Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə20/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   16   17   18   19   20   21   22   23   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Birinci qayda. Hər şeydən əvvəl, münaqişəli situasiyaları aradan qaldıra bilmək və emosional gərginliyi götürmə baca­rıq­larına yiyələnməlidir. Bunun üçün Tərbiyəçi yüksək mədə­niy­yətə, o cümlədən pedaqoji etikaya malik olmalı, müna­qişə­nin mahiyyətini dərk edərək qısa vaxtda onu aradan qal­dır­malıdır.
İkinci qayda. Özünün davranışı ilə qarşısındakı şəxsə (uşaqə, həmkarına) təsir göstərmək üçün Tərbiyəçi inandırıcı və təsirli arqumentlə, həmçinin yüksək mədəniyyəti ilə qarşısın­dakı şəxsə təsir göstərmək qabiliyyətinə malik olmalıdır. Mü-naqişəli situasiyalarda təmkinlilik göstərməli və bu hərəkəti ilə qarşısındakı şəxsə təsir etməlidir.
Üçüncü qayda. Həmsöhbətin davranış motivlərini başa düş­məyə cəhd etmək. Tərbiyəçi münaqişəli situasiyalarda mü­na­­­­­­­qişəni yaradan səbəbləri və münaqişə tərə­finin məqsədini, motivlərini başa düşməyə çalışmalıdır. Niyə, nə üçün münaqişə ya­randığını və qarşı tərəfin nə məqsədlə, hansı motivlə buna səbəb olduğunu dərk etmə­lidir.
Dördüncü qayda. Qərar qəbulunda özünün mövqeyinə inamı möhkəm­lən­dirməli. Tərbiyəçi son qərarı verərkən bu qə­ra­ra möhkəm inam bəsləməli və onun qəbuluna çalışmalıdır.


Tərbiyəçi nüfuzu

Hazır əqidəni nə lütfkar tanışlardan so­ruş­maq, nə də kitab köşkündən almaq ol­maz. Əqidə hökmən hər kəsin öz beynində şəxsi düşüncə və fəaliyyəti prosesində yaranmalıdır”.


D.İ.Pisarev

Pedaqoji prosesdə mühüm tərbiyəvi təsirə malik olan amil­lərdən biri də Tərbiyəçi nüfuzudur. Tərbiyəçi nüfuzu uşaq­lərin tərbiyəsində həmişə mühüm amil olmuş, olaraq da qalır.


Tərbiyəçi nüfuzu birdən-birə qazanılmır. Onun formalaş­ma­sı bir çox amillərlə şərtlənir. Görkəmli pedaqoq A.S.Makaren­ko bu münasibətlə yazırdı ki, nüfuzun mənası bundan ibarətdir ki, o heç bir sübut tələb etmir, yaşlı adamın şəksiz ləyaqəti ki­mi, uşaq gözü ilə tez görünən qüdrəti və qiyməti kimi qəbul olu­nur. Bu sözlər eynilə Tərbiyəçi nüfuzuna da aiddir.
Tərbiyəçinin nüfuzu böyük tərbiyəvi gücə malikdir. Hələ XIX əsrdə böyük rus pedaqoqu K.D.Uşinski yazırdı ki, “Tərbi­yə­­­çinin şəxsiyyətinin cavan ruha olan təsiri elə bir tərbiyə qüv­və­sidir ki, onu nə məşğələ kitabları ilə, nə əxlaqi nəsihətlərlə və nə də cəza, mükafat sistemi ilə əvəz etmək olar. Əlbəttə, müəs­si­sə­nin ruhunun da böyük əhmiyyəti vardır, lakin bu ruh ka­ğız­lar üzərində yaşamır, əksinə Tərbiyəçilərin əksəriyyətinin səciy­yə­sində yaşayır və oradan da tərbiyə edənlərin səciyyəsinə ke­çir”.
Tərbiyəçi nüfuzu yalnız peşə nüfuzu kimi dərk edilsə də o, özündə şəxsiyyət nüfuzu və vəzifə nüfuzu mahiyyətini də da­şı­yır. Çünki peşə nüfuzu o zaman həqiqi rolunu oynamış olur ki, onda şəxsiyyət nüfuzu ilə vəzifə nüfuzu birləşmiş olsun. Məhz bu üçlüyün sintezi Tərbiyəçi nüfuzunun həqiqi tərbiyəvi təsirini özündə əks etdirə bilir. “Şəxsiyyət nüfuzu şəxsiyyətin həyata baxışı, onu dərki, inamı, dünyagörüşü bazasında əmələ gəlir. Bunun əsasında həyat mövqeyi və şəxsiyyətin inkişafı təmin olunur”.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə