Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə44/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   40   41   42   43   44   45   46   47   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

İlkin təlimat.
Fəhlələrlə iş yerində ilkin təlimat, onlar sərbəst işə buraxılmazdan əvvəl, bir
işdən başqa işə və ya digər xüsusiyyətli iş sahəsinə (istehsalat şəraiti dəyişəndə) keçirilən
hallarda aparılır.
Fəhlələrlə ilkin təlimat işin xüsusiyyətindən asılı olaraq, bir neçə növbə ərzində keçirilir,
onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış olurlar. 
Usta, iş rəhbəri təlimatı keçib qurtardıqdan sonra fəhlənin təhlükəsiz iş üsullarını
mənimsəməsinə, onun konkret iş yerinə və peşəsinə aid təhlükəsizlik tələblərini və təlimatı
praktiki bilməsinə əmin olmalıdır.
Xüsusi hallarda, işi, avadanlığın xidməti, sınaqdan keçirilməsi, sazlanması, təmiri

xüsusi
təhlükəli və zərərli maddələrin tətbiqi ilə bağlı olan fəhlələrlə ilkin təlimat keçməkdən əlavə,
sərbəst işləməyə buraxılmazdan əvvəl, bilavasitə iş yerlərində təlimat keçirilməlidir.
Təlimatlandırılan işçinin peşə hazırlığından və işinin xüsusiyyətindən asılı olaraq, onun
təcrübə keçməsi zəruriyyəti və müddəti Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmaqla
müəssisə rəhbərliyi tərəfindən müəyyən edilir.


Təcrübə keçməsi tələb olunan fəhlə peşələrinin siyahısı, Həmkarlar İttifaqı Komitəsi və
yerli nəzarət orqanları ilə razılaşdırılır, müəssisə rəhbərliyi tərəfindən təsdiq olunur.
Vaxtaşırı (təkrar) təlimat.
Bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla, onların
təhsilindən, ixtisas dərəcəsindən, bu və ya digər peşə üzrə iş stajından və tutduqları vəzifədən
asılı olmayaraq vaxtaşırı, hər 3 aydan bir (6 aydan gec olmayaraq) işlərin təhlükəsiz aparılması
üzrə təlimat keçirilməlidir.
Vaxtaşırı təlimat fəhlələrə həm ayrı-ayrılıqda, həm də eyni peşəli fəhlə qrupu ilə keçirilir.
Usta, iş rəhbəri elektrik qurğularına, avadanlıqlara xidmət edən və onların təmiri ilə məşğul olan
fəhlələrlə təlimatı baş energetik və baş mexanik xidməti işçiləri ilə birlikdə keçirir.
Vaxtaşırı təlimat keçirilərkən fəhlələrə mühafizə, xilasedici və qoruyucu vasitələrdən
istifadə etmə, suya düşəni xilas etmə, xəsarət alanlara yardım göstərmə, dəniz obyektlərində
hərəkət etmə qaydaları da öyrədilir.
Növbədənkənar (plandan kənar) təlimat.
İstehsalat zəruriyyətindən irəli gələn xüsusi
hallarda, fəhlələrlə işlərin təhlükəsiz aparılması üzrə növbədənkənar (plandan kənar) təlimat
keçirilməlidir.
Fəhlələrlə növbədənkənar təlimat aşağıdakı hallarda keçirilir:
- istehsalat prosesi (texnoloji) dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər yeniləri ilə əvəz
olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək şəraiti dəyişdikdə;
- müəssisədə, sexdə, sahədə, briqadada bədbəxt hadisə, qəza baş verdikdə;
- yüksək dərəcədə təhlükəsizlik tədbirləri tələb edilən işlərdə 30 təqvim günündən artıq
fasilə olan hallarda;
- fəhlələrin təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin bədbəxt hadisələrə,
qəzalara səbəb ola biləcək dərəcədə pozmaları hallarında;
- əməyin təhlükəsizliyi üzrə yeni qaydaların və təlimatların, standartların qüvvəyə minməsi
ilə əlaqədar fəhlələrə əlavə tələblər haqqında məlumat vermək lazım gəldikdə;
- müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə, yuxarı təşkilatların və Dövlət nəzarət
orqanlarının göstərişi ilə və digər hallarda.
Növbədənkənar təlimat fəhlələrlə fərdi olaraq və ya eyni peşəli fəhlələr qrupu iləkeçirilir.
Fəhlələrlə növbədənkənar təlimatı, ilkin və vaxtaşırı təlimatlar kimi, işlərin bilavasitə
rəhbərləri (iş icraçıları, ustalar və s.) keçirirlər.
Birdəfəlik (cari) təlimat.
Bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri
yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq - icazə)
alarkən birdəfəlik təlimat keçməlidirlər.
Birdəfəlik təlimatı işin məsul rəhbəri (usta, iş icraçısı, sahə rəisi və s.) keçirir və “Heyətə iş
yerində təlimatın keçirilməsinin qeydə alınması jurnalı”nda və tapşırıq icazə vərəqəsində
rəsmiləşdirir.
Texnoloji proseslərin aparılması, qurğu və avadanlıqların təmiri, sazlanması, sınağı və
xidməti ilə məşğul olan, həmçinin təhlükəli və zərərli maddələrlə işləyən bütün işçilər iş yerində
ilkin təlimatlandırmadan sonra, sərbəst işə buraxılmazdan əvvəl, bilikləri yoxlanılmaqla,
müvafiq qaydada təhlükəsiz iş üsullarını öyrənməlidirlər.
Qeyd
. Müvafiq hazırlığı haqqında sənədi olan fəhlələrlə əvvəlcə iş yerində ilkin təlimat
keçirilməli, biliyi yoxlanıldıqdan sonra sərbəst işə buraxılmalıdır. 
Fəhlələrin müəyyən olunmuş forma üzrə peşə təlimi (nəzəri və praktiki) təsdiq olunmuş
proqram üzrə aparılır. Təlim proqramlarında əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin
(ƏTSS) qüvvədə olan təhlükəsizlik qayda, norma və standartların tələblərinin öyrədilməsi daxil
olmaqla, "İstehsalatda əmək təhlükəsizliyi" mövzusunda olmalıdır.


Yeni texnoloji proseslərin, avadanlıqların, əməyin qabaqcıl üsul və formalarının, əməyin
mühafizəsi sahəsində digər nailiyyətlərin istehsalata tətbiqi zamanı, təlim proqramları, sistematik
olaraq əmək təhlükəsizliyi üzrə təlim və praktiki materiallarla təkmilləşdirilməlidir. 
Proqramlar vaxtaşırı, 5 ildən gec olmayaraq yenidən işlənməlidir.
Fəhlələrin biliklərinin yoxlanması müəssisə rəhbəri tərəfindən təyin olunmuş sex, bölmə
rəislərindən birinin sədrlik etdiyi komissiya tərəfindən həyata keçirilir.
Komissiyanın sayca tərkibi, bir qayda olaraq, konkret şəraitə uyğun müəyyən olunur.
Komissiya, üç nəfərdən az olmamaq şərtilə, natamam tərkibdə işləyə bilər.
Komissiyanın işində ancaq bilikləri yoxlanılmış müəssisə işçiləri iştirak edə bilərlər.
Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş işçi
gələcəkdə sərbəst işə buraxılmır. Belə hallarda, işçi əlavə təlim keçir və 2 həftə ərzində onu
biliyi təkrar yoxlanılır.
Əgər təkrar yoxlama zamanı fəhlənin biliyi yenidən qeyri-kafi qiymətləndirilərsə, sexin
rəhbərliyi onun işə buraxılması haqqında məsələni həll etməlidir.
İşçinin biliyinin vaxtaşırı yoxlanılması bir ildən bir, (cədvəl üzrə) biliyinin ilkin
yoxlanılması ilə eyni qaydada, eyni biletlər və protokol üzrə keçirilir. 
Fəhlələrin biliklərinin növbədənkənar yoxlanılması istehsalat (texnoloji) prosesi
dəyişdikdə, yeni avadanlıqlar və mexanizmlər tətbiq olunduqda, yeni təhlükəsizlik qayda və
normaları, işin təhlükəsiz gedişi üzrə yeni təlimatlar tətbiq olunduqda, bədbəxt hadisəyə və
qəzaya səbəb olmuş təhlükəsizlik qayda və təlimatlarının tələblərinin pozulması aşkar
olunduqda, müəssisə rəhbərliyinin sərəncamı və ya əmri ilə, yuxarı təşkilatların göstərişi ilə,
fəhlənin biliyi kifayət qədər olmadığı aşkar olduqda, Dövlət nəzarət orqanları və Həmkarlar
İttifaqının texniki nəzarətçilərinin tələbi ilə, başqa işə keçirildikdə və ya 6 ay fasilə olduqda
aparılır. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə