Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


MÜHAZİRƏ 5 5.1. Zədələnmə, bədbəxt hadisə və peşə xəstəliyi anlayışları



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə49/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   45   46   47   48   49   50   51   52   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

MÜHAZİRƏ 5
5.1. Zədələnmə, bədbəxt hadisə və peşə xəstəliyi anlayışları
Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası təlimatlarının,
qayda və normalarının pozulması iş zamanı zədələnməyə, zəhərlənməyə və peşə xəstəliklərinə
səbəb olur.
Qəflətən xarici təsir nəticəsində baş vermiş zədələnməyə travma deyilir. Zədələnmələrə
əzilmə, yaralanma, sümüklərin sınması, kimyəvi və yaxud termiki yanma, donma, istivurma,
kəskin zəhərlənmə, elektrik cərəyanı ilə zədələnmə və s. misal ola bilər.
Travma hadisəsi çox zaman bədbəxt hadisələrlə eyniləşdirilir. Bədbəxt hadisələr
istehsalatla əlaqəli və əlaqəsiz olur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt
hadisələrin təhqiqi və uçota alınması” Qərarına (27 №-li Qərar, Bakı şəhəri, 28 fevral 2000-ci il)
əsasən istehsalatda baş verən bədbəxt hadisələr aşağıda göstərilən hallarda təhqiq edilməli və
uçota alınmalıdır:
- əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin
müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;
- müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan
verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən;
- müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də
daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində;
- keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi
müddətdə;
- işçi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin
yerinə yetirilməsinə cəlb edildiyi müddətdə;
- istehsal avadanlıqları və obyektlərində qəza zamanı;
- növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan
sürücü, dəniz, çay və hava nəqliyyatının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və
başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt;
- işçilər xidmət obyektlərinin arasında iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud
piyada gedərkən, həmçinin işəgötürənin və onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən
fəaliyyət göstərdikləri müddətdə;
- işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə
yetirdiyi vaxt;
- əmək vəzifələrini yerinə yetirərkən, işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri
yetirildikdə, yaxud o öldürüldükdə;
- əmək vəzifələrini yerinə yetirərkən, itkin düşmələr, zədələnmələr, istivurmalar,
yanmalar, donmalar, suda boğulmalar, ildırımvurmalar, heyvan və həşəratlarla təmas nəticəsində


dəymiş zədələnmələr, həmçinin təbii fəlakətlər (zəlzələlər, sürüşmələr, daşqınlar, qasırğalar və
s.) zamanı alınan zədələr.
İşəgötürən istehsalatla əlaqədar olan bədbəxt hadisələr üçün məsuliyyət daşıyır.
Əgər hadisə, müəssisədə təhlükəsiz əmək şəraitinin təmin edilməsindən əlavə, fəhlə, yaxud
qulluqçunun ehtiyatsızlığı, müəssisədaxili intizamı pozması ilə əlaqədardırsa, onda qarışıq
məsuliyyət vəziyyəti yaranır. Bu zaman, maddi təminat hər iki tərəfin təqsir dərəcəsindən
asılıdır. İstehsalatla əlaqədar bədbəxt hadisələrin maddi kompensasiyası qanunvericiliyə əsasən
müəssisə hesabına ödənilir.
İstehsalatda sanitariya normalarının pozulması nəticəsində istehsalat zərəri peşə
xəstəliklərinə səbəb ola bilər. 
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, peşə xəstəlikləri dedikdə,
zərərli
əmək şəraitinin insan orqanizminə mənfi təsiri nəticəsində əmələ gələn xəstəliklər nəzərdə
tutulur. Peşə xəstəlikləri bir neçə qrupa bölünür:
-
Kəskin peşə xəstəlikləri
– zərərli istehsalat amillərinin insana bir iş növbəsindən artıq
olmayan müddətdə təsiri nəticəsində əmələ gələn xəstəlik, məsələn, fərdi mühafizə
vasitələrindən istifadə etmədən zəhərli kimyəvi maddələrlə işlərin aparılması zərərli peşə amili
hesab olunur;
Xroniki peşə xəstəlikləri

zərərli istehsalat amillərinin insana uzunmüddətli təsiri
nəticəsində yaranan xəstəliklədir (işçi zonanın havasında zərərli maddələrin yüksək qatılıq həddi,
səsin, titrəyişin yüksək səviyyədə olması və s.).
Zərərli və təhlükəli istehsalat amilləri mənşəyinə görə dörd qrupa bölünür: fiziki, kimyəvi,
bioloji və psixofizioloji.
Təhlükəli fiziki amillərə aiddir: hərəkət edən maşın və mexanizmlər, müxtəlif qaldırıcı –
nəqliyyat qurğuları və daşınan yüklər, istehsalat avadanlıqlarının hərəkət edən və mühafizə
olunmayan hissələri (ötürücü mexanizmlər, kəsici alətlər, fırlanan və yerini dəyişən tərtibatlar və
s.), emal olunan materiallardan sıçrayan və alətlərdən qopan hissəciklər, elektrik cərəyanı,
avadanlıqların və emal edilən materialların səthinin yüksək temperaturadək qızması və s.
Zərərli fiziki amillərə aiddir:
- İş zonasında havanın temperaturunun yüksək və ya aşağı olması;
- Yüksək rütubət və hava axını;
- Səs, titrəyiş, ultrasəs və müxtəlif şüalanma növlərinin (istilik, ionlaşdırma, elektromaqnit
və s.) normadan artıq səviyyədə olması.
İş zonasında havanın yol verilə bilən həddən artıq qazlanması və tozlanması, iş yerlərinin
kifayət qədər işıqlandırılmaması və ya həddindən artıq işıqlandırılması, işıq axını pulsasiyası
insan orqanizminə mənfi təsir göstərən zərərli fiziki amillərdir.
Kimyəvi təhlükəli və zərərli təsir xarakterinə görə aşağıdakı qruplara bölünür:
- ümum toksik;
- qıcıqlandırıcı;
- sensibel;
- mutagen;
- konsorogen.
Bioloji təhlükəli və zərərli amillərə – bakteriyalar, viruslar, bitki və heyvan
mikroorqanizmləri aid edilir.
Psixofizioloji təhlükəli və zərərli istehsalat amillərinə aiddir:
- Fiziki cəhətdən həddindən artıq işləmək (statik və dinamik);
- Psixi-əsəbi gərginlik (əqli gərginlik, göz və qulağa həddindən artıq gücün düşməsi və s.).


Göstərilən dörd qrup təhlükəli və zərərli istehsalat amilləri arasında müəyyən qarşılıqlı
əlaqə müşahidə olunur. Belə ki, bəzi hallarda zərərli amillərin mövcudluğu xəsarət alınmasına
səbəb olur. Məsələn, istehsalat otaqlarında həddindən artıq rütubət və cərəyan keçirən tozun
(zərərli amil) olması elektrik cərəyanından (təhlükəli amil) xəsarət alma təhlükəsini artırır.
Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd etmək olar ki, istehsalat
zədələnmələri və peşə xəstəlikləri dözülməz hadisədir və onlar, əsasən, təşkilati və texniki
səbəblərdən törəyir. Ona görə də, hər bir bədbəxt hadisə, peşə zəhərlənməsi və xəstəlikləri
respublikamızda mövcud qanunlar əsasında ciddi təhqiq olunur. Bədbəxt hadisələrin və peşə
xəstəliklərinin araşdırılması və uçota alınması bütün müəssisələr üçün vahid sistemlə aparılır və
həmin hadisələrin səbəbləri vaxtında aradan qaldırılır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə