Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə31/117
tarix29.04.2023
ölçüsü1,28 Mb.
#107618
1   ...   27   28   29   30   31   32   33   34   ...   117
Həyat.Təhlükəsizliyi.Müh

D
(
qr
)
=
8,8

10

3

μ
μ
b
∙ D
(
P
) (
3.7
)
burada 
μ
və 
μ
b
– tədqiq edilən maddə və hava üçün zəiflətmə 
əmsalıdır, sm
2
/q.
Müxtəlif ionlaşdırıcı şüaların insan orqanizminə bioloji təsirinin tədqiqi göstərir ki, bu
təkcə udulan enerjinin miqdarından yox, həmçinin ionlaşmanın xətti sıxlığından da asılıdır. Xətti
sıxlıq artdıqca bioloji təsirin dərəcəsi artır. Bunu nəzərə almaq üçün, ekvivalent doza (H)
məvhumundan istifadə edirlər ki, bu da aşağıdakı bərabərliklə təyin edilir.
H
=
D · Q
(3.8)
burada 
D
– udulan doza:
Q
– ölçüsüz əmsaldır və şüalanmanın xətti sıxlığı 
təsirindən yaranan bioloji təsiri göstərir.


Aşağıdakı bir neçə şüalanmalar üçün 
Q
-nin qiyməti verilmişdir:
γ və β şüalanması zamanı, 
Q
=
1
, α şüalanması 10 MeV-dən az olduqda 
Q
=
20
, enerjisi 20
KeV qədər olan neytronlar üçün 
Q
=
3
, enerjisi 10 KeV qədər olan neytronlar üçün 
Q
=
10
.
Ekvivalent doza üçün ölçü vahidi zivert (Zv) qəbul edilib.
Ekvivalent doza üçün xüsusi vahid Ber qəbul edilir (rad-ın bioloji ekvivalenti); 1 ber=0,01
Zv.
Ber elə bir enerji miqdarıdır ki, onun 1 qramı bioloji toxumalar vasitəsi ilə udulduqda 1 rad
rentgen və γ şüalanmasının (Q=1) təsirinə bərabər olur.
Vahid zamanda udulma (ekspozisiya və ekvivalent doza) müvafiq dozanın gücü
adlandırılır.
Radioaktiv parçalanma sürətini xarakterizə etmək üçün yarım parçalanma periodu T1/2
məvhumundan istifadə edilir. Bu vaxt – nüvənin ilk sayının yarısının parçalanma vaxtıdır.
Əksər radioaktiv izotopların yarımparçalanma dövrü saatlar və ya günlərlə ölçülür. Bu
vaxtın bilinməsi hər bir hal üçün vacibdir. Qəza zamanı radioaktiv izotopu aktivsizləşdirmək,
tullantılarının işlənməsi, basdırılması üçün yarım parçalanma vaxtını bilmək vacibdir.
Radioaktiv maddələrin parçalanma sürəti onların aktivliyini göstərir. Aktivliyin ölçü vahidi
bekkerel (Bk) qəbul edilib. Aktivliyin sistemdən kənar vahidi küri (Ki) adlandırılır. 1 saniyədə
3,7·10
10
atom parçalanması 1 Ki qəbul edilib.
Radioaktiv maddələrlə işlədikdə, elə şərait yaradılmalıdır ki, işləyənlərə təsir edən şüa
minimum olmaqla onlarda bu və ya digər xəstəliklərin yaranmasına səbəb olmasın. Keçmiş
SSRİ-də 1969-cu ildə “Radiasiya təhlükəsizlik normaları (RTN-69) qəbul olunmuşdur.
Radioaktiv maddələr bədənin ayrı-ayrı üzvlərinə müxtəlif cür təsir etdiklərinə görə, RTN-
69-а əsasən bədənin üzvləri radioaktiv həssaslığına görə 3 qrupa bölünürlər:
I qrup – bütün bədən, sümük iliyi;
IIqrup – əzələlər, qalxanvarı vəzlər, piy qatı, qara ciyər, dalaq, böyrək, mədə-bağırsaq, ağ
ciyər, göz və i.a. (I və III qrupa daxil olmayan bütün üzvlər);
III qrup – dəri örtüyü, sümük, bilək, çiyin, daban, pəncə. Daxili və xarici şüalanmada
buraxılabilən doza cədvəl 3.5-də verilmişdir.
Cədvəl 3.5.
Daxili və xarici şüalanmada buraxılabilən doza
Şüalanma kateqoriyası
Bədən üzvləri qrupları üçün
buraxılabilən doza ber/il
I
II
III
A – radioaktiv maddələrdə daim
və ya fasilə ilə işləyən şəxslər
5
15
30
B – A kateqoriyalı binalar
yaxınlığında yaşayan şəxslər
0,5
1,5
3,0
V – ümumi əhali
0,17
0,5
1
Şüalanan hər bir şəxs üçün üç sinif normativ müəyyən edilmişdir:
– Əsas doza həddi;
– Buraxılabilən səviyyə (BS);
– Nəzarət səviyyəsi (NS).
A kateqoriyası üçün əsas doza həddi il ərzində ekvivalent dozanın buraxılabilən həddi
(BBD) qəbul edilir. В kateqoriyasıüçün isə ekvivalent dozanın illik həddi qəbul edilir (DH). DH


elə bir illik dozadır ki, bunun 50 il insan orqanizminə təsirindən insan səhhətinə mənfi təsir
olmur. DH miqdarı BBD-dən kiçik olur.
Bütün orqanizmə düşən ümumi şüalanma dozası aşağıdakı şərti ödəməlidir:
D ≤
5
(
N

18
)
(3.9)
burada 
N
– insanın yaşı;
18
– insanın şüalanma təsirinə məruz qalana qədər yaşı. 30 yaşa qədər, bütün hallar üçün,
bu norma 60 ber-dən artıq olmamalıdır.
Ətraf mühitdə yayılaraq insan həyatı üçün təhlükə yaradan məvhumlardan biri də
elektromaqnit şüalarıdır

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə