Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


İstehsalat bədbəxt hadisələrinin səbəbləri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə52/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   48   49   50   51   52   53   54   55   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

5.4. İstehsalat bədbəxt hadisələrinin səbəbləri
İstehsalatda baş verən bədbəxt hadisələrin səbəblərini üç qrupa ayırmaq olar: 1) təşkilati;
2) texniki; 3) sanitariya – gigiyena.
Təşkilati səbəblərə bunlar aiddir
:
- texnoloji prosesin pozulması;
- əməyin düzgün təşkil edilməməsi;
- avadanlığın düzgün planlaşdırılmaması; iş yerinin düzgün təşkil edilməməsi;
- görülən işə uyğun olmayan avadanlıqdan, qurğudan və alətdən istifadə edilməsi;
- görülən işə rəhbərliyin nəzarətinin olmaması;
- işçinin sənətinə uyğun olmayan işə cəlb edilməsi;
- işçilərə təhlükəsiz icra üsullarının öyrədilməməsi;
- təhlükəsizlik texnikası üzrə təlimatların pozulması;
- fərdi mühafizə vasitələrinin olmaması və ya onların keyfiyyətsiz olması.
Texniki səbəblərə aşağıdakılar aiddir
:
- texnoloji prosesin təkmil olmaması;
- avadanlığın texniki və konstruktiv çatışmazlıqları;
- energetika və nəqliyyat sistemlərinin konstruktiv çatışmamazlıqları;
- təhlükəsizlik vasitələrinin (bloklama, çəpərləmə, qoruyucular) təkmil olmaması;
Sanitariya –gigiyena səbəblərinə aiddir
:
- iş yerlərində qeyri-normal meteoroloji şəraitin olması;
- iş yerlərinin qeyri-səmərəli işıqlandırılması;
- iş zonası havasının zərərli qazlar, buxar və tozlarla çirklənməsi;
- iş yerində səs-küyün, titrəyişin, ultrasəsin və başqa zərərli şüalanmaların yüksək
səviyyələri;
- gigiyena qaydalarının pozulması, tibbi nəzarətin olmaması və s.
Bədbəxt hadisə bir və ya bir neçə göstərilən səbəblərdən baş verə bilər. Adətən, bu
səbəblər bədbəxt hadisəni təhqiq etdikdə aşkar edilir və onların aradan götürülməsi üçün
tədbirlər görülür.
5.5. İstehsalatda sağlam iş şəraitinə qoyulan tələblər
İstehsalat sanitariyası – istehsalatın zərərli amillərinin işçilərə təsirinin qarşısını olan və ya
azaldan təşkilatı tədbirlər və texniki vasitələr sistemidir. Əvvəldə qeyd edildiyi kimi, istehsalatın
zərərli amili elə amildir ki, onun müəyyən şəraitdə işçiyə təsiri xəstələnməyə və ya əmək
qabiliyyətinin azalmasına gətirib çıxarır.
İstehsalat sanitariyası sanitariya normaları və qaydalarının işlənib hazırlanmasını,
istehsalat müəssisələrində məişət xidməti otaqlarının müvafiq avadanlıqla təchiz olunmasını, iş
yerlərinin səmərəli işıqlandırılmasını və normal mikroiqlimin təmin edilməsini, işçilərin səs-
küydən, titrəyişdən və müxtəlif zərərli şüalanmadan mühafizəsini nəzərdə tutur.
İstehsalat sanitariyası atmosfer havasının mühafizəsi ilə sıx əlaqədardır. Cəmiyyətin
həyatının bütün sahələrini əhatə edən elmi-texniki inkişaf, istehsalın artan inkişaf sürəti,
şəhərlərin böyüməsi, atmosferdən getdikcə daha geniş istifadə olunması və insanın ətraf təbii


mühitə daha geniş miqyasda təsir göstərməsi atmosfer havasının mühafizəsinə diqqəti artırmağı
tələb edir. Respublikamız atmosfer havasının çirklənməsinin, ona digər zərərli təsirlər
göstərilməsinin qarşısını almaq, bunları aradan qaldırmaq məqsədilə elmi surətdə əsaslandırılmış
texniki, iqtisadi, sosial və digər tədbirlər kompleksini həyata keçirir, habelə bu sahədə
beynəlxalq əməkdaşlıq edir.
Əməyin gigiyenası tibb elminin profilaktik hissəsi olub, istehsalatda işçinin daim
işgüzarlığını saxlamaq, işlə əlaqədar olan peşə xəstəliklərini və istehsalatın işçinin səhhətinə təsir
edə biləcək mənfi təsirini aradan qaldırmaq üçün elmi və təcrübi tədbirlərin işlənməsi ilə məşğul
olur.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə