Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Ətraf mühiti çirkləndirən mənbələr və maddələr



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə26/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   22   23   24   25   26   27   28   29   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Ətraf mühiti çirkləndirən mənbələr və maddələr
Ətraf təbii mühit litosfer, hidrosfer, atmosfer və yerətrafı kosmik fəza da daxil olmaqla
insanların və digər canlı orqanizmlərin məskun və fəaliyyət sahəsidir.
Təbiət
dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi miqdarda məruz qalan təbii
bir kompleks başa düşülür.
Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmusu onun keyfiyyətini göstərir. Ətraf
mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
Tətbiqi ekologiyada ətraf mühit dedikdə, insanı əhatə edən atmosfer havası, su və torpaq
başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət, əsasən, insanların və bütün canlıların səmərəli
yaşayışının təmin olunması üçün aparılan analiz və onların göstəricilərinə əməl etməkdən
ibarətdir.
3.3. Atmosferin çirkləndirilməsi


Atmosfer yerətrafı hava-qaz təbəqəsidir. Atmosferin alt sərhədi qurunun səthi (okean
səviyyəsi) hesab olunur. Üst səthin hündürlüyü yer səviyyəsindən 3000 km-ə çatır. Atmosfer 5
təbəqəyə bölünür. Birinci təbəqə Troposfer adlandırılır. Onun hündürlüyü 8-18 km-ə qədərdir.
Troposferdən yuxarı stratosfer, mezosfer, termosfer, ekzosfer yerləşir.
Yer səthindən yuxarı qalxdıqca hava kütləsinin azalmasına uyğun olaraq atmosfer təzyiqi
də azalır. O, dəniz səviyyəsində 1013 millibara (mb) bərabər olduğu halda 10 km yüksəklikdə
200 mb-a və 16 km-də 170 mb təşkil edir. Termosferdən yuxarı qalxdıqca temperaturda aşağı
düşür. Temperaturun atmosferdə dəyişmə sürəti 
aerotermik qradiyentlə
qiymətləndirilir:
h
0
q
t
t
H
G



m/ 
°

(3.1)
burada 
t

havada orta illik temperatur, °
C
;
t

– H yüksəklikdə havanın temperaturudur.
Orta hesabla, hər 10 m-dən bir coğrafi şəraitdən asılı olaraq, temperatur 0,55 ÷ 0,65°
С
qədər azalır.
Troposferdə temperaturun azalması onun üst sərhədinə qədər davam edərək (-56,5)
°С

çatır.
Yer səthindən yuxarı qalxarkən temperaturun bir dərəcə dəyişməsi üçün lazım gələn
metrlər sayına 
aerotermik pillə 
deyilir.
H
t
t
G
h
0
h



°
C/m
(3.2)
Atmosferdə səs dalğalarının hərəkət sürətinin dəyişməsi temperatur dəyişməsi qanununa
tabedir. Dəniz səviyyəsindən yuxarı qalxdıqca səs dalğalarının yayılma surəti azalır və 340
m/san-dən 10 km yüksəklikdə 297 m/san-yə çatır.
Atmosferdəki su buxarı və karbon qazının başlıca hissəsi troposferdədir. Buna görə də,
troposfer ilə yer səthi arasında yüksək su və istilik mübadiləsi prosesləri gedir. Bu isə öz
növbəsində yer üzərində nəmliyin dəyişməsinə, havanın sıxlığının qeyri bərabər yayılmasına, yer
səthinin günəş şüaları vasitəsilə qeyri müntəzəm qızdırılmasına və s. səbəb olur. Deməli, yer
üzərində yaşayış üçün əsas şərtlərdən biri olan atmosfer planetdə iqlimin yaranması və onun
istilik rejiminin tənzim olunmasında geniş iştirak edir. Günəş şüalarının bir hissəsi atmosferdə
udulur. Yerdə qalan hissəsi yer üzərinə çataraq torpağa, su hövzələrinə daxil olur. Daxil olan
enerjinin bir hissəsi yer üzərindən atmosferə əks etdirilir. Yer kürəsində cazibə qüvvəsinin
mövcudluğu, atmosferin onunla birgə hərəkət etməsinə səbəb olur.
Atmosferdə ən aktiv qaz oksigen sayılır.
Onun miqdarı 21%-ə bərabərdir. Atmosfer
oksigenlə bərabər 0,03 %-ə qədər karbon qazı (CO
2
), 0,97 % təsirsiz qazlar, 78 % azot qazından
ibarətdir. 
Atmosferdə qazlarla yanaşı maye, aerozol və ion şəkilində olan müxtəlif maddələr də
mövcuddur. Atmosfer həm şaquli, həm də üfüqi istiqamətdə yekcins deyil. Bu xüsusiyyət onun
yer üzərində hərəkət istiqamətinin dəyişən olmasına səbəb olur.
Atmosfer müxtəlif maddələrlə çirkləndirilə bilir. Çirkləndiricilər təbii və antropogen
mənşəli olur. Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən öz mənafeyi


üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən çəkinməmişdir. Bu vəziyyət elmi-
texniki tərəqqi əsri olan müasir dövrdə daha kəskin xarakter almışdır.
Ətraf mühiti çirkləndirən komponentlərə, əsasən, kükürd oksidi, hidrogen sulfid, azot
oksidi, karbohidrogenlər, dəm qazı və mexaniki qarışıqları misal göstərmək olar.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə