Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə53/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   49   50   51   52   53   54   55   56   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

5.6. Erqonomika baxımından iş şəraiti 
Yüksək effektliyə malik istehsalat yaratmaq üçün müxtəlif və mürəkkəb problemlərin
hərtərəfli həlli tələb olunur. Bu məqsədə, elmi-texniki tərəqqi, təsərrüfat sisteminin təkmilləşdi-
rilməsi, demokratiyanın daha da inkişafı, zəhmətkeşlərin nəzəri və ixtisas səviyyələrinin inkişafı
ilə nail olmaq olar.
XX əsrin əvvəllərində texniki proqresin yaranması yeni əmək fəaliyyətinin yaranmasına
səbəb oldu. Yüksək sürət və dəqiqlik tələb edən bu proseslər insan psixologiyası qarşısında
əvvəlkindən fərqli olaraq tamamilə başqa tələbatlar qoydu. Bu məqsədlə, insan psixologiyası ilə
əmək məhsuldarlığı arasında asılılığı öyrənən yeni elmlərin inkişafı öz təşəkkülünü tapdı.
Ayrı-ayrı elm sahəsində insan biliyinin artması, bu elmlər arasında geniş kontaktın
yaranmasını tələb edirdi. Belə ki, əməyin gigiyenası əməyin fiziologiyasına, əməyin psixologiya-
sı isə gigiyena və texniki sistemlərə və s. müraciət etməyə başladı. Belə halın yaranması təbii
hesab edilirdi. Axı insanın əmək fəaliyyəti onun psixologiyasından asılıdır. Bu fəaliyyətin
imkanını texnika və avadanlığın imkanından ayırmaq mümkün deyil. Belə bir hal xüsusilə
istehsalat proseslərinin avtomatlaşdırılması zamanı böyük əhəmiyyətli idi.
Texnikanın inkişaf sürətinin artması müsbət nəticə verməklə yanaşı, mənfi sosial
problemlərin ortaya çıxmasına da səbəb olur. İnsan bəzən tam psixofizioloji hədd sərhədində
mürəkkəb bir şəraitə düşür. Bu vaxt insan, həmçinin idarə sisteminin effektli işləməsi üçün
məsuliyyət daşıyır. Belə şəraitdə edilən cüzi bir səhv ağır nəticələrə gətirib çıxara bilər. Elə buna
görə də, texniki proqres bütün kəskinliyi ilə “İnsan-Maşın” probleminin həll edilməsini qarşıya
qoydu. Yəni, hər hansı bir maşının konstruksiyası vəiş fəaliyyəti, onu idarə edən insanın
xarakteri və imkan dairəsi ilə uyğun yarandı. Buradan belə nəticəyə gəlmək olur ki, hər hansı bir
maşın layihə edildikdə, söhbət tək həmin maşının konstruksiyasından yox, “İnsan-Maşın-
İstehsalat əhatəsi” sistemindən getməlidir. Bu kompleks sisteminin öyrənilməsi Erqonomika
elminin ortaya çıxma zərurətini yaratmışdır. Təbiidir ki, göstərilən problemlərin həlli ilə
əvvəllər, bu və ya digər dərəcədə, psixologiya, fiziologiya, əməyin gigiyenası elmləri məşğul
olmuşlar. Lakin, Erqonomika elmi “İnsan-Maşın-İstehsalat əhatəsi” sistemini kompleks
öyrənmək üçün göstərilən elmlərlə yanaşı, texniki elmlərin birgə əlaqəsindən yaranmışdır.
Erqonomika sərbəst bir elm kimi sübut edir ki, texnika necə və nə dərəcədə inkişaf edirsə
etsin, o, yenə də insan beyninin və əlinin məhsulu olaraq qalır. Yəni, hər şey insan fəaliyyətinin
imkan dairəsində olmalıdır.
Beləliklə, demək olar ki, Erqonomika, insanın maşınla əlaqəsi zamanı, fəaliyyətini
kompleks şəkildə öyrənməklə məşğul olan bir elmdir.


Erqonomika elmi inkişaf mərhələsinə görə iki yerə ayrılır: – “düzəliş” və “layihə”.
“Düzəliş” köhnəlmiş konstruksiyada müəyyən düzəlişlər apararaq onu müasirləşdirmək, “layihə”
isə yeni müasir konstruksiyaların layihəsini tərtib etməklə məşğuldur.
İnsan fəaliyyətinə təsir edən təhlükəli və zərərli faktorları aşağıdakı dörd qrupa bölmək
olar:
- insan fəaliyyəti və hərəkətinin orqanizmə təsiri;
- maşının işi və xüsusiyyəti;
- istehsalat mühiti;
- “Maşın - İnsan sistemi”ndə (MİS) biotexniki kompleks.
Mühəndisi psixologiyanın xüsusiyyətinə uyğun olaraq tədqiq edilən və ya layihələndirilən
hər hansı bir “Maşın-İnsan sistemi”ndə, əsasən, informasiyanın qəbulu, təhlili və ötürülməsinin
keyfiyyət və kəmiyyət xarakterləri öyrənilir.
Müasir MİS-də informasiyanın qəbulu müxtəlif kanallar vasitəsilə aparılır. Burada, insanın
funksional imkanı və xüsusiyyəti nəzərə alınır. Bu kanallar, analizatorların ümumi qruplarında
cəmlənirlər.
Qəbul olunmuş informasiyanın təhlil edilməsi “yaddaş” və “fikirləşmə” xüsusiyyətlərinin
vacibliyini tələb edir.
İnsan fəaliyyətinin iş prosesində olan daha bir göstəricisi, onun antropometrik
göstəricisidir.
İnsanın məqsədəuyğun fəaliyyəti, onun informasiyanı ardıcıl olaraq qəbul edib analiz
etməsindən ibarətdir. Qeyd etdiyimiz kimi, bu proses analizatorlar vasitəsilə həyata keçirilir.
Analizatordan alınan informasiya sensor adlandırılır. Buna uyğun olaraq, psixologiya elmi
“sensor prosesi”, “sensor hissiyyatı” və s. terminlərindən istifadə edir. Analizatorun prinsipial
sxemi aşağıda göstərildiyi kimidir: 
Sxemdən göründüyü kimi, qəbuledici xaricdən gələn siqnalları qəbul edir, onu müəyyən
dərəcədə işlədir, onlarda bioelektrik siqnalları yaradır və mərkəzi sinir sisteminə ötürür. Mərkəzi
sinir sistemində aparılan analiz nəticəsində bioelektrik əmri yaranır və bu yenidən qəbulediciyə
ötürülür. Qəbulediciyə gələn bu siqnallarla onda optimal iş rejimi və s. faktorların tənzimi
yaranır.
Qəbul olunan siqnalların xüsusiyyətindən asılı olaraq siqnalizatorları “xarici” və “daxili”
olmaqla iki hissəyə bölürlər.
Xarici siqnalizatorlara aid edilir:
- görmə (qəbuledici gözdür);
- eşitmə (qəbuledici – qulaqdır);
- ağrı, temperatur (qəbuledici – dəri);
- iy (qəbuledici – burun);
- dad (qəbuledici – dilin üstü, dodaq).
Daxili analizatorlara aid edilir:
- kinestetik (qəbuledici – əzələlər);
- vestibülyar (qəbul edici – qulağın içərisi);
- xüsusi (bədənin daxili hissəsi).
qəbuledici
beyin
əsəb əlaqələri
xarici siqnallar


MİS-də insan faktorunu qiymətləndirən əsas göstəricilər sürət (bir dövrün tənzimlənmə
vaxtı), dəqiqlik və etibarlılıqdır.
Sadə bir konturlu sistemdə bir dövrün tam tənzim vaxtı aşağıdakı kimi tapılır:

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə