Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


İstehsal proseslərinə və avadanlığına əmək təhlükəsizliyi standartlarının ümumi



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə42/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   38   39   40   41   42   43   44   45   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

4.4. İstehsal proseslərinə və avadanlığına əmək təhlükəsizliyi standartlarının ümumi
tələbləri
İstehsal proseslərinə ümumi təhlükəsizlik tələbləri üzrə standartda proseslərin
təhlükəsizliyini təmin etmək üçün kompleks tədbirlər nəzərdə tutulur. Bu tədbirlər, istehsal
prosesini təşkil etdikdə həll edilən məsələlərdə öz əksini tapır.


Texnoloji proseslərin layihələri hazırlandıqda və həyata keçirildikdə aşağıda göstərilən
tələblər nəzərə alınmalıdır:
- işçilər bilavasitə zərərli təsir göstərə bilən xammal, material, hazır məhsul və istehsalat
tullantıları ilə təmasda olmamalıdırlar;
- təhlükəli və zərərli istehsal amillərinin yaranması ilə xarakterizə olunan texnoloji proses
və əməliyyatlar, bu amillər ilə xarakterizə olunmayan proses və əməliyyatlar ilə əvəz
edilməlidir;
- təhlükəli və zərərli istehsal amilləri yaradan texnoloji proses və əməliyyatlar kompleks
mexanikləşdirilməli, avtomatlaşdırılmalı və uzaqdan idarə olunmalıdır;
- ayrı-ayrı texnoloji əməliyyatlarda yaranan təhlükəli və zərərli istehsal amilləri barəsində
informasiyanı vaxtında almaq mümkün olmalıdır;
- işçilərin mühafizəsini və istehsal avadanlığının qəzasız işləməsini təmin edən texnoloji
prosesə nəzarət və idarəetmə sistemləri tətbiq edilməlidir;
- işçilərin kollektiv mühafizə vasitələrindən istifadə etmə imkanları olmalıdır;
- monotonluğun və hipodinamiyanın qarşısını almaq, əməyin ağırlığını məhdudlaşdırmaq
məqsədilə iş və istirahət vaxtı səmərəli təşkil edilməlidir;
- təhlükəli və zərərli istehsal amilləri yaradan istehsalat tullantıları vaxtlı-vaxtında kənar
edilməli və zərərsizləşdirilməlidir.
Əgər istehsal prosesində işçilərə zərərli təsir göstərə biləcək materialların istifadə edilməsi
vacibdirsə, bu zaman işçiləri mühafizə edən vasitələrdən mütləq istifadə olunmalıdır.
İşçiləri mühafizə edən vasitələrin tətbiq edilməsi, təhlükəli və zərərli maddələrin iş
zonasından kənar edilməsini və zərərli amillərin faktiki səviyyələrini sanitariya normalarına
uyğun səviyyəyə endirilməsini təmin etməlidir. Bu vasitələr, həmçinin, işçiləri texnoloji prosesin
gedişatı və ya onda yaranan pozuntular zamanı əmələ gələn təhlükəli və zərərli amillərin
təsirindən mühafizə etməlidirlər.
İstehsal avadanlığına ümumi təhlükəsizlik tələbləri üzrə standartda, onun quraşdırılması,
istismarı, təmiri, nəql edilməsi və saxlanması zamanı ayrıca və ya texnoloji sistem tərkibində
istifadə edilməsindən asılı olmayaraq, əməyin təhlükəsizliyini təmin etməli olan tədbirlər
kompleksi göstərilmişdir.
İstehsal avadanlığının konstruksiyası səs-küyün, ultrasəsin, infrasəsin aradan
qaldırılmasını və ya onların faktiki səviyyələrinin yol verilən səviyyəyə qədər endirilməsini
təmin etməlidir.
İstehsal avadanlığının təhlükəsizliyi onun layihəsi hazırlandıqda aşağıdakılar nəzərdə
tutulmaqla təmin edilməlidir:
- iş prinsipinin, konstruktiv sxemlərin, konstruksiyanın təhlükəsizlik elementlərinin düzgün
seçilməsi;
- konstruksiyada mexanikləşdirmə, avtomatlaşdırma və uzaqdan idarəetmə sistemlərinin
tətbiqi;
- konstruksiyada mühafizə vasitələrindən istifadə edilməsi,
- erqonomik tələblərin yerinə yetirilməsi;
- texniki sənədlərdə təhlükəsizlik tələblərinin qeyd edilməsi.
İstehsal avadanlığı nəmlik, günəş radiasiyası, mexaniki titrəyiş, külək və bu kimi xarici
təsirlərə məruz qaldıqda təhlükəli vəziyyətlər yaratmamalıdır.
İstehsal avadanlığının hazırlanmasında istifadə edilən materiallar təhlükəsiz və zərərsiz
olmalıdır. Gigiyenik yoxlamalardan və yanğın təhlükəsizliyi sınaqlarından keçməyən yeni
maddə və materiallardan istifadə olunmamalıdır.


İstehsal avadanlığının tərkib hissələri (o cümlədən borular, kabellər və bu kimi hissələr)
elə hazırlanmalıdır ki, onlar təsadüfən zədələndikdə təhlükəli vəziyyətlər yaratmasınlar. İstehsal
avadanlığı yanğın və partlayış cəhətdən təhlükəsiz olmalıdır.
Əgər istehsal avadanlığının hərəkət edən hissələri insanlar üçün təhlükəli vəziyyət
yaradırlarsa, onlar çəpərlənməli və ya başqa mühafizə vasitələrilə təchiz edilməlidirlər. Bu hal
texniki cəhətdən mümkün olmadıqda, avadanlıq işə salınmanı xəbərdar edən siqnalizasiya
vasitələri və təhlükə yarandıqda işi dayandıran sistemlərlə təchiz olunmalıdır.
İstehsal avadanlığından ayrılan (və ya udulan) istiliyin miqdarı, eləcə də zərərli maddələrin
və nəmliyin miqdarı, onların iş zonasında yol verilən normadan çox olmasına səbəb
olmamalıdır. İş prosesində ayrılan zərərli, partlayış və yanğın təhlükəli maddələrin bilavasitə
ayrıldığı yerlərdən kənar edilməsi üçün istehsal avadanlığı xüsusi qurğu ilə təchiz edilməli, bu
qurğunu birləşdirmək üçün xüsusi yer nəzərdə tutulmalıdır. Təhlükəli və zərərli maddələr
tullantılarından istifadə etmək üçün, onları zərərsizləşdirmək məqsədilə xüsusi qurğular nəzərdə
tutulur. Birgə tullanmalarına yol verilməyən maddələrin nəqli üçün ayrı-ayrı atqı xətləri
qurulmalıdır. İstehsal avadanlığının konstruksiyasında elektrik təhlükəsizliyi qaydalarının
tələblərinə cavab verən elektrik cərəyanından mühafizə tədbirləri nəzərdə tutulmalıdır.
İstehsal avadanlığının idarəetmə sistemləri elə yerinə yetirilməlidir ki, funksional
sistemlərin birgə işi zamanı təhlükəli vəziyyətlər yaranmasın. Avadanlığın konstruksiyasında
onun normal iş rejiminin pozulmasının siqnalizasiyası, vacib hallarda isə avtomatik
dayandırılması və ya qəza vaxtı enerji mənbəyindən açılması sistemləri nəzərdə tutulmalıdır.
İstehsal avadanlığının işçi orqanları (həmçinin tutucu, sıxıcı və qaldırıcı qurğuları) onlara
enerji verilməsi kəsildikdə (elektrik cərəyanı, hidrosistemlərə maye, pnevmosistemlərə sıxılmış
hava və s) təhlükəni aradan qaldıran vasitələrlə təmin edilməlidir. Enerji verilməsi yenidən bərpa
edildikdə isə, həmin işçi orqanların öz-özünə işə düşmələrinin qarşısı alınmalıdır.
İstehsal avadanlığının elektrik dövrəsində elə bir açıcı qurğu nəzərdə tutulmalıdır ki, bu
qurğu bütün elektrik dövrələrini mərkəzləşdirilmiş qaydada qidalandırıcı şəbəkədən aça bilsin.
İstehsal avadanlığının konstruksiyasına daxil olan iş yerləri təhlükəsiz və iş üçün rahat
olmalıdır. Avadanlığın konstruksiyası onun istismar edildiyi şəraitə uyğun olan yerli
işıqlandırma sistemi ilə təchiz edilməlidir.
Xüsusi hallarda, işçiləri xarici şəraitin mənfi təsirindən mühafizə etmək üçün kabinələr
nəzərdə tutulur.
Yuxarıda göstərilən ümumi təhlükəsizlik tədbirlərindən əlavə hər bir istehsalat
avadanlığının spesifik xüsusiyyətini nəzərə alan təhlükəsizlik tələblərinin həyata keçirilməsi
zəruridir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə