Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə33/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   29   30   31   32   33   34   35   36   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

ϖ
) bilmək vacibdir:
ϖ
=
σ ∙ F , vt
(3.10)
burada 
σ
– güc axınının sıxlığı, vt/m
2

F
effektiv udulma sahəsi, m
2
.
Elektromaqnit sahəsinin insan bədəninə təsirindən, toxumaların və ayrı-ayrı bədən
üzvlərinin qızması yaranır. Bu dəyişikliyin yaranması bir də onunla izah edilir ki, dalğaların 1-
100 sm diapazonunda, dəri özünü dielektrik kimi aparır və bu zaman bədəndən külli miqdarda su
ayrılır. Qeyd etmək lazımdır ki, enerjinin udulma mexanizmi çox mürəkkəb bir prosesdir. Bu
proses demək olar ki, ion parçalanması, dipol rezonansı udulmalarının məcmuundan ibarətdir.
Şüanın zərərli təsirinin ilk göstəricisi insan bədəninin hərarətinin artmasıdır. Udulan
enerjinin miqdarı artdıqca, bədənin temperaturu yüksəlir. Temperaturun yüksəlməsi öz
növbəsində toxumaların zədələnməsini dərinləşdirir.
İnsan bədəninin bəzi üzvləri şüaya qarşı çox həssas olur və onlarda temperaturun artması
daha intensiv olur. Bu hissələr, istilik mübadiləsini çətin aparan hissələrdir. Adətən, belə
hissələrə intensiv qan dövranı olmayan üzvlər aid edilir. Bunlara misal göz, bəzi bağırsaq
orqanları, sidik yolu və s. göstərmək olar. Bütün bədənin şüalanması bəzi hissələrin
şüalanmasından daha təhlükəlidir. Bu onunla izah edilir ki, bədənin bir hissəsi şüalandıqda qan
dövranı orada yaranan istiliyi kənara aparır.
Elektromaqnit sahəsinin yayılma xarakteri və xassələri dalğanın uzunluğundan (
λ
) asılıdır.
Şüalanma mənbəyindən olan məsafədən asılı olaraq üç zona qeydə alınır: yaxın zona (induksiya
zonası), aralıq zona (interferensiya) və uzaq (şüalanma) zona.
Şüa mənbəyinə daha yaxın olan induksiya zonası mənbədən


2
R

məsafəsi ilə
müəyyən edilir. Bu zonada elektrik sahəsinin gərginliyi (E) və maqnit sahəsinin gərginliyinin (H)
nisbəti şüalanma mənbəyinin növündən asılıdır. Enerjinin sıxlığı olan W, ya elektrik, yaxud da
maqnit sahəsi gərginliklərinə görə hesablana bilər.
Uzaq zona mənbədən aşağıdakı məsafədə yerləşir:


2
R

(3.11)
Bir şərtlə ki,

2
D
2
R

(3.12)
burada D – mənbənin həndəsi ölçüsüdür.


Bu zonada elektrik və maqnit sahələrinin gərginliyi arasında aşağıdakı asılılıq müşahidə
olur.
E
=
377
· H
(3.13)
Dalğa zonasında maqnit sahəsinin effektivliyi təcrübədə şüalanma axını gücünün sıxlığı ilə
(σ) ilə qiymətləndirilir. Bu vahid zamanda (1 san) dalğaya perpendikulyar vahid səthdən keçən
enerjiyə deyilir:
,
H
377
377
E
2
2




W/m
2
(3.14)
Əgər şüalanma
R

2
D
2
λ
şərtini ödəmirsə onda o, difraksiya zonasını tutur. Bu zonada,
elektromaqnit enerjisi müxtəlif istiqamətdə dalğa şəklində yayılır, üst-üstə düşərək maksimum və
dayanan dalğalar sistemini yaradır.
Əgər yaxın məsafədən bu və ya digər əşyalar vasitəsilə dalğaların əks edilməsi baş verərsə
bu zaman həmin zonada difraksiya zonası yaranır.
Difraksiya zonasında şüalanma enerjisi axın gücünün sıxlığı ayrı-ayrı dalğaların sıxlığının
cəminə bərabər olur.
Şüalanma təzyiqindən asılı olaraq, iş yeri dalğa, difraksiya və induksiya zonasında yerləşə
bilər.
Dalğanın uzunluğu 10 sm-dən az olduqda iş yeri həmişə dalğa və difraksiya zonasında
yerləşəcəkdir. Bu zonalar üçün, şüalanmanın qiyməti σ-dan asılı olacaqdır. Dalğanın uzunluğu
bir neçə metrdən çox olduqda isə şüalanma E və H-ın ölçüsü ilə qiymətləndirilir və bunlardan
asılı olaraq, vahid həcmə düşən enerjinin sıxlığı təyin edilir. Bununla əlaqədar olaraq,
şüalanmanın buraxıla bilən səviyyəsi uzun və qısa dalğalar üçün müxtəlif vahidlərdə götürülür. 
Şüalanmanın buraxılabilən səviyyəsi DÜİST 12.1.006-76 “radiotezliklərin elektromaqnit
sahəsi, ümumi təhlükəsizlik tələbləri”nə əsasən təyin edilir.
DÜİST 12.1.002-84-ə görə elektrik sahəsi (ES) gərginliyinin buraxılabilən həddi və insanın
bu həddən asılı olaraq, orada daim qalma müddəti normalaşdırılmışdır. Bu standarta əsasən;
a) ES gərginliyinin buraxılabilən səviyyəsi 25 kV/m qəbul edilir. Bu həddən yuxarı fərdi
qoruyucu vasitəsiz işləmək qadağandır.
b) Gərginliyi 5 kV/m qədər ES-də işçilərin qalma müddəti iş günündən artıq olmamalıdır.
c) ES gərginliyi 5-20 kV/m olduqda insanın həmin zonada iş müddəti aşağıdakı düsturla
hesablanmalıdır:
2
E
50
T


(3.15)
burada 

– həmin zonada insana təsir edən ES gərginliyidir, kV/m.
d) ES gərginliyi 20 kV/m yuxarı olduqda, işçinin həmin zonada işləmə müddəti 10
dəqiqədən artıq olmamalıdır.


Əgər işçi bütün iş günü ərzində müxtəlif gərginlikli ES-də işləyibsə, onun bu zonada
yerləşmə vaxtının yolveriləbilən vaxta çevrilmiş vaxtı aşağıdakı kimi hesablanmalıdır:
T
pr
=
8
(
t
E
1
T
E
1
+
t
E
2
T
E
2
+

t
En
T
En
)
(
2.16
)
burada 
T
pr
– normalaşmış vaxtın bioloji təsirinə ekvivalent olan çevrilmiş vaxt;
t
E
1

t
E
2
...
t
En
– uyğun olaraq iş müddətində verilmiş 
E
1

E
2
...
E
n
gərginlikli zonada işçinin
yolveriləbilənqalma müddəti;
T
E
1
,
T
E
2
...
T
En
– uyğun olaraq işçinin
E
1
,
E
2
...
E
n
gərginlik zonalarında yerləşmə
vaxtıdır.
Çevrilmiş vaxt (
T
pr
) 8 saatdan artıq olmamalıdır. İş yerində şüalanmaya nəzarət etmək
üçün onu vaxtaşırı ölçmək lazımdır.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə