52
Kadr Siyasətləri
Tələbatların müəyyənləşdirilməsi
Hazırlıq
Şəkil 5.1. Kadrlar İdarəsinin Funksiyalari (Sadələşdirilmiş)
29
.
Kadr Məsələləri üzrə Ortaya Çıxan Korrupsiya Formaları
Kadr məsələləri üzrə qərar verən rəsmilərin olduqca böyük miqyasda kor-
rupsiya imkanları var. Bu həm hərbi qulluqçuların ierarxiya sistemində, həm
də xüsusi kadr idarələrində işləyənlərə aiddir. Hərbi qulluqçunun həyatına
təsir edəcək hər hansı bir qərar stimul ola bilir: sərfəli təyinatlar,maliyyə və
peşəkar mükafatlar və ya nadir güzəştlərin paylanması (məsələn yaşayış evı).
Eynilə, gündəlik həyatla bağlı olan, məsələn,gündəlik iş tapşırıqları və ya
istirahət izni və s. də bura daxildir. Bundan əlavə, rəhbərliyin tabeçilikdə olan-
lar üzərində geniş səlahiyyətləri- həm qanunla, həm də vərdişlə- korrupsiya
üçün imkanlar yaradır. Tabeçilikdə olan hərbçilər təhlükəli və çətin işlərdən
azad olmaq üçün ya özləri yuxarıya rüşvət verirlər, ya da rəhbərlik və ya yaşlı
zabitlər onlardan hədə və şantaj yolu ilə pul qoparırlar. Ümumiyyətlə, kadrlar
sahəsindəki korrupsiya üç əsas prinsipal formada olur: oğurluq/pul qoparma,
rüşvət və nüfuz şəbəkələri.
Oğurluq/Dələduzluq
Hərbi qulluqçuların maaşı və ya maddi rifahı üçün lazım olan şeylərə,
məsələn, yemək,paltar və ya ev məsələlərinə məsul olanlar bu imkanlar-
dan şəxsi qazancları üçün də faydalanırlar. Bunların bir qismi, açıq surətdə
əmtəəni verməməklə həyata keçirilir, ancaq çox vaxt “ölü canlar” kimi alda-
dıcı texniklərdən və ya nəğd pulu geri almaqla həyata keçirilir. Korrupsiyanın
29
Jack Treddenick-kitabından istifadə edilmişdir, “Manpower Management,” in Defence
Management: An Introduction (Geneva: DCAF, 2009), 127.
Strategiya
Planlaşdırma/
Proqramlaşdırma
Güc strukturu
Şəxsi heyət tələbatları
(Vaxta indekslənmiş)
Əldə olan qüvvələrin
komplektləşdirilməsi
Buraxılış
Təyinat
Hazırlıq
səviyyəsi İrəli
çəkmə
Təlim/Tədris
Çağırış
53
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
digər formasına da rast gəlinir. Rəhbərlik- istər zabitlər və ya başqa hərbçilər
olsun- öz səlahiyyətlərindən istifadə edib şəxsi əmlakı oğurlayır və ya
tabeçiliyində olanların karyerasını və ya təhlükəsizliyini birbaşa hədələyərək
onlardan əvəzinə pul qopardır və ya özünə xidmət etdirir. Sovet-üslublu “No-
menklatura” sistemləri, güclü komandir səlahiyyətləri ilə və söyüşlə hopmuş
təhqir sistemi, səlahiyyətlərdən sui-istifadə üçün əhəmiyyətli dərəcədə mün-
bit şərait yaradır.
Rüşvət
Yaxşı kadr təyinatı verən səlahiyyətli rəsmilər bu qərardan faydalanan
tərəfdən ya kompensasiya alır, ya da onu gözləyir. Aldıqları, kiçik hədiyyədən
tutmuş (məsələn bir butulka şərab və ya araq) böyük nağd pula qədər dəyişir.
Başqa cür işləyən sistemlərdə, hər hansı şəxs qaydalar və prosedurların ciddi
tətbiq olunduğu halda özü üçün ala bilmədiyi faydalı qərarı vəzifəli şəxsə
rüşvət verməklə, qaydaları pozmaq və ya ondan yan keçmək yolu ilə əldə edir.
(məsələn, sərfəli təyinat, təhsil almaq üçün seçim, uzadılmış istirahət günləri).
Korrupsiya harada xroniki hal alıbsa, orada rüşvət gözləntiləri sistemlı şəkil
alır; korrupsiya olmadığı halda, işin mahiyyətindən asılı olmayaraq, sistem
həm alan ücün, həm də pul verən üçün arzuolunan nəticəni verməz. Kadrla
bağlı qərar şəxsin maliyyə durumunu əlverişli edirsə (məsələn, əlavə maaşla
təyinat), gözlənilən rüşvət də həmən gələcək əlavə qazancla mütənasub olur.
İlk baxışdan, məlum qiymətlərlə və tərəfl ər arasında bərabər istifadə olunan
bu cür sistemli korrupsiya işgüzar görünə bilər, ancaq əsil mənada bu bir
məcburetmədir- vəzifədə olan, inam və məsuliyyət daşımalı olan şəxslərin-
hərbçilərin legitim haqlarının inkar edilməsidir.
Nüfuz Şəbəkələri
Bu rüşvətxorluğun başqa növüdür və çox vaxt onlar bir yerdə mövcudlu-
ğunu davam etdirir. Puldan daha çox, informasiya,nüfuzetmə,himayə,ilik də
korrupsiyanın forması sayılır. Avtoritar sistemlərdə informasiyaya tələb böyük
olduğundan, rəsmi kanallardan kənarda qeyri-rəsmi informasiya mübadiləsi
hər hansı məsələyə nüfuz etmək üçün həlledici fayda gətirə bilir(və ya kor-
rupsiya imkanları). Bundan əlavə, rəsmi koordinasiya sistemləri yorucu oldu-
ğundan qarşılıqlı olaraq bir-birinin xeyrinə görülən işlər, arzu olunan nəticələr
əldə etmək üçün normaya çevrilir. Nəticədə qarşılıqlı nüfuz mübadiləsi
və bir-birinin xeyrinə işləmək kimi mürəkkəb şəbəkələr yaranır. Bu sovet
sistemində mövcud olan “blat” sisteminə və nəticədə qeyri-rəsmi “klanlar”
və himayəçi-müştəri münasibətləri yaradır. Müdafi ə sektoru daxilindəki
54
Kadr Siyasətləri
himayədarlıq, cəmiyyətdəki klan sistemi vasitəsilə və ya ailə münasibətləri
ilə et mənə -edim sənə və himayəçi-müştəri münasibətləri ilə birləşə bilir.
Səciyyəvi İdarəetmə Sahələrində Risklər və Onların Azal-
dılması
Kadrların idarəetmə dövrəsinin istənilən mərhələsində( Bax Şəkil 5.1)
səciyyəvi korrupsiya riskləri, kök salmış fırıldaqlar və onların qarşısını almaq
üçün mümkün reseptlər vardır. Bu bölmə bir çox risklər və fırıldaqları ayırd
edəcək və korrupsiya risklərini azaltmaq üçün ən yaxşı təcrübələrin bir neçə
nümunəsini təqdim edəcəkdir. Lakin, bu tam səhnəni əks etdirən nümunələr
deyil; korrupsiya fırıldaqları ancaq imkanlar və təxəyyüllərlə məhdudlaşır.
Yığım/Çağırış
Çağırış. Çağırışdan qaçmaq, Napolyonun ilk dəfə Fransada müasir çağı-
rış sistemini qəbul etdikdən sonra, əsas korrupsiya mənbəyinə çevrilmişdir.
Bu gün çağırış bir çox ölkələrdə əsas biznesə çevrilmişdir; Rusiyada, çağırış
ordudakı xidmət zamanı qəddar şəraitlə ad çıxardığından, çağırışdan möhlət
almağın qiyməti $7000 civarındadır və ölkə boyu çağırış-əlaqəli rüşvət illik
olaraq $350 milyonla ölçülür
30
. Çagırışdan yayınmanın əsas metodu, çağırış-
çının orduya yararsız olduğu haqda saxta tibbi kağız alması və ya təhsil üçün
möhlət almasıdır. Çağırışçının, orduda xidmət etdiyi haqda saxta sənədi al-
ması da mümkündür. Bu cür sənədlərin verilməsi çağırış məntəqələrində kor-
rupsiyalaşmış rəsmilərin, o cümlədən həkimlərin və müəllimlərin şəbəkəsinin
olmasını tələb edir. Tam çağırışdan yayınmadan əlavə,çağırışla məşqul olan
rəsmilər rüşvət müqabilində döyüş bölgəsi olmayan və ya tələbkarlıq az olan
yerlərə də əsgərləri saldırırlar. Onlar, həmçinin təhlükəli yerə göndərəcəyi
haqda təhdidlərlə də, rüşvət ala bilirlər.Çağırışdan yayınma sxemləri sistemli
və piramida şəklindədir. Yığılan pulların faizi yuxarıdakı rəsmilərə, bu sxem
kimin himayəsi altındadırsa, ya Müdafi ə Nazirliyindəki yuxarı səviyyəli
rəsmilərdisə, ya da baş ştabdakı adamlardırsa, “xərrac” kimi çatdırılır. Bu
cür gəlirli əməliyyata nəzarət Müdafi ə Nazirliyində islahat səyləri üçün dilə
gətirilməyən, həlledici məsələ ola bilər və müqavilə əsaslı orduya keçməyə
qarşı gizli lobbiyə çevrilə bilər.
Təlim/Təhsil
Hərbi xidmətin nüfuzu yüksək olan ölkələrdə hərbi məktəblərə qəbul çox
30
Moskvadakı İndem QHT-nin dəyərləndirməsidir: Alastair Gee, “In Russia, the Favorite
Pastime of Draft Dodging,” US News & World Report (29 December 2008).
Dostları ilə paylaş: |