Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Hadisələrin kompleks formada analizi və ya xolizm



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə18/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   14   15   16   17   18   19   20   21   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

1. Hadisələrin kompleks formada analizi və ya xolizm.
Hadisələrin analizi əsasən reduksion və xolistik formada араrılır. Reduksion analizdə
mürəkkəb proseslər bir neçə əsas hissəyə ayrılır və hər hissə ayrılıqda analiz edilir. Xolistik
formada isə, hadisə tam şəkildə analiz edilir. Reduksion yanaşma əsasən qarşıya parametrləri
dəqiq şəkildə qoyulmuş məsələ həllində istifadə olunur. Xolistik yanaşma müxtəlif əlaqə və
qarşılıqlı asılılıq vəziyyətində olan təbii hadisələrin həllində istifadə olunur. Məşhur amerikan
alimi B.Kommoner belə hesab edir ki, ekoloji problemlərin həllinin mürəkkəbliyi ondan ibarətdir
ki, ekosferada (ekosistemdə, biosferdə) proseslər bizim dərk etdiyimiz reduksion xaricində baş
verir. İnsan konkret səbəbdən yaranmış ayrı-ayrı hadisələrin tədqiqinə adət etmişdir. Ekosferada
baş verən hər hansı bir hadisə digər hadisələrin yaranmasına səbəb olur. Məsələn, heyvanat
aləminin tullantıları bakteriyalar üçün yemdir. Bakteriyaların həyat fəaliyyətinin məhsulları
bitkilər üçün qidadır. Bitkilər heyvanlar üçün qidadır. Göründüyü kimi proses dairə şəklində
bağlanır.
Texnosferada bu formada ardıcıl proses baş vermir. İstehsal olunun məhsul bir dəfə istifadə
olunur və o, yenidən həmin məhsulun emalında iştirak etmir. Bunların nəticəsində ətraf mühiti
çirkləndirən tullantılar yaranır.
Reduksion yanaşmanın daha dəqiq dərk edilməsi üçün birneçə məsələyə baxaq:
Müəyyən edilmişdir ki, su hövzələrinə axıdılan üzvü birləşmələr suyun tərkibində olan
oksigenin azalmasına, onun istifadə xassəsinin itirilməsinə, yosunların yaranmasına səbəb olur.
Belə halların baş verməməsi üçün, sadəcə olaraq, su hövzələrinə üzvü maddələrin atılmasını
dayandırmaq lazım gəlir. Hövzəyə su üzvü maddələrdən təmizləndikdən sonra axıdılır. Lakin,


bir müddət keçdikdən sonra əvvəlki proses yenidən baş verir. Sonradan müəyyən edilmişdir ki,
suda yosunların əmələ gəlməsinə üzvü maddələrin təmizlənməsi zamanı onlardan ayrılmış azot
və fosfor səbəb olmuşdur. Əmələ gəlmiş su bitkiləri müəyyən müddətdən sonra məhv olaraq
tərkibində üzvü maddələr olan tullantı suların vəzifəsini ifa edirlər. Deməli, tullantı sularını tək
üzvü maddələrdən yox, eyni zamanda mineral maddələrdən də təmizləmək lazımdır.
Reduksion yanaşma materialların alınması üçün texniki məsələlərin həllində tətbiq olunur.
Bu zaman, alınan materialın qiyməti ekologiyaya mənfi təsir edən maddələrin neytrallaşdırıl-
masına sərf olunan vəsaitin miqdarından asılı olur.
Xolistik yanaşmada isə birdəfəlik bioloji üsulla təmizləmə aparılır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə