Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə36/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   32   33   34   35   36   37   38   39   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Suyun bulanıqlığı.
Bu mutnometr vasitəsilə təyin edilir. Müqayisə üçün, etalon maye
kaolinin suda həll olmuş məhlulu götürülür və mq/ℓ -lə ölçülür;

Suyun rəngi.
Bu dərəcə ilə ölçülür. Kobalt duzundan hazırlanmış məhsulun rəngi
əsasında təyin edilir;

Quru çöküntülər.
Tam buxarlandıqdan sonra yerdə qalan duz və digər bərk
maddələrdən ibarətdir;
– 
Suyun turşuluğu.
PH sayı müəyyən edilir. Ph<7 olduqda mühit turşuludur;
– 
Suyun codluğu.
Tərkibdə olan Ca
2+
və Mg
2+
duzlarının miqdarından asılıdır. Codluq üç
növdən ibarət olur. Birinci, ümumi codluq – tərkibdəki ionların sayından asılı olmayaraq,
kalsium və maqnezium duzlarının miqdarından asılıdır. İkinci codluq – 1 saat qaynadıldıqdan
sonra tərkibdə qalan
C
ℓ - və SO
2-
4
- müəyyən edilir (bunlar ayrılmırlar). Üçüncü, codluq-
müvəqqəti codluqdur ki, bu qaynadıldıqdan sonra aradan qaldırılır:
Ca (НСО
3
)
2
 → Ca CO
3
 + CO
2
 + H
2
O
– 
Həll olmuş oksigen.
Suyun temperaturundan və barometrik təzyiqdən asılıdır, mq/ℓ;

Oksigenə olan bioloji tələbat.
Tullantı sular tərkibində olan mikroorqanizmlər
tərəfindən udulan oksigendir. Bunun üçün, kriteriya 20°C temperaturda suda həll edilmiş
oksigenin miqdarının 5 və ya 20 sutkadan sonra azalma miqdarı götürülür.
Mənşəyinə görə tullantı suları 3 qrupa bölünür: məişət tullantı suları, atmosfer və sənaye
tullantı suları.
Su hövzələrində biokimyəvi proseslərin düzgün getməsi və suyun özünü normal
təmizləməsi üçün, onda həll olmuş formada olan oksigenin miqdarı kifayət qədər olmalıdır. Əks
halda, suda olan orqanizmlər məhv olar, üzvü maddələr parçalanar və suyu çirkləndirən yeni
maddələr əmələ gələr.
Sanitar normasına görə, təbii su hövzələrində oksigenə olan bioloji tələbat 3-6 mq O
2
/ℓ-dən
artıq olmamalıdır. Tullantı sularında bu rəqəm 200-300 mq/ℓ həddində olur. Bu hal, belə suların
təmizlənməsi və ya ona həlledicilərin əlavə edilməsini tələb edir.
Su hövzələrinə axıdılan tullantı sularının yarısından çoxu demək olar ki, təmizlənməmiş
axıdılır. Onların təmizlənməsi təmiz suyun əlavə edilməsi və özünü təmizləmə prosesi ilə baş
verir. 


Dəniz və okeanların çirkləndirilməsi neft-qaz quyularının qazılması və istismarı zamanı da
baş verir. Dəniz neft və qaz yataqlarının işlənməsi zamanı, neftlə dənizin çirkləndirmə
mənbəyini iki yerə –“istismar” və “qəza” mənbələrinə ayırırlar. Qazma, istismar, neftin nəqlə
hazırlanması zamanı dənizə axıdılan cüzi miqdarda neft “istismar”, tullanış, açıq fontan, sualtı
boru kəmərlərinin partlaması zamanı dənizə axıdılan neftin mənbəyi “qəza” mənbəyi adlandırılır.
Məlumdur ki, dəniz neft yataqlarının kəşfi və işlənməsi zamanı, kimyəvi birləşmələrin
tətbiqilə aparılan müxtəlif əməliyyatlar dənizi çirkləndirən mənbələr rolunu oynayırlar. Bu hal,
xüsusilə quyuların qazılması prosesinə aid edilə bilər.
Geoloji cəhətdən mürəkkəb olan yataqlarda kəşfiyyat və istismar quyuları qazan zaman,
yuyucu məhlulun keyfiyyətinə xüsusi tələb irəli sürülür. O, müxtəlif kimyəvi maddələrlə işlənilir
və hazırlanır.
Yuyucu mayenin struktur-mexaniki xassəsini tənzim etmək üçün, üzvü və qeyri-üzvi
kimyəvi birləşmələrdən istifadə edilir. Bunlardan okzil, sunil, nitroliqnin, KMS, PFLX, sulfanol,
qrafit, neft, kaustik soda, paltar sodası, kalsium-xlor, xrompik, gips, alebastr və s. göstərmək
olar. Yuyucu mayeləri ağırlaşdırmaq üçün, əsasən, barıtdan istifadə edilir. Barıtın miqdarı,
yuyucu mayenin lazım olan sıxlığından asılı olaraq götürülür və bu, bəzən 35%-ə qədər çatır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kimyəvi işlənmiş və ağırlaşdırılmış
yuyucu mayelər və həmçinin, onların tərkibinə daxil olan kimyəvi reagentlər və barıt balıqlara və
onların yem bazası olan onurğasızlara məhvedici təsir göstərir.
Laboratoriya tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, qazılmış süxur tərkibində,
kimyəvi işlənmə intervalında 30-90% gil, 10-30% ağırlaşdırıcı, 8%-ə qədər üzvi mənşəli
kimyəvi reagent, о cümlədən 4 %-ə qədər neft, 6%-ə qədər suda həll olan duzlar olur. Bu
reagentlərin BBQ-ı aşağıdakı hədd daxilində olmalıdır: 
Gilli məhlul, q/l
0,5 – 1,0 
Qazıma şlamı, q/1
0,5-dən az
Barıt, q/l
0,5
КMS, mq/1
0,3 – 0,4 
Nitroliqnlin, mq/1
0,3 – 0,4 
PFLX, mq/1
0,05 – 0,07
SSB, mq/1
0,1 – 0,2 
Xrompik, q/1
0,01 – 0,02
Əhəng, q/1 
0,005-ə qədər
Xörək duzu, q/1
0,005-ə qədər
Tərkibində kimyəvi, işlənmiş və ağırlaşdırılmış yuyucu maye olan qazılmış süxur dənizə
titrəyən ələkdən və nov sisteminin təmizlənməsi zamanı tökülə bilər. Kimyəvi işlənmiş yuyucu
maye ilə çirklənmiş tullantı sularının dənizə tökülməsi ələyin torunun və döşəmənin yuyulması,
həmçinin, qazıma nasosunun ştokunun soyudulması zamanı baş verir. Tullantı sularının
tərkibində kimyəvi maddələrin miqdarı BBQ-dan yüksək olduqda, dəniz canlılarına məhvedici
təsir göstərə bilər.
Suların bu və ya digər maddələrlə çirklənməsi zamanı, təhlükə təkcə ilk mərhələdə baş
vermir. O, həmçinin, çirkləndirici maddənin xüsusiyyətindən asılı olaraq yaranmış kimyəvi
reaksiya məhsulları olan maddələrin təsirindən baş verə bilər.
Dənizin çirklənməsinə başlıca səbəb təzahür, tullanış və açıq fontanla əlaqədar olan
qəzalardır. Təzahür və açıq fontanın qabağını almaq ətraf mühitin mühafizəsinin əsas


şərtlərindən biridir. Quyuların qazılması zamanı təzahür, lay agentlərinin yuyucu məhlula daxil
olaraq yer üzərinə qalxmasıdır.
Açıq fontan quyuağzından neftin, qazın və suyun idarə olunmayan axınıdır.
Qrifon, məhsuldar qatdan neftin, qazın və suyun çatlar və kanallar vasitəsilə yer səthinə
axmasıdır. 
Açıq fontanın ləğvi müddəti müxtəlif faktorlardan asılı olaraq, bir neçə aya qədər davam
edir. Bu, başlıca olaraq, fontanın mürəkkəbliyindən və qrifon yaranmasından asılıdır. Fontan
məhsulu olan neft, küləyin və dəniz dalğalarının təsirilə dəniz səthində yayılaraq, geniş sahəni
əhatə edir. Açıq fontan yer dərinliyinə və ətraf mühitə həddindən artıq ziyan vurur.
Okean və dənizlərin çirklənməsinin başlıca səbəblərindən biridə dəniz neft nəqliyyat
vasitələridir. 1973-cü ildə “MARPOL-73/78” konvensiyası qəbul edilmişdir. Konvensiya
dənizdə neftin nəqli üçün tələblər irəli sürmüşdür.
Sahil sularının AES tullantı suları vasitəsilə radioaktiv çirklənməsi baş verir. Radioaktiv
izotoplar su biotopları və dib çöküntüləri tərəfindən tez bir zamanda mənimsənilir. Bunun
nəticəsində, suyun özündə radioaktivlik azalır. Ancaq, su fauna və floralarında radioaktivlik bir
neçə dəfə normadan artıq olur.
Radioaktiv maddələrin biotop və dib çöküntüləri tərəfindən udulma miqdarı suyun PH-dan,
dib çöküntülərinin xassə- sindən, ilin fəslindən, temperaturdan və s. asılıdır.
Məsələn, Co-60, Sr-90, Cs-197-nin su otları tərəfindən udulma dərəcələri işıqdan asılıdır.
Bitkilərin canlı lifləri Ғе-59-u özündə yaxşı saxlayır və s.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə