Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə24/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   20   21   22   23   24   25   26   27   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

Məsləhət görülən ədəbiyyat

  1. Əliyev V. Tərbiyəçi hazırlığı prosesində peşə keyfiyyət­lə­rinin forma­laş­dırıl­ması yolları. Bakı: 2010.

  2. Həmzəyev M. Pedaqoji psixologiya. Bakı: Maarif, 1991.

  3. Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı: Çaşı­oğ­lu, 2009.

  4. Məmmədov F.M., Ələsgərova F.M. Pedaqogikadan mə­sə­­­lə və suallar. Bakı: Maarif, 1993.



Məğələ 4. Tərbiyəçinin pedaqoji etikası
Məşğələnin məqsədi: Pedaqoji etika anlayışının mahiyyə­ti­nin açılması, pedaqoji etikanın kateqoriyalarının nələrdən ibarət olduğunun aydınlaşdırılması, pedaqoji etikaya yiyələn­mə­yin yolları və bu sahədə praktik bacarıqlara yiyələnmək üzrə tapşırıqların yerinə yetirilməsi.
Təchizat: plakatlar, işçi vərəqləri, tapşırıq mətnləri və s.
Məşğələnin planı:
I. Nəzəri biliklərin yoxlanılması.
II. Tərbiyəçinin pedaqoji etikasına aid tapşırıqların yerinə yetirilməsi.
III. Pedaqoji taktın düzgün müəyyənləşdirilməsinə aid tap­şı­rı­ğın yerinə yetirilməsi.
Məşğələnin gedişi:
I. Nəzəri biliklərin yoxlanılması:
1) “Etika” və “Pedaqoji etika” anlayışlarının mahiyyəti, uy­ğun və fərqli cəhətləri.
2) Pedaqoji etikanın kateqoriyaları.
3) Pedaqoji taktın funksiyaları və prinsipləri.
4) Pedaqoji etikaya yiyələnməyin yolları.
II. Tərbiyəçinin pedaqoji etikasına aid tapşırıqların yerinə yetirilməsi:
1. Tələbələrlə əvvəlcə pedaqoji etikanın kateqoriyalarına dair müsahibə aparılır: Pedaqoji etika özündə hansı kateqori­ya­ları əks etdirir?
Tələbələrin cavabları dinlənilir və təkrarı çıxmaqla yazı lövhəsində qeyd edilir. Sonra pedaqoji etikanın kateqoriyaları pedaqoji borc, pedaqoji ədalətlilik, pedaqoji vicdan və düzgün­lük, pedaqoji şərəf, pedaqoji avtoritet yazılmış plakat lövhədən asılır. Cavablar müqayisə edilir izahat işləri aparılır.
2. Tələbələr qruplara ayrılır və onlara aşağıdakı məzmunda qrup işlərinin aparılması tapşırılır:

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə