Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə45/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   41   42   43   44   45   46   47   48   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

Mühəndis-texniki işçilərin təlimatlandırılmasının təşkili və aparılması.
Müəssisəyə işə
qəbul olunan bütün mühəndis-texniki işçilər (MTİ) ilə, onların iş stajından və istehsalatın
xüsusiyyətindən asılı olmayaraq, işlərin təhlükəsiz aparılması üzrə giriş təlimatı keçirilməlidir.
Müəssisənin obyekt və sexlərində müxtəlif işlər aparan kənar təşkilatların MTİ ilə də giriş
təlimatı aparılmalıdır.
Giriş təlimatı, müəssisəyə işə qəbul olunan mühəndis texniki işçilərin, ilk növbədə iş
rəhbərlərinin (ustaların, icraçıların, sahə rəislərinin) müəssisədə əməyin mühafizəsi üzrə işlərin
təşkilinin əsas məsələləri, ayrı-ayrı obyektlərin, sexlərin və müəssisənin bütövlükdə təyinatı və
əmək şəraiti, təhlükəsiz əmək şəraitinin təmini üzrə onların vəzifələri, əməyin mühafizəsi
məsələləri üzrə rəhbər sənədlərlə (qaydalar, normalar, standartlar, təlimatlar, əmrlər, göstərişlər
və s.) tanış olmaq məqsədilə keçirilir. 
MTİ-lə giriş təlimatı müəssisənin əməyin təhlükəsizliyi xidməti tərəfindən işlənib
hazırlanan və baş mühəndis tərəfindən təsdiqlənən proqram üzrə keçirilir.
Müəssisəyə işə qəbul olunan, bir vəzifədən digərinə keçirilən ustalarla giriş təlimatından
əlavə, iş yerində də təlimat keçirilməlidir.
Ustaların, icraçıların, iş rəhbərlərinin iş yerlərində təlimatlandırılmasını sex (xidmət, şöbə)
rəhbəri keçirir. Bu zaman, usta, icraçı istehsalatın şəraiti, işin düzgün və təhlükəsiz təşkili
üsulları ilə, iş prosesində vacib olan təlimat, qayda və konkret vəzifələrlə tanış olmalıdır. 
MTİ-lə iş yerlərində vaxtaşırı təlimat keçirilmir. Lazım gəldikdə, onlarla müxtəlif cari
məsələlər üzrə (tapşırıq-icazə ilə işlərin yerinə yetirilməsindən əvvəl, yuxarı təşkilatların
göstərişilə, müəssisə rəhbərliyinin əmr və sərəncamı ilə) növbədənkənar və ya birdəfəlik təlimat
keçirilir.


Bütün aparılan işlərin bilavasitə rəhbərləri (ustalar, iş icraçıları), sex, xidmət və digər
istehsalat bölmələrinin rəisləri işə buraxılmazdan əvvəl və ya müəssisə rəhbərinin sərəncamı ilə
müəyyən olunmuş vaxtda əməyin mühafizəsi məsələləri üzrə müvafiq təlim keçməli və
təhlükəsizlik tələbləri üzrə bilikləri yoxlanılmalıdır.
MTİ-lə əmək mühafizəsi məsələləri üzrə təlim, bir qayda olaraq, müəssisənin baş və aparıcı
mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və müəssisənin baş mühəndisi tərəfindən təsdiq
edilmiş proqram üzrə qrup üsulu ilə aparılır. MTİ bilavasitə onların rəhbərlərinin nəzarəti altında
fərdi təlim keçə bilərlər.
Müəssisələrdə vəzifəyə yeni təyin olunmuş və ya başqa vəzifəyə keçirilmiş bütün
mühəndis-texniki işçilərin, əməyin təhlükəsizliyi məsələləri üzrə müvafiq təlim keçmələrindən
sonra, təhlükəsizlik tələbləri haqqında bilikləri yoxlanılmalıdır.
Birlik, idarə və müəssisələrin rəhbər və mühəndis-texniki işçilərinin, istehsalat şöbələri
rəislərinin, baş mütəxəssislərinin və aparıcı mühəndislərinin biliklərinin ilkin yoxlanılması
müəssisə, birlik rəhbərliyi tərəfindən müəyyən olunmuş müddətdə, vəzifəyə təyin olunduğu
vaxtdan bir ay gec olmayaraq keçirilir.
Ustaların, icraçıların, bilavasitə iş rəhbərlərinin biliklərinin ilkin yoxlanılması sərbəst işə
buraxılmazdan əvvəl keçirilir.
Zəruri hallarda (məsələn elektrik qurğularının istismarında) ayrı-ayrı mühəndis-texniki
işçilər müəyyən qaydada təlim keçməkdən başqa, sərbəst işə buraxılmazdan əvvəl, müəssisə
rəhbərliyi tərəfindən, qüvvədə olan qaydaların tələblərinə uyğun edilmiş müddət ərzində təcrübə
keçməlidirlər.
Vaxtaşırı aşağıdakı şəxslərin bilikləri yoxlanılır:
- ustaların, iş icraçılarının, sahə, qurğu, geofiziki partiyaların və digər bilavasitə iş
rəhbərlərinin – hər il;
- müəssisələrin və onların struktur bölmələrinin rəhbərlərinin, şöbə rəislərinin, xidmət
rəhbərlərinin, baş mütəxəssislərin və digər mühəndis-texniki işçilərin – 3 ildə bir dəfə;
- idarə və müəssisələrin baş direktorlarının, müdirlərinin, rəislərinin, onların müavinlərinin,
əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətləri rəhbərlərinin – 5 ildə bir dəfə. 
Rəhbər heyətin və MTİ-in bilikləri hər il tərtib olunmuş cədvəl üzrə aparılır.
Birlik və müəssisələrin rəhbər və mühəndis-texniki işçilərinin biliklərinin növbədənkənar
yoxlanılması aşağıdakı hallarda keçirilir:
- yeni və ya yenidən işlənib hazırlanmış təhlükəsizlik qayda və normalar qüvvəyə
mindikdə;
- istehsalatda yeni növ avadanlıqlar və ya yeni istehsalat prosesləri tətbiq olunduqda;
- onların rəhbərlik etdiyi işlərdə və obyektlərdə təhlükəsizlik qayda və normalarının
pozulması aşkar olduqda;
- yuxarı təşkilatların göstərişi, Dövlət nəzarət orqanları və Həmkarlar İttifaqının əmək üzrə
texniki müfəttişlərinin tələbi ilə.
Biliklərin növbədənkənar yoxlanılmasının zəruriyyəti, həcmi və müddəti, hər bir konkret
halda, müəssisə və ya birliyin rəhbərliyi tərəfindən müəyyən olunur.
Müəssisənin ustalarının, baş ustalarının, mühəndislərinin, sex, sahə rəislərinin, onların
müavinlərinin və digər mühəndis-texniki işçilərinin biliklərini müəssisədə əməyin təhlükəsizliyi
üzrə daimi fəaliyyət göstərən komissiya (DFK) yoxlayır.
Sex və sahələrin qalan MTİ-in biliklərinin yoxlanılması, tərkibində sex rəisi, sex rəisinin
müavini, əməyin təhlükəsizliyi xidməti işçiləri, müəssisənin texniki-istehsalat xidmətinin


mütəxəssisləri daxil olan komissiya tərəfindən həyata keçirilir. Bu komissiyalar müəssisə
rəhbərinin əmri ilə yaradılır.
Müəssisənin rəhbər işçilərinin, baş mexaniklərinin, baş energetik və əməyin təhlükəsizliyi
xidməti işçilərinin, baş mütəxəssislərinin, şöbə rəislərinin və birliyin idarəetmə aparatının digər
MTİ-in biliklərinin yoxlanılması birliyin əməyin təhlükəsizliyi üzrə DFK-sı və ya yoxlanılan
işçilərin vəzifəsindən asılı olaraq, DFK-nın köməkçi komissiyası tərəfindən həyata keçirilir.
Müəssisələrin baş energetiklərinin biliklərini birliyin baş energetikinin sədrlik etdiyi
komissiya yoxlayır.
Birliyin tabeliyində olan idarə, müəssisə və digər təşkilatların rəhbər işçilərinin, baş
mütəxəssislərinin, əməyin təhlükəsizliyi xidmətinin rəhbərlərinin biliyi, yoxlanılan işçilərin
vəzifəsindən asılı olaraq, birliyin əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası
tərəfindən yoxlanılır.
Rəhbər və mühəndis-texniki işçilərin biliklərini yoxlayan komissiyalarda birliyin, idarənin,
müəssisənin, Həmkarlar İttifaqları komitələrinin, Dövlət nəzarət orqanlarının, nümayəndələri
iştirak edə bilərlər.
Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş şəxs
komissiyanın qərarı ilə işə bilavasitə rəhbərlikdən kənarlaşdırılır və 2 həftə müddətində təkrar
yoxlamadan keçir.
Təkrar yoxlama zamanı da, qeyri-kafi nəticələr göstərən şəxslərə qarşı komissiya, hüquqi
qaydada müdiriyyət qarsısında onların tutduğu vəzifədən azad olunması haqqında məsələ
qaldırır.
Müəssisələrdə əməyin mühafizəsinin ən mürəkkəb məsələləri üzrə bilik səviyyəsinin
artırılması məqsədi ilə, müəyyən olunmuş qaydada, qısa seminarlar, kurslar və mühazirələr təşkil
olunmalı, konferensiya və müşavirələr, həmçinin əməyin mühafizəsi məsələləri üzrə qabaqcıl
kollektivlərin təcrübəsi və təcrübə mübadiləsi keçirilməlidir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə