinin sosial (mədəniyyət, iqtisadiyyat, sosiologiya, demoqrafi-
ya), təbiət (biologiya, kimya, coğrafiya), tətbiqi (təbiətdən istifadə, energetika, şəhərsalma və s.)
elementlər və tədris fən- ləri ilə sıx əlaqədardır. “Sosial və tətbiqi ekologiya” üzrə baş verən
hadisələr və onların yaratdıqları problemlər dinamiki xarakter daşıyır. Onların öyrənilməsi üçün
yeni-yeni materiallar tələb olunur.
Sosial və tətbiqi ekologiyada tətbiq olunan qayda, norma və prinsiplər əsasən digər elm
sahələrindən götürülərək ekologiya prinsiplərinə uyğunlaşdırılmışdır. Bu sahədə alimlərdən
V.İ.Vernadski, N.F.Reymers, B.Kommonerin böyük xidməti olmuşdur.
“Sosial və tətbiqi ekologiya”da xüsusi əhəmiyyət kəsb edən aşağıdakı mövcud qayda,
qanun və prinsipləri nəzərdən keçirək:

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə