Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə16/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   12   13   14   15   16   17   18   19   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

informasiya!
Sivil ölkələrin hamısında, istisnasız, bütün
sahələrində infrastrukturu məhz informasiya və onun verilməsi tezliyi şərtləndirir”. XXI əsr
ağlın, intellektin təntənəsi əsridir. Bu əsr, biosferin inkişafı, yəni noosferə tam keçid dövrü ola
bilər.
Deməli, insan təfəkkürü “insan-təbiət” münasibətlərində antroposfer, texnosfer, sosiosfer
və s. yaranması nəticə eti- barilə biosferdən noosferə keçidin başlanmasına səbəb olmuş- dur.
Biosfer anlayışını elmi ədəbiyyata 1875-ci ildə avstriyalı geoloq-alim Eduard Zyuss
gətirmişdir. O, biosferə canlı orqa- nizmlərin mövcud olduğu atmosfer, litosfer və hidrosfer
sahələrini aid etmişdir.
Biosferin, hal-hazırda, canlı orqanizmlər mövcud olan sahələri neobiosfer, qədim
zamanlarda canlı orqanizmlərin yaşadığı sahələr isə paleobiosfer və ya ağ biosfer adlandırılır.
Neobiosferə atmosferin ozon qatına qədər olan sahəsi (qütblərdə 8-10 km, ekvatorda 17-18
km, yer səthinin qalan hissələrində 20-25 km) aid edilir. Ozon qatından yuxarı hissədə kosmik
ultrabənövşəyi şüaların təsiri nəticəsində həyat mümkün deyil. Bütün hidrosfer, o cümlədən ən
böyük dərinliyə malik olan okeanın Marian çökəkliyi (11022 m) belə neobiosferə aid olunur.
Litosferin yalnız münbit torpaq hissəsi neobiosferə aid edilir.
Paleobiosferin neobiosferlə atmosferdə olan sərhədləri üst-üstə düşür. Hidrosferin dib
hissəsində olan çöküntü süxurlar paleobiosferə aid olunur. Yer qabığının bütün çökmə süxur
sahələri paleobiosferə aid edilir.
Beləliklə, demək olar ki, biosfer canlı orqanizmin özünün və ya izinin mövcud olduğu sahə
adlanır.
Biosfer bir sistem kimi bir neçə xüsusiyyətlərə malikdir. Bunlardan başlıcası,
mərkəzləşdirilmiş sistemdir. Sistemin mərkəzi bölməsini canlı orqanizmlər təşkil edir. Bu
xüsusiyyət V.İ.Vernadski tərəfindən hərtərəfli təhlil edilmişdir. Biosferin və ya onun əsas
bölməsinin mərkəzində ancaq insan qoyulur (antroposentrizm).


Biosferin ikinci xüsusiyyəti açıq sistem olmasıdır. Ona kənardan enerji daxil olur və o,
kosmik təsirə məruz qalır. Bu təsirin əsasını günəş aktivliyi təşkil edir. Müəyyən edilmişdir ki,
yer kürəsində, o cümlədən biosferdə baş verən hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə
əlaqədardır. Belə bir fikir mövcuddur ki, günəş aktivliyi bir çox geoloji proseslərin (kataklizm,
katastrof) yaranmasına səbəb olur.
1989-cu ildə 1,5-2,0 ay ərzində baş vermiş zəlzələ (İturup adasında), Çelyabinsk boru
xəttindəki qəza, “Komsomoles” sualtı atom qayığının məhv olması, Tbilisi hadisələri, Dağlıq
Qarabağ müharibəsinin aktivləşməsi hadisələrini yüksək günəş aktivliyinin baş verməsi ilə
də izah edirlər.
Biosferin üçüncü bir xüsusiyyəti onun özünü tənzimləmə sisteminin olmasıdır. Bu
xüsusiyyət, “homeostazm” adlandırılır. Özünütənzimləmə sistemi baş vermiş hər hansı bir
həyəcan və ya çaxnaşmanın qarşısını müəyyən mexanizm vasitəsilə alır, yaranmış dəyişikliyi öz
əvvəlki vəziyyətinə qaytarır. Tarix boyu biosferdə belə hallar çox baş vermişdir. Bunlara misal
olaraq vulkan püskürməsini, asteroidlərlə qarşılaşma, zəlzələ, dağ- əmələgəlmə və s. göstərmək
olar.
“Homeostazm” hal-hazırda “Le Şatelye-Brayn” prinsipi kimi adlandırılır.
Bu prinsipə əsasən “Xarici qüvvə tərəfindən öz müvazinət vəziyyətindən çıxan sistem
qüvvənin az təsiri istiqaməti üzrə yerdəyişməyə məruz qalır”. Le-Şatelye-Brayn prinsipinin
müasir dövrdə ayrı-ayrı regionlarda pozulması halı baş verir ki, bu da ekoloji krizisin
yaranmasına səbəb olur (məs. səhraların yaranması və s.).
Biosferin dördüncü xüsusiyyəti onun “müxtəlifliyidir”. “Müxtəliflik” ekosistemin və
biosferin dayanaqlığı şərtlə- rindən biridir. Biosferin əsas xassələrindən biri, onda olan ayrı- ayrı
maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır.
Bu xassə, biosferdə ayrı-ayrı kimyəvi elementlərin və onların birləşmələrinin
tükənməzliyini təmin edir. Yəni, o, yaşayış məskəni (su hövzəsi, yerüstü, torpaqdaxili və s.),
iqlim xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokimyəvi sahələr və s.
xüsusiyyətlərə malikdir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə