Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə27/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   23   24   25   26   27   28   29   30   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Kükürd qazları
ilə ətraf mühitin çirkləndirilməsi yüksək kükürdlü neft və neft
məhsullarının yanması zamanı baş verir. Qeyd etmək lazımdır ki, SO
2
-nin atmosferdə
paylanması qeyri müntəzəm olur. Bu hal onun atmosferdə az müddət ərzində asılı vəziyyətdə
qalması ilə izah edilir. Məsələn, kontinental sahədə havada olan SO
2
10 saatdan sonra tamamilə
başqa maddəуə, adətən sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara çevrilməsi prosesi
ammonyakın iştirakı ilə getdikdə, reaksiya daha sürətli olur. Havadakı nəmliyin artması kükürd
turşusunun artmasına səbəb olur. Hidrogen sulfidin insan orqanizminə təsir edən konsentrasiyası
0,008 mq/m
3
təşkil edir. Havada sulfatların miqdarının artması kükürd və onun birləşmələrinin
emalı zamanı da baş verir.
Atmosferə atılan çirkləndirici maddələrin hava ilə qarşı- lıqlı təsiri onların bir-birinə olan
təsirlərindən daha çoxdur. Müəyyən edilmişdir ki, işığı udan zərərli maddələr onun tərəfindən
parçalana bilərlər. Yer səthinə çatan günəş şüalarının radiasiya dalğasının uzunluğu 2900 A
°
-dən
az deyildir. Bu onu göstərir ki, ilk fotokimyəvi reaksiya o maddələr arasında gedə bilər ki,
onların udulma sahəsi 2900A
°
-dən yuxarı olsun. Deməli, qaz emalı zavodlarında kimyəvi
çevrilmələrdə o maddələr iştirak edə bilər ki, onların udulma sahəsi 2900A
°
-dən yuxarıdır. Əldə
olunan məlumata görə SO
2
və H
2
S ozon və qısa dalğalı radiasiya şüaları vasitəsilə oksidləşərək
stratosferə qalxır və aerozol hissəcikləri yaradırlar. Bu aerozol hissəciklərinin stratosferdə ömrü
10-100 həftəyə qədər olur. Stratosferdə aerozol nüvəsinin saxlanılması troposferdən stratosferə
yönəldilən daimi qaz axınının mövcudluğu ilə izah edilir.
Kükürd anhidridi MnCl
2
, CuCl və s. katalizatorlarının təsiri ilə atmosfer su buxarında həll
olaraq yer səthinə çökürlər. 
SO
2
və SO
3
qaz fazasında, otaq temperaturunda və qaranlıqda gec oksidləşir. İşıq təsirindən
SO
2
molekulları aktivləşərək oksidləşirlər. Oksidləşmə spektrin ultrabənövşəyi zonasında baş
verir. Müəyyən edilmişdir ki, SO
2
-nin fotooksidləşməsi intensiv günəş İşığında saatda 0,1-0,2%
sürətlə baş verir. Kükürd iki oksid su ilə daha sürətlə reaksiyaya girib sulfat turşusu yaradır.
Kükürd qazı günəş radiasiyasını dalğanın uzunluğu 2900-3000A
0
həddində intensiv udur. Lakin,
bu zaman fotonların enerjisi o qədər kiçik olur ki, kükürd qazının molekullarının dissosiasiyası
həyata keçmir. Ancaq, bu zaman elektronların həyəcanlanması baş verir. Həyəcanlanan
molekullar, başqalarına nisbətən, havadakı oksigenə daha həssas olurlar.
Müxtəlif tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ağ ciyər xərçəngi, dəri və digər
patoloji xəstəliklər atmosfer havasının çirkləndirilməsi ilə sıx əlaqədardır. Məsələn, havada
kükürd qazının konsentrasiyası 0,13 mq/m
3
olduqda xroniki bronxit xəstəliyi 13%-ə, 0,78 mq/m
3
konsentrasiyasında isə 26,5 %-ə çatır.
Kükürd qazının konsentrasiyasının havada artması ilə uşaq xəstəliklərinin miqdarının
artması müşahidə olunur. Kanserogen maddələrin insan orqanizmi ilə təması yeni hüceyrə
sisteminin yaranmasına səbəb olur. Orqanizmin belə bir sistemə uyğunlaşması, müasir zamanda,
çətin müalicə olunan xəstəliklərin yaranmasına səbəb olur.
Atmosferdə olan çirkləndirici maddələr bitki aləminə də böyük təsir edir. Adətən bitkilər
SO
2
-ə çox həssas olur. О, yarpaqların xlorofilini dağıdaraq fotosintez prosesinin getməsini
ləngidir. Kükürd qazlarının bitki aləminə təsiri təkcə onun konsentrasiyasından yox, həmçinin
bitkinin özünün xüsusiyyətindən də asılıdır. SO
2
-nin taxıla təsiri nəticəsində məhsuldarlıq 30-
40% aşağı düşür.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə