Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin


Neft və neft məhsullarının çirkləndirici xüsusiyyətləri



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə38/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   34   35   36   37   38   39   40   41   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

3.6. Neft və neft məhsullarının çirkləndirici xüsusiyyətləri
Neft məhsulları anlayışı əsasən texniki və analitik istiqa- mətlərdə işlədilir. Texniki
istiqamətdə– mədəndə ilkin hazırlıq keçən xam neft və təsərrüfatın müxtəlif sahələrində istifadə
edilən neft məhsulları başa düşülür. Analitik istiqamətdə– heksanda həll olmuş az polyar və
qeyri-polyar məhsullar nəzərdə tutulur. Analitik neft məhsullarına bütün yanacaq növləri,
həlledicilər, sürtgü yağları aid edilir. Ağır qətran, asfaltenli neftlər və bitumlar, bir sıra başqa neft
məhsulları, həmçinin mikrobioloji və fiziki-kimyəvi proseslərin nəticəsində sularda və
süxurlarda uzun müddətli qalması nəticəsində neft məhsullarından əmələ gələn maddələrdə
analitik neft məhsullarına aiddir. Ətraf mühitin çirklənməsi və nəzarətin qiymətləndirilməsi
üçün, neft məhsullarını canlı orqanizmlərin zərərlilik dərəcəsinə, ətraf mühitdə parçalanma
sürətinə və biosenozlarda, sularda, süxurlarda, torpaqda və atmosferdə yaratdığı dəyişikliyə görə
qruplara bölürlər. Bu və ya digər qrupa aid olunmasını təyin etmək üçün, adətən, neft
məhsullarında və yaxud neftin tərkibində olan yüngül fraksiyaların, ağır parafinlərin və
kükürdün miqdarı təyin edilir.
Neft məhsullarının əsas komponentləri karbohidrogenlərdir. Karbohidrogenlərlə yanaşı,
neft məhsullarının tərkibində kükürd, azot və oksigen də mövcuddur. Quyulardakı qəza nəti-


cəsində və yaxud borularda baş verən sızmaların nəticəsində xam neftin axması zamanı,
texnogen təsirin əsas gücü əksər hallarda torpağa olur. Neft torpağa və suya düşərək özü ilə
landşaftlardakı geokimyəvi balansı pozan müxtəlif kimyəvi birləşmələr əmələ gətirir. Bu
pozuntu mühitin fiziki halının dəyişməsi, onun su – hava rejiminin dəyişilməsi, toksiki maddə-
lərin yığılması və biosenozun ayrı-ayrı komponentlərinin təsirinin azaldılması, torpağın
tərkibinin və onun hidro-azot balansının dəyişməsi, ayrı-ayrı mikroelementlərin miqrasiya
xüsusiyyətlərinin yaranması və bitiminoz arealların əmələ gəlməsi ilə nəticələnir.
Karbohidrogenlə çirklənmə torpaqdaxili suda həll olunan üzvi birləşmələrdən olan az molekullu
turşuların, spirtlərin və s. artırılmasına gətirib çıxarır. Onların spektri çirklənmənin struktur
tərkibi ilə təyin olunaraq, kifayət qədər geniş olub, Fe və Al ionları ilə daxili və tez həll oluna
bilən kompleks birləşmələrin əmələ gəlməsi xüsusiyyətinə malik olur. Məhz bu birləşmələrin,
torpağın mineral hissəsinin komponentlərinin torpaqdan çıxmasında xüsusi rolu vardır. Xam
neftin tərkibində olan aromatik karbohidrogenlərin oksidləşməsi zamanı fenol tipli birləşmələr
və onların törəmələri əmələ gəlir. Sonrakı mərhələdə onlar polimerləşirlər. Mono və oliqomer
ölçülü formada bu maddələr yüksək fizioloji aktivliyə malik olurlar. Kiçik molekullu fenollar
torpaqda yığılaraq onu zəhərləyirlər. 
Atmosfer oksigeninin çətin daxil olduğu neftlə çirklənmiş torpaqların aşağı qatlarında üzvi
birləşmələrin və anaerob şəraitdə karbohidrogenlərin komponentlərinin parçalanması nəticəsində
toksik qatılıqda turşu oksidlərinin toplanması baş verir. Spirt, kükürd, hidrogen və başqa
məhsullar bitkilərə məhvedici təsir göstərir. Yağlı turşular torpağın aşağı qatlarında yığılaraq
onun hidrofobluğunu artırır və bunun nəticəsində, su saxlama xüsusiyyətini azaldır. Neft torpağa
düşərək onun fiziki xüsusiyyətlərini köklü olaraq dəyişir. О, kəskin hidrofobluq xüsusiyyətini
torpağın ayrı-ayrı hissələrinə ötürür. Neftlə çirklənmiş torpağın yuxarı qatlarında hidrofobluğun
artması göstərici olaraq, onun aşağıda yerləşən (20-25 sm) qatlarında nəmliyin artmasına gətirib
çıxarır. Bunun səbəbi, torpağın neftlə çirklənmiş yuxarı qatında nəmliyin transpirasiyasının
sürətinin azalmasıdır. Bu zaman, hava rejimi kifayət qədər pozulur ki, bu da özünü təmizləmə
prosesinə mənfi təsir göstərir. Torpağın neftlə çirklənməsi onun kimyəvi xassəsinin kifayət qədər
dəyişilməsi ilə müşahidə olunur. “Oksidləşmə - bərpa” prosesi dəyişir, bu bir sıra mikroele-
mentlərin tərkibində köklü meyletmələrə səbəb olur. Torpağın neftlə çirklənməsi nəticəsində
onun aqrokimyəvi xüsusiyyətləri də dəyişir. Bir neçə mühüm bioloji proseslər mövcuddur ki,
bunlar landşaftların xam neftlə çirklənməsinin artmasına səbəb olur. Bunlara onkogenez,
kanserogenez, mutagenezi göstərmək olar. Torpaq müəyyən dərəcədə antimutagen
xüsusiyyətlərə malikdir. Qalıq neft suları ilə yüksək dərəcədə çirklənmə zamanı bu xüsusiyyətlər
tükənə bilər. Bu zaman biotoksiklik mutagen effektliyin orta gücü ilə korrelyasiya edilə bilər.
Neftin tərkibinə daxil olan bir sıra komponentlər də mutagen xüsusiyyətlərə malikdir. Buraya
polisiklik karbohidrogenləri və aromatik karbohidrogenlərin bioloji parçalanması nəticəsində
yaranan fenolu aid etmək olar. Çirklənmə prosesində mutagen təsirli maddələr torpaqda yığılıb
mikrozonalarda kifayət qədər yüksək miqdarda lokallaşır ki, bunun nəticəsində də torpağın
özünün təbii olaraq mutagen aktivliyi artır. Çirklənmiş ekosistem, ixtiyari halda, öz başlanğıc
vəziyyətindən uzaqlaşır və dayanıqsız “metastabil” hala keçir. Bir sox faktorların birgə
təsirindən asılı olaraq, bu sistem yeni şəraitə uyğunlaşaraq ya öz funksional xüsusiyyətlərini
bərpa edir və yaxud “metastabil” haldan tam tənəzzülə uğrayır. 
Neft özü-özlüyündə kəskin toksik xüsusiyyətlərə malik deyil. Aromatik
karbohidrogenlərdən toluol, ksilol, benzol, naftalin, neftin suda həll olunan bəzi fraksiyaları və
onların bioloji oksidləşmiş məhsulları mikrobioloji və biokimyəvi proseslərə toksik təsir
göstərməyə malikdirlər. Bir çox aromatik karbohidrogenlər torpaqdan tez və asanlıqla buxarlanır


və yaxud parçalanırlar. Buna görə də,neftin torpağa toksik təsiri kifayət qədər qısa vaxtda baş
verir. Toksik komponentləri olmayan neft kiçik konsentrasiyalarda müəyyən biostimullaşdırıcı
təsirə malik olaraq, bitkilərin inkişafını və ya qocalmasını tezləşdirir. Yüksək dozalarda neft
orqanizmlərə narkotik təsir göstərir. Bu halda, neft hüceyrələri qeyri-spesifik inhibitor rolunu
oynayır. Xam neftin ağır fraksiyaları torpaq biotuna – heyvan və bitkilərə daha çox mənfi təsir
göstərir. Naftenlərin toksikliyi haqqında məlumat azdır. Bununla belə, onların canlı orqanizmə
təsiri zamanı, stimullaşdırıcı maddə kimi istifadə olunması haqqında kifayət qədər məlumat
mövcuddur. Misal olaraq, Azərbaycan yataqlarındakı Naftalan neftinin müalicəvi təsirini
göstərmək olar. Bununla belə, neftin yüngül fraksiyalarında dövrü alkanların olması onun
müalicəvi təsirini nəinki azaldır, hətta insanlara toksiki təsir göstərir.
Yuxarıda qeyd olunduğu kimi, aromatik karbohidrogenlər daha çox toksik təsirə malikdir.
Suyun tərkibində onların l%-lik konsentrasiyası su bitkilərini məhv edir və onların
biokimyəvi funksiyalarına mənfi təsir göstərir. Ən güclü zəhər benzoldur. 38% aromatik
karbohidrogenlərə malik olan neft bitkilərin inkişafına daha çox mane olur. Neftlərin aromatik-
liyinin artması ilə onların herbesit aktivliyi artır. Bu aşağıdakı ardıcıllıqla baş verir:
parafinlərNeftin tərkibində olan asfaltenlərdəki ağır metallar da toksik təsirə malik ola bilərlər. Ağır
metalların çox yüksək konsentrasiyası mikroorqanizmlər üçün zəhərlidir. Bu xüsusiyyət
hüceyrələrin morfoloji və ya hüceyrə metabolizmində baş verən dəyişikliklərdə, hüceyrələrin
məhvində özünü göstərir. Ekoloji baxımdan, neftin mikroelementləri 2 qrupa ayrılır: toksik və ya
qeyri-toksik. Neftin toksik və ya az toksik mikroelementləri dedikdə: Si, Fe, Al, Mn, Ca, Mg, P
başa düşülür. V, Ni, Co, Pb, Cu, U, As, Hg, Mo və başqa mikroelementlər yüksək
konsentrasiyada biosenoza toksik təsir göstərirlər. Qətran və asfalten tərkibində olan toksik
metalların arasında ən çox yayılanı V və Ni-dir. Hər iki metal neftin qətran, asfalten hissəsi ilə
bağlı olan komponentləridir. Torpağa tökülən 1000 ton neftdə 1 sentner V və Ni ola bilər. Bu
hal, ekoloji vəziyyətin qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalıdır. Ni və xüsusilə V-
nin birləşmələri yüksək konsentrasiyalarda digər zəhərli maddələr kimi təsir göstərərək,
fermentativ aktivliyi azaldır, nəfəs orqanlarını, qan dövranını, əsəb sistemini, insan və heyvanın
dərisini sıradan çıxarır. Neftin yüksək dozaları mikrobiotalara da kəskin toksiki təsir göstərir.
Bələ ki, neft hopduqdan sonra, onda yaşıl və sarı-yaşıl yosunların ölü hüceyrələri aşkar olunur.
Neftin miqdarı 1 ml/l-dən yüksək olduqda, sianobakteriyaların hüceyrələrinin sayını və yaşamaq
qabiliyyətini azaldır.
Torpaq bir çox heyvanlar üçün yaşayış məskənidir. Zooloqların 22 tipə böldüyü
heyvanların 10-u torpaqda yaşayır. Torpaqda sadə, hamar, həlqəvi qurdlar, molyuskalar və s.
yaşayır. Neft, çirklənmiş torpaqda yaşayan heyvanlara uzunmüddətli mənfi təsir göstərərək,
intensiv çirklənmə zonasında, onların kütləvi məhvinə gətirib çıxarır. Torpaqda yaşayan
onurğasızlar – hörümçəklər, böcəklər, cırcıramalar və s. yüksək dozalı neftlərin təsiri altında
sıxıntı çəkirlər. 8 
l
/m
2
və ondan yuxarı dozalarda bütün zooloji qrupların məhvolma təhlükəsi baş
verir. Bu zaman, ilk növbədə, iri onurğasız heyvanlar məhv olur. Sadələri isə tədricən məhv
olurlar. Neftlə çirklənmənin mənfi təsiri əsasən 2 yolla: neft məhsulları ilə birbaşa əlaqə
nəticəsində və bilavasitə çirklənmiş torpaqların xüsusiy- yətlərinin dəyişməsi vasitəsilə göstərilir.
Biosferin çirklənməyə daha həssas komponenti bitki örtüyüdür. Neftçıxarma sahəsinin bitki
örtüyünə mənfi təsirinə misal olaraq, Abşeron yarımadasının neft mədənlərini göstərmək olar.
Neft mədənləri şəraitində bitki örtüyünün dəyişməsinə təsir faktorlarından xam nefti,
minerallaşmış suları və həmçinin müxtəlif tərkibli qazıma məhlullarını göstərmək olar. Bu
zonanın bitkiləri ekstremal şəraitdə inkişaf edir.


Havada, suda və torpaqda toksik maddələrin hətta az konsentrasiyanın olması da bitkilərə
mənfi təsir göstərir. Laboratoriya şəraitində konsentrasiyası 50 ml/kq-dan yüksək olan və torpağa
dağılma miqdarı 8-dən 24
l
/m
2
qədər olan neftin bitkilərə toksik təsiri öyrənilmişdir. Müəyyən
edilmişdir ki, neftin səthə axması zamanı, praktik olaraq, bütün bitkilər məhv olurlar. Onların
yenidən əmələ gəlməsi isə, bitkinin zonal mənşəyindən asılı olaraq 2-3 ildən sonra baş verir.
Neftin və onun məhsullarının bitkilərə mənfi təsirini bildirən xarici əlamətlərə, onların anotomik
– morfoloji göstəricilərinin dəyişməsini, onlarda şişlərin əmələ gəlməsini və rənglərinin
dəyişməsini göstərmək olar.
Beləliklə, torpağın neftlə çirklənməsi onun mikrobioloji, biokimyəvi, fiziki, kimyəvi,
aqrokimyəvi və antimutagen xarakteristikalarına əsaslı təsir edir.
Torpağın, suyun və başqa obyektlərin neftdən təbii olaraq özü-özünü təmizləməsi
mürəkkəb, uzunmüddətli, çox faktorlu proses olub, regionun təbii şəraitindən asılı olaraq bir
neçə onilliklər sürə bilər.
Mürəkkəb təbii obyektlərin dayanıqlıq dərəcəsinin təyini, yəni müxtəlif texnogen
faktorların təsiri altında onların inkişaf proqnozu metodları tədqiq edilməkdədir. Tədqiqatlar
göstərir ki, texnogen təsir zonasında landşaftların fəaliyyətinin qanunauyğunluğu, əsasən,
texnogen xüsusiyyətlərdən (təsirin format dinamikası və intensivliyindən), ilkin təbii sistemin
özünün xassələrindən (onun tərkibindən, istiqamətindən və əsas geokimyəvi proseslərdən) və
ümumi təbii şəraitdən (iqlim, relyef) asılıdır. Göstərilən qrup göstəricilərin zamana və məkana
görə dəyişməsi, texnogenez zonada təbii sistemin dayanıqlığının müxtəlif olmasını müəyyən
edir. Landşaftların neftlə çirklənməyə qarşı dayanıqlığını, fəaliyyət rejiminin potensialının
saxlanması kimi təyin etmək olar. Bu zaman, dayanıqlığın əsas şərti bu rejimin, sistemin fiziki-
kimyəvi xarakteristikaları ilə adekvat olmasıdır. Landşaftların dayanıqlığı anlayışı nisbi
anlayışdır. Xam neftin landşafta hətta bir dəfə belə tökülməsi, oradan landşaft əmələ gətirən
biokimyəvi proseslərin intensiv transformasiya etməsi üçün kifayət olur. Landşaft – biokimyəvi
sistemlərin dayanıqlığı neftin komponentlərinin inert formaya çevrilməsi qabiliyyətindən, onların
bioloji dövretmə mühitindən çıxarılmasından, hava kütləsi, yeraltı və yerüstü axınların
təsirindən, onların yayılmasından asılıdır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə