Müəllim məsələsi yalnız bizim deyil, hər bir millətin ölüm-dirim məsələsidir



Yüklə 0,55 Mb.
səhifə26/83
tarix24.12.2022
ölçüsü0,55 Mb.
#97847
1   ...   22   23   24   25   26   27   28   29   ...   83
muhazire 1-15 qdər terbiyeci isi

4-cü qrup: Xatirə Tərbiyəçinin dərsində həmişə sakitlik, nizam-intizam vardır. Çünki kim səs salırsa, yoldaşları ilə nəsə danışırsa, həmin an jurnalda öz adının qarşısında “2” rəqəmini görür. Buna görə də hamı dərsdə qayda-qanuna ciddi surətdə əməl etməyə çalışır.

  • İntizamsızlığa görə qiymətin aşağı salınması və ya “2” qiymət verilməsi nə dərəcədə düzgündür?

  • Uşaqlərin “2” qiymət almamaq üçün yaratdıqları nizam-intizamı dayanıqlı hesab etmək olarmı?

  • Tərbiyəçinin bu taktikasını pedaqoji cəhətdən təhlil edin.

5-ci qrup: Ədəbiyyat dərsində Tərbiyəçi arxa partada otu­ran, dərslərinə laqeyd yanaşan və çox vaxt yoldaşlarına mane olan Adilin nə isə başqa bir işlə məşğul olduğunu görür. O an yaxınlaşdıqda çəkdiyi şəkli ondan alır. Və təəccübünü gizlədə bilmir: “Sənin nə gözəl əl qabiliyyətin varmış, heç bilməmi­şəm. Tənəffüsdə yanıma gələrsən”, – deyir. Tərbiyəçinin əlindəki şəkil onun öz şəkli idi. Adil onun karika­tura­sını çəkmişdi. Buna görə də cəzalandırılacağından qorxurdu. Buna baxmaya­raq, Tərbiyəçinin yanına getdi. Tərbiyəçi: “Sənin ki, belə rəssam­lığın var, gəl bağçadə belə bir divar qəzeti buraxaq. Yaxşı oxumayanların, dərsdən qaçanların, bağçain daxili intizam qaydalarını pozanların şəkillərini orada verək”.

  • Razıyam, deyərək Adil etdiyi işdən peşiman kimi başını aşağı dikdi...

  • Tərbiyəçinin bu taktikası Adilin gələcək fəaliyyətinə necə təsir göstərəcəkdir?

  • Tərbiyəçi nə üçün Adili cəzalandırmadı?

  • Tərbiyəçinin bu hərəkətini düzgün qiymətləndirmək olar­mı?

Hər bir qrup işlərini tamamladıqdan sonra təqdim edirlər.
Müzakirələr aparılır və qrupların fəaliyyəti qiymətlən­di­rilir.
III. Pedaqoji taktın düzgün müəyyənləşdirilməsinə aid tap­şı­rı­ğın yerinə yetirilməsi:
Bu məqsədlə magistrlərə (tələbələrə) aşağıdakı hadisəyə münasibət bildirmək tapşırılır.
Tapşırıq 1. A.S.Makarenko yazırdı: “Yaxşı, qəşəng bir qız var­dı, ancaq vaxtilə küçələrə düşmüşdü. O, kommuna həyatına çox çətinliklə uyğunlaşdı, lakin bir ildən sonra yavaş-yavaş öy­rəş­məyə başladı; bir gün onun rəfiqəsinin dolabından əlli manat pul yox oldu. Hamı dedi ki, bu Lenanın işidir. Mən pulu axtar­mağa icazə verdim. Axtardılar tapılmadı. Mən işi bitmiş hesab etdim.
Lakin bir neçə gündən sonra pul qiraətxana pəncərəsinin küncündən tapıldı. Uşaqlar dedilər ki, Lenanın bu pəncərə ətra­fın­da hərləndiyini, əlində nə isə tutduğunu görmüşlər. Koman­dir­lər şurası onu çağırtdırdı və uşaqlar hamısı bir ağızdan dedilər ki:
– Sən oğurlamısan!
Mən gördüm ki, uşaqlar pul oğrusunu tutduqlarına əmin­dir­lər. Hamı oğurluq üstündə onun kommunadan çıxarılmasını tələb etdi. Gördüm ki, heç kəs onu müdafiə etmək istəmir, hətta belə hallarda adətən öz rəfiqələrini müdafiə edən qızlar belə onun qovulmasını tələb edirdilər. Mən pulu doğrudan da onun oğurladığına əmin oldum. Buna heç şübhə etmək olmazdı.
Bu cür hallarda kənardan yanaşmağı tətbiq etmək lazım gə­­lir. Mən dedim ki:
– Yox, siz onun oğurluğunu sübut etmədiniz. Mən onu kom­mu­namdan çıxar­mağa icazə verə bilmərəm. Onlar heyrətli nəzərlərlə mənə baxdılar. Mən dedim ki:
Mən əminəm ki, pulu o oğurlamamışdır.
Onlar pulu Lenanın oğurladığını sübut etdikcə, mən əksini sübut etməyə çalışırdım.
– Nə üçün siz əminsiniz?
– Gözlərindən görürəm.
Uşaqlar bilirdilər ki, mən adamı doğrudan da gözlərindən tanıyıram.
Ertəsi günü qız mənim yanıma gəldi:
– Məni müdafiə etdiyiniz üçün sizə təşəkkür edirəm, onlar nahaq yerə mənim üstümə düşmüşdülər.
Mən dedim:
– Necə yəni? Axı pulu sən oğurlamısan.
Bu gözlənilməz dönüşlə təqsiri onun boynuna qoydum. Qız ağlayıb oğurluğu boynuna aldı. Lakin yalnız ikimiz bildi­yimiz bu sirr, oğurluğunu bilə-bilə onu müdafiə etmək üçün ümu­­mi iclasda yalan danışmağım, onu bütünlüklə mənim peda­qo­ji ixtiyarıma verdi. (Makarenko A.S. Seçilmiş pedaqoji əsər­lə­ri. I cild. Bakı: Maarif, 1983, səh. 212-213).

  • Qızı kommunadan qovulmaqdan xilas etmək üçün A.S.Ma­karenkonun bu hiyləyə əl atmasını taktiki cəhətdən düzdün qiymətləndirmək olarmı?

  • Böyük pedaqoqun qorxulu iş adlandırdığı bu cür kənar­dan yanaşmadan tez-tez istifadə etmək olarmı?

  • Kənardan yanaşma hansı hallarda müsbət nəticələrə səbəb ola bilər?

  • Belə hallarda başqa hansı taktiki priyomlardan istifadə etmək olar?




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə