Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə35/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   31   32   33   34   35   36   37   38   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Bentos orqanizmlərə
dəniz dibində oturaq həyat keçirən və ya qısa məsafə üzrə dəniz
dibində hərəkət edən orqanizmlər daxildir. Dəniz dibində yaşayan canlı orqanizmlərin və bitki-
lərin əksəriyyəti bu qrupa aiddir. Bunlardan dəniz zanbağını, mərcanları (hərəkət etməyən),
dəniz kirpisini, qastropada nümayəndələrini, dəniz ulduzlarını, qalxan balığını (hərəkət edənlər)
göstərmək olar. Bu orqanizmlərin çoxu sahil zonalarına yaxın, Günəş işığının çox olduğu
yerlərdə yaşayırlar. Həmin zonalarda dəniz bitkiləri (yosunlar) çox inkişaf edir. Bu otyeyən
orqanizmlərin inkişafına səbəb olur. Su yosunlarının inkişafı suyun duruluğundan və işığın təsir
dərinliyindən asılı olar dəyişir:
Plankton orqanizmlər
açıq dənizdə dalğaların və cərəyanların hərəkətinə tabe olan sadə
quruluşlu birhüceyrəli mikroorqanizmlərdir. Bunlara misal foraminiferləri, şüalıları, diatomeyr-
ləri və digər su yosunlarını göstərmək olar. Neft, yanar və bitumlu şistlərin əmələ gəlməsində
iştirak edən üzvü aləmin əsas hissəsini plankton orqanizmlər təşkil edir.
Nekton orqanizmlər
aktiv surətdə sərbəst həyat sürən dəniz orqanizmlərindən ibarətdir.
Məlumdur ki, dəniz suyunda bəzi sulfatlar məhlul halında mövcuddur. Eyni zamanda, suda
yaşayan plankton, bentos və nekton orqanizmlərin bir sıra nümayəndələri, xüsusilə də anaerob
bakteriyalar, onlara lazım olan oksigeni sulfatlardan çıxarır. Sulfatlar isə bərpa olunaraq
sulfidlərə çevrilir və bu qayda ilə əmələ gəlmiş karbonatlar çökməyə başlayır.
Lillər daxilində bakteriyaların artıq dərəcədə yayılması üzvü maddələrin, xüsusilə karbon
tərkibli birləşmələrin parça- lanmasına və bu qayda ilə mühitin kimyəvi tərkibinin dəyiş- məsinə
böyük təsir göstərir:
Mühitin turşululuğundan və sərbəst oksigenin miqdarından asılı olaraq əmələ gələn
minerallarda dəyişir. Turşuluq çox olduqda, mühitdə dəmir oksidlər (Fе
2
О
3
· nH
2
O), az olduqda
qlaukonitli çöküntülər, neytral mühitdə sideritlər (F
b
СО
3
) və qələvi mühitdə dəmir sulfidlər
əmələ gəlir.
Hövzədə duzluluq çox olduqda, suda məhlul şəklində olan Mg lildəki СаСО
3
-lə reaksiyaya
girərək maqnezit əmələ gətirir və bu müəyyən qatılıq həddində diolomit duzunu yaradır.
Su, həyat üçün vacib olan bir maddədir. Hər bir adam 1 ildə 1 tona qədər su qəbul edir.
İnsan susuz 8 sutkadan artıq yaşaya bilmir. Bitkilərin tərkibinin 90%-i sudan ibarətdir. Kənd
təsərrüfatı içməli suyun əsas istehlakçısıdır. Su sənaye sahələri üçün lazım olan əsas vəsaitlərdən
biridir. Gücü 300 min KW olan bir elektrik stansiyası bir ildə 300 mln ton su işlədir.
İçməli su planetdə mövcud olan suların 2,5%-ni təşkil edir. Dəniz sularının 85%-ində
duzluluq 35 q/ℓ-ə qədərdir. İçməli sular planetdə qeyri-bərabər şəkildə paylanmışdır. Onun
72,2%-i buzlaqlarda, 22,4%-i yeraltı sularda, 0,35%-i atmosferdə, 5,05%-i göl və çaylardadır.
İnsanların fəaliyyəti nəticəsində su hövzələri, çaylar qurudulur, kiçik çaylar yoxa çıxır, yeraltı
suların səviyyələri aşağı düşür.
Tərkibindəki duzların miqdarına görə sular 3 qrupa bölünür: 1) içməli su (tərkibində lq/ℓ -
dən az duz olur), 2) duzlaşmış (25 q/ℓ-ə qədər) və duzlu (25 q/ℓ-dən çox) su.
Okeanlarda duzun miqdarı 35 q/ℓ, Baltik dənizində 8-26 q/ℓ, Xəzər dənizində 11-13,5
q/ℓ, Qara dənizdə 17-22 q/ℓ təşkil ədir. 
Sularda mineral duzların miqdarı daim artır. Bunun səbəbi, meşələrin qırılmasında,
sahələrin şumlanmasında, örüş sahələrin artmasında və s-dir. Bu işlərin nəticəsində, su torpaqda
qalmayaraq onu nəmləndirmir, çaylar və dənizlərə yol taparaq oraya axır. Belə proseslərin
qarşısını almaq üçün süni meşəsalmadan istifadə edirlər.


Süni sututarlar mürəkkəb bir ekoloji sistem hesab edilir. Bu tutumlarda, ardıcıl olaraq,
hissəciklərin dəyişmə prosesi gedir. Müxtəlif hissəciklərin yaranması hövzədə qeyri müvazinət-
lik yaradır. Bunun nəticəsində də, suda olan orqanizmlərin məhvi baş verir. Suda hissəciklərin
tarazlığının pozulması ekosistemin məhvinə gətirib çıxara bilir. Ekosistemin öz ilk vəziyyətinə
qayıtması özünü təmizləmə prosesi adlandırılır. Bu proseslərdən ən vaciblərinə aiddir:
– İri dispers hissəciklərin çökməsi və kolloidlərin koaqulyasiyası;
– Üzvü hissəciklərin oksidləşməsi (minerallaşma);
– Mineral hissəciklərin oksidləşməsi;
– Turşuların neytrallaşdırılması;
– Ağır metalların duzlarının hidrolizi.
Su hövzələrinə axıdılan tullantı suları özünün temperaturu, mineral tərkibi, oksigenin
miqdarı, PH və zərərli hissəciklərin doyma dərəcələri ilə xarakterizə edilir. Su hövzələrinin
özünütəmizləməsi hövzənin oksigen rejimindən asılıdır. Tullantı suları aşağıdakı göstəricilər ilə
xarakterizə edilir:


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə